Bu görüşdə Ayətullah Xamenei xalqın şəraitinə uyğun qərar qəbul edilməsinə toxunaraq bildirdi:
"İnsanların arasında olmağı populistlik kimi hesab etsələr, buna əhəmiyyət verməyin. İnsanlarla isti münasibət bəsləyin, onlarla söhbət edin. Bəzən şərait tələb edir ki, zəlzələ və seldən zərər çəkmiş kəndlərdə insanların evlərinə gedəsiniz. Xalqın şəraitini yaxından müşahidə etməklə qərar qəbul edin".

O Həzrət sosial şəbəkələrə nəzarətin olmadığını və oraya qanunun hakim olmasını vurğuladı:
"Sosial şəbəkələr artıq bu gün məcazi bir fəza deyil, əksinə, insanların həyatında olan bir həqiqətdir. Sosial şəbəkələr günbəgün irəli getməkdədir. Mühüm məsələ bu fəzada qanunun hökm sürməsidir. Bütün dünya bu işi görür. Müqabilində vəzifə daşıdığınız bir ölkə sizin ixtiyarınızdadır və sizin hökmranlığınızı aradan aparmaq olmaz".

Süni intellekt barədə danışan İnqilab Rəhbəri onun dərin qatlarına yiyələnməyin zəruriliyini vurğuladı:
"Süni intellektin dünyada bu cür sürətlənməsini gördükdə insan heyrətə gəlir. İndi bizim istər hərbi, istərsə də qeyri-hərbi orqanlarımız süni intellektdən istifadə edirlər, lakin bu bizi aldatmasın. Süni intellekt məsələsində ondan yararlanmaq bir imtiyaz deyil. Süni intellektin dərin qatları vardır ki, insanın onlara əhatəsi olmalıdır və o qatlar da başqalarının əlindədir".

Ayətullah Xamenei sözünün davamında dünya qüdrətlərinin süni intellekt agentliyi yaratmaq istəyini qeyd etdi:
"Əgər süni intellektin dərin və müxtəlif qatlarını ələ gətirməsəniz, sabah dünyanın qüdrət ardınca olan insanları "Süni intellekt agentliyi" də vücuda gətirərlər və daha o zaman icazə verməzlər ki, siz onların təyin etdiyi həmin xətdən keçəsiniz. Ona görə də bunun dərin texnologiyalarına yiyələnməliyik. Ölkədə onun infrastrukturunu ələ gətirmək ardınca olun".

Ayətullah Xamenei sözlərinin davamında bu gün İranın dünyada qüdrəti ilə tanınmasına işarə etdi:
"Hökumət ölkənin hansı sərvət və imkanlara sahib olmasından xəbərdar olmalıdır. Bu imkanların bir növü siyasi imkanlardır. Bir zaman İranı xalça və nefti ilə tanıyırdılar, bu gün isə İranı dünyada elmi, hərbi inkişafı, regional qüdrəti və dərin strategiyası ilə tanıyırlar".

İşlərdə maneədən qorxmamağı tövsiyə edən İnqilab Rəhbəri belə buyurdu:
"Manesiz heç bir iş yoxdur. Bəziləri hər hansı bir maneə ilə rastlaşdıqda geri çəkilmək variantını seçirlər. Bu isə səhvdir. Çalışın ki, maneələri qət edəsiniz. Maneədən qorxmayın".

O Həzrət heç bir halda düşmənə etimad etməməyi vurğuladı:
"Düşmənə ümid bağlamayın. Proqramlarımız üçün düşmənin razılığa gəlməsini gözləməyək. Bu, bəzən düşmənlə əlaqəyə girməklə ziddiyyət daşımır. Lakin ona ümid bağlamayın, düşmənə etimadınız olmasın".