Həzrət Ayətullah Xameneinin övladları Tehrana gələn bəzi Livan Hizbullah İslam müqaviməti döyüşçüləri və yaralılarına O Həzrətin nümayəndələri olaraq baş çəkiblər.
Livanlı yaralılar Rəhbərin övladları ilə görüşdə israrla bunu bildirdilər:
Antisionist mübarizələr, hətta Seyid Həsən Nəsrullahın şəhadəti ilə dayanmayacaqdır.
Həzrət Ayətullah Xameneinin övladları Tehrana gələn bəzi Livan Hizbullah İslam müqaviməti döyüşçüləri və yaralılarına O Həzrətin nümayəndələri olaraq baş çəkiblər.
Son Livan hadisələrində yaralanan şəxslər müalicə müddətinin təkmil olması üçün İrana yollanıblar. Onlar müxtəlif yaşlarda idilər və onların arasında körpələr, uşaqlar, azyaşlılar və yeniyetmələr var idi. Terrorist banda olan sionist rejimin cinayətlərinin yaralıları müxtəlif cismi cəhətdən ağrı və zərərlərin olması ilə yanaşı, mənəvi və səfalı bir ab-havada Həzrət Ayətullah Xameneinin nümayəndələrini qarşıladılar.
Həzrət Ayətullah Xameneinin övladları aidiyyəti məsul şəxslərdən o yaralıların müalicə olunması haqda nə təfərrüatları öyrənməklə bərabər, bu yaralıların görüşündə İslam İnqilabı Rəhbərinin salamını onlara çatdırdılar. Hizbullahın şəhid Baş katibi Seyid Həsən Nəsrullahın sionist rejimlə mübarizə etmə yolunu davam etdirməyi təkidlə vurğulamaq, məntəqədə antisionist müqavimətinə dəstək olduqlarına görə İran xalqına və həmçinin iranlı həkim və tibb bacılarına təşəkkür etmək yaralılar və müqavimət döyüşçüləri ilə İnqilab Rəhbərinin nümayəndələri arasında olan söhbətlərin ən mühüm hissəsi idi.
Bu döyüşçülər və onlarla yanaşı olanlar cismi cəhətdən yaralı olmaları ilə yanaşı ruhi və mənəvi baxımdan yaxşı şəraitdə və yüksək hazırlıqlı olduqları halda İnqilab Rəhbərinin övladlarından istədilər ki, döyüşçülərin salamını Rəhbərə çatdırmaq və onların qələbəsi üçün dua etməklə bərabər, Həzrət Ayətullah Xameneini əmin etsinlər ki, sionist rejim əleyhinə müqəddəs mübarizə bütün bu acı hadisələr və hətta Seyid Həsən Nəsrullahın şəhadətilə də dayanmayacaqdır.
Onlar israrla vurğuladılar ki, Seyid Həsən Nəsrullahın şəhadəti ilə əziz bir şəxsiyyəti itirdiklərinə rəğmən, Həzrət Ayətullah Xameneinin kölgəsi Livan İslam müqavimətinə bir mənəvi ata olaraq bərqərardır və bu mübarizə onun göstəriş və rəhbərliyi ilə davam edəcəkdir.
Bu xəstələrə baş çəkmək səmimi və mənəvi bir atmosferdə baş tutdu. Hətta onlarla olanların bəziləri livanlı döyüşçülər və onlarla yanaşı gələnlərin döyüşçü və mənəvi ruhiyyələrindən təsirləndilər.
İnqilab Rəhbərinin övladları Livan İslam müqavimət döyüşçülərinin sionist rejimlə müqəddəs mübarizələrinin təkcə iranlılar üçün deyil, bütün dünya müsəlmanları üçün iftixar mənbəyi olmasını təkidlə vurğulayaraq bu mübarizəni və döyüşçüləri dəstəkləməyin bütün müsəlmanlar üçün vəzifə olduğunu bildirdilər. Onların Allah yolunda etdiyi cihadı təqdirəlayiq hesab etdilər və onlar üçün salamatlıq və xoşbəxtlik arzuladılar ki, müalicə müddəti bitdikdən sonra öz ölkələrinə qayıtsınlar.
Bu yaralılara baş çəkmək əsnasında İslam İnqilabının Ali Rəhbəri tərəfindən Qurani-Kərim və Həzrət Ayətullah Xameneinin xüsusi qeydləri kimi mənəvi hədiyyələr yaralılar və müqavimət döyüşçülərinə təqdim edildi.
İnqilab Rəhbərinin yaralı döyüşçülərə yazdığı qeydin mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Mənim əzizlərim!
İlahi imtahandan başıuca çıxdınız.
Sizin müqavimət və dirənişiniz ən üstün cihadlardandır. Sizin üçün Allah-təaladan, şəfa, salamatlıq və aqibətinizin xeyirli olmasını diləyirəm.
Seyid Əli Xamenei
30.09.2024