Bağışlayan və mehriban Allahın adı ilə

Müqavimət cəbhəsinin əziz gəncləri! 
Mücahid, rəşadətli və fədakar cənab Seyid Haşim Səfiyəddin (Allah ona rəhmət eləsin) müqavimət şəhidlərinin sırasına qoşuldu və başqa bir parlaq ulduz şərafətli Qüds yolundakı cihad səmasını bəzədi. O, Hizbullahın ən görkəmli şəxsiyyətlərindən və Seyid Həsən Nəsrullahın daimi dost və həmkarlarından olmuşdur. Hizbullah onun kimi rəhbərlərin tədbir və şücaəti ilə yenə də Livanı parçalanma və dağılmaqdan saxlaya və Qahdan Beyruta qədər yerləri tapdağı altına salmış daşürəkli və zalım orduya malik qəsbkar rejimin təhdidini zərərsizləşdirə bildi. Onun, digər komandirlərin və Nəsrullah mehvəri mücahidlərinin şücaəti və fədakarlığı cənubi Litani, Sur və həmin bölgənin digər şəhərlərinin qəsb olunma və işğal altına keçmə təhlükəsini aradan qaldıraraq onların qəsb olunmuş Fələstinə birləşdirilməsinin qarşısını aldı və bu ölkənin ərazi bütövlüyünü qorumaq üçün Hizbullahın canını, malını və dəyərli abırını ortaya, təcavüzkar və cinayətkar sionist rejimi isə nakam qoydu.

Bu gün Nəsrullah və Səfiyyəddin kimi rəhbərlər bu dünyada olmasalar da, ancaq onların ruhu, rəhbərliyi meydanda hazır olmaqla Livan və onun müdafiəsiz xalqını müdafiə edirlər. Bu gün də Hizbullah Livanın ən güclü müdafiəçisi və qədim zamanlardan Livanı parçalamaq tamahında olan sionist rejimin müqabilində ən möhkəm sipər idi. Düşmən Hizbullahın Livan üçün fədakar rolunu inkar etməyə çalışır. Livana can yandıranlar bu batil sözün onların ağızlarından eşidilməsinə imkan verməməlidirlər.

Hizbullah diridir, inkişaf etməkdə və öz tarixi rolunu ifa etməkdədir. İslam Respublikası da həmişəki kimi Qüds mücahidləri və Fələstini qəsb edən cinayətkar banda müqabilində müqavimət edənlərə kömək edəcəkdir, Allahın izni ilə. 

Mən əzizimiz cənab Seyid Səfiyəddinin şəhadəti münasibətilə onun dəyərli ailəsi, yaxınları və bütün müqavimət cəbhəsinində olan silahdaşlarını təbrik edir və onlara başsağlığı verirəm.

Allahın saleh bəndələrinə salam olsun.

Seyid Əli Xamenei

24.10.2024