Bir qrup təhlükəsizlik uğrunda şəhid olanların ailələri bu gün sübh saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşdü.
Bu görüşdə Ayətullah Xamenei İran xalqının gücünü sionistlərə başa salmağın lüzumuna toxundu və qeyd etdi:
"İsrail rejimi iki gecə əvvəl bir qələt etdi ki, bu məsələdə İran xalqının gücünü, iradəsini və yeni bir ideyasını onlara başa salmaq lazımdır".
O Həzrət sionistlərə cavabın xalqın xeyrinə olmasını vurğuladı:
"Bizim məsullarımız İşin keyfiyyətini (yəni sionistlərə güc göstərməyi) müəyyənləşdirməli və bu ölkənin, bu xalqın xeyrinə olan işi görməlidirlər".
İnqilab Rəhbəri sionistlərin hələ də İran xalqını tanımadığını bildirdi:
"Sionistlər İranla bağlı hesablamalarda səhv edirlər. Onlar İranı tanımırlar. Hələ də İran xalqının gücünü, bacarığını, yaradıcılığını və iradəsini düzgün dərk edə bilməyiblər. Bunu onlara başa salmalıyıq".
Daha sonra Ayətullah Xamenei sionistlərin törətdiyi bu cinayətlərin müharibə cinayətinin ən vəhşi forması olduğunu buyurdu:
"Sionist rejimin Qəzza və Livanda gördüyü bu iş müharibə cinayətinin ən vəhşi formasıdır. Döyüş çətin bir şeydir, lakin qayda-qanun və hüdudları (çərçivəsi) vardır. Belə deyil ki, bir nəfər başqası ilə döyüşərkən bütün bu hüdudları ayağı altına atsın".
İnqilab Rəhbəri sionistlərə qarşı ittifaqın yaradılmasının zəruriliyinə toxundu:
"Dünya sionist rejimin qarşısında dayanmalıdır ki, Qəzza və Livanda bu cinayətləri törətməsin. Bu gün ən vəhşi müharibə cinayətlərini törədən xəbis rejimə qarşı siyasi, iqtisadi və lazım gələrsə, dünyamiqyaslı hərbi bir ittifaq formalaşmalıdır".
"Sionist rejimə edilən azacıq bir kömək belə, ən çirkin və ən böyük günahlardan biridir", - deyə qeyd etdi.
O Həzrət bütün dünyanın sionistlərin qarşısında dayanmalı olduğunu vurğuladı:
"Bütün dünya, bütün dövlətlər, məxsusən də müsəlman dövlətlər sionist rejimin müqabilində dayanmalıdırlar. Söhbət bu rejimə kömək edib-etməməkdən getmir və halbuki bunun özü də ən böyük günahlardandır. Xeyr, rejimin müqabilində dayanmalıdırlar ki, bu cinayətləri törətməsinlər".
İnqilab Rəhbəri beynəlxalq təşkilatların sionist rejiminin cinayətlərinə qarşı laqeydlik etdiyini bildirdi:
"Beynəlxalq təşkilatlar, məsələn, BMT və bu kimi qurumlar, həqiqətən, sionist rejiminə qarşı mübarizədə laqeydlik edirlər".