Yüksək elmi istedada malik bir qrup gənc bu gün səhər 17.10.2023-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirak edərək Həzrət Ayətullah Xamenei ilə görüşüblər.
Bağışlayan və mehriban Allahın adı ilə
Xoş gəlmişsiniz. Həqiqətən, şadam ki, ölkənin yüksək istedadlı şəxslərindən bir qrupu ilə belə bir məclisizdə əyləşmək tövfiqinə yiyələndik. Dostların buyurduqları mətləblərə görə təşəkkür edirəm. Mühüm mətləblər qeyd etdilər, diqqət çəkən məqamlara toxundular, lakin cənabların buyurduqları mətləblərdən iki məqam demək istəyirəm.
Bunlardan biri budur ki, bütün bu məsələlər (indi ola bilər ki, iki-üç yerdə istisna olsun) icra olunası məsələlərdir və icra olunası məsələlər ilə icraedici orqanlar məşğul olmalıdırlar. Əlbəttə, biz özümüz də məşğul oluruq. Mən bu deyilən mətləblər nəzmli formada qeyd olunsun, sonra bunların xülasəsi yazılsın, yaxud da bir dəfə yoxlanılsın və bu işlər də icraedici orqanlara aid olan məsullara verərik. Lakin siz ölkənin icraedici orqanlarının məsulları ilə olan görüşlərinizdə (xoşbəxtlikdən, fəaldırlar və xoşbəxtlikdən bu gün bizim iş görən, işlərin ardınca olan prezidentimiz vardır) bunları bəyan edin ki, İnşallah, həyata keçsin. Bu bir məqam.
İkinci məqam budur ki, bəzi dönəmlərdə xüsusi istedada malik şəxslərlə dövlət məsulları arasında böyük bir fasilə yarandı, lakin indi belə deyildir. Bu gün siz cavanlar kimi böyük bir dəstənin dövlətin mühüm idarə orqanlarında istər nazirlik səviyyəsində, istər prezident müavinləri səviyyəsində və istərsə də orta səviyyəli idarəçilik sahələrində hüzurları vardır. Yaxşı, niyə bu sözlər onlara ötürülmür? Burada dayanıb sizin kimi öz nəzərlərini verən həmin qardaşlar bu gün idarəetmə orqanlarında hüzurları vardır və hələ də cavandırlar, yaşlı deyillər və orta yaşlı da hələ olmayıblar; sizin kimi cavandırlar. Nə üçün bunlar bir-biriləri ilə birləşmirlər? Nə üçün (bunlar arasında) bir zəncir düzəlmir və bu sözlər ötürülmür? Ölkənin müxtəlif orqanlarında bu işlər barəsində fikirləşin. İndi, məsələn, maşın məsələsi müzakirə olundu. İndi Sənaye Nazirliyində xüsusi istedadlı fəal cavanlar vardır və siz maşın məsələsini orada bəyan edin, həm də mühüm məsələdir. Yaxud başqa məsələlər burada müzakirə olundu və onlardan biri yoxsul bölgələr idi. Dövlət yoxsul məntəqələr üçün xüsusi bir sahə nəzərdə tutub. Orada da bir dəstə cavan vardır, hətta indi də (universitetdə) tələbə olan bir dəstə tələbə orada fəaldırlar. Bəs, bunları onlarla müzakirə edin, ardınca olun (bu məsələlərin). Təkcə belə olmasın ki, indi burada bir xütbə edildi (yəni bu məsələ elə buradaca qalsın). Əlbəttə, verilən nəzərlər yaxşı idi və biz, inşallah, həyata keçirəcəyik (mən deyirəm ki, bu məsələlərlə məşğul olun və özümüz də məşğul olacağıq. Mənim özüm də, bəlkə, bu mətləblərdən bəzilərini Prezidentlə müzakirə edəcəyəm), lakin mənim nəzərimə görə, siz bu sahələrdə daha aktiv olmalısınız.
Elitalar və elmi inkişaf məsələsində mən danışmaq üçün iki-üç məqam qeyd etmişəm. Birinci məqam budur ki, elmi sahədə inkişaf bu son iki onillik, ya bir az ondan əvvəlki dövrdən başladı və yaxşı başlanğıcı da oldu. Yəni bir hərəkət icad etdi, iki-üç şüar tələbə və universitet mühitində gündəmə gəldi. (Ölkənin elmi sərhədlərini aşmaq" və "Proqram hərəkəti" qəbildən olan bir neçə şüar o günlərdə müzakirə olundu və bunlar tam şəkildə təsirli oldu. Yəni universitet mühitində bir hərəkətlilik və coşqunluq vücuda gəlib və xoşbəxtlikdən, (bu hərəkət) davamlı oldu. Yəni tez cuşa gəlib və tez də sönən bir şey olmadı, əksinə, davamlı oldu. Həqiqətdə ölkədə elmi cəhətdən bir hərəkət başlandı və bu bir həqiqətdir. Elmi inkişaf məsələsi, elmi sərhədlərdə hərəkət və universitet təşkilatlarında bir neçə şüar müzakirə olunduqdan sonra, həqiqətən, sürətli bir hərəkət başlandı. Elmi sahələrdə dünyanın arbitraj mərkəzləri o gün dedilər ki, ölkənin elmi inkişaf sürəti orta qlobal artım tempindən 13 və ya 12 dəfə artıqdır! Bəs, bu məsələ çox mühümdür və bu baş verdi. Mən həmin zamanlar (yəni bundan bir neçə il qabaq) bir neçə elmi, universitetlə bağlı və bu kimi iclaslarda bir mətləbi bəyan etdim və o məsələ də bu idi ki, mən dedim ki, bizim elmi inkişaf sürətimizin çox olduğunu de deyirlər, lakin bununla öyünməyək, biz bununla qürurlanmayaq ki, indi bizim elmi inkişaf sürətimiz bu qədər çoxdur. Buna görə ki, biz inkişaf sürətinə baxmayaraq, hələ də elmi sahədə geridəyik. Biz elm dünyasına nisbətdə elmi baxımdan geridəyik. Əlbəttə, bu "geridə qalmaq" məsələsini mən bəzi yerlərdə izah etmişəm və daha istəmirəm bunu təkrar deyim. Biz geridəyik və bu geridə olmağımızın səbəbi də uzun bir müddət ərzində, istər Pəhləvilər, istərsə də Qacarlar zamanı tağut hakimiyyətz zalım və qeyri-məhdud ali hakimiyyətə malik səltənət dövrlərində elm və mədəniyyət keçmişi olan bu ölkə dünya cədvəlinin aşağı hissəsində yer almışdı, heç nəyi yox idi və özü də heç bir şey deyildi.
İndi mən bu gün bunu demək istəyirəm ki, elmi hərəkətlilikdən yeni bir fəslə daxil olmaq üçün özümüzü hazırlamalıyıq. Yəni düzdür ki, elmi sürət həyata keçib, elmi hərəkət yaxşı olub, bəzi yerlərdə yüksək elmi dərəclər ələ gətirdik, elmi dərəcəmiz dünyada nisbətən yaxşıdır (bunlar vardır), lakin bizim bu gün geridə qalmaq üçün ölkənin elmi təşkilatları tərəfindən bir yenilik yaradan hərəkətə ehtiyacımız vardır. Biz hərəkət etdik və başqaları da hərəkət etdilər, hətta məntəqə ölkələrindən bəziləri İranın inkişafını müşahidə etməklə hərəkət etməyə təşviq oldular, bir halda ki, geridə idilər. Bu biz statistikalara baxdıqda bunların çox irəlilədiyini görürük. Dünyanın elmi müsabiqəsindən geri qalmaq qorxusu vardır. Həqiqətən, belə bir qorxu mövcuddur. Bunu bilirik və mən dəfələrlə qeyd etmişəm ki, "Əl elmu sultanun", yəni elm qüdrətdir. Əgər ölkənin dünyanın müxtəlif ölkələrinə dəyən zərərərdən amanda qalmasını istəyiriksə, birinci dərəcədə elmi inkişaf olan mühüm bir iş dayanır. Əgər geridə qalsaq, zərərə məruz qalacağıq. Geri qalmamağımız üçün səy göstərməliyik. Dediyimiz bu səyləri geridə qalmamaqdan ötrü etməliyik və bu, əvvəla, maddi sərmayə qoymağa şamildir, yəni dövlət elm və elmi inkişaf zəminlərində sərmayə qoysun (dəfələrlə də demişəm ki, bu xərc deyil, bu sərmayə qoymaq, əslində, neçə bərabər gəlir əldə etmək və..... Üçün şərait yaratmaqdır) və həmçinin vadar edək və şərait yaradaq ki, xüsusi bir sahə elmi zəmində sərmayə qoysun. Bəs, həm maddi sərmayə qoymaq mühümdür, elmi yeniliklər baxımından sərmayə qoymaq zəruridir. Yəni elmi mühitlər yenilik əldə etmək və qısa yollar axtarmaqdan ötrü çalışmalıdırlar. Bunun üzərində himmət göstərməliyik. İki şaxəli, yəni maddi və mənəvi sərmayə qoymaq lazımdır. Beləliklə də, mənim birinci sözüm budur ki, ölkənin elmi ictimaiyyətinin, ölkə elitalarının yeni bir hərəkətə, yeni bir şeyə ehtiyacları vardır. Bu yeni şey dövlətlə və dövlət orqanlarında hüzuru olan gənc məsulların əməkdaşlığı və siz elita ictimaiyyətinin himməti ilə (indi bu ictimaiyyətin burada nümunəsi vardır) həyata keçsin. Bu bizim birinci sözümüz.
İkinci məqam ölkəmizin hazırkı fürsəti haqdadır. Bəli, istedada malik bir millət inkişaf edə bilər, lakin belə də deyil ki, həmişə inkişaf etmək fürsəti olsun. Mən istəmirəm ki, gələcəyə nisbətdə anlaşılmazlıq yaransın, xeyr, mənim nəzərimcə, gələcək aydın və ümidvericidir, üfüq aydın üfüqdür. Lakin təcrübə və öz keçmişimiz bizə deyir ki, gərək indidən istifadə edək, indiki vəziyyətdən və hazırkı fürsətdən maksimum dərəcədə istifadə edək. Bəzən bir millətin yolu üzərində (hər sahədə: siyasi, ictimai və elmi sahədə) dik yamaclar qabağa çıxır o yamacları getmək və onların üzərindən qalxmaq iradəsi mövcud olur, lakin bacarıq isə olmur. Bəzən belədir, çünki olması gərəkən strukturlar və imkanlar mövcud olmur, yəni iradə vardır, lakin bacarıq yoxdur. Məyusuluğa, özünə qarşı bədbinliyə, öz bacarıqlarına qarşı etimadsızlıq və mövqeyi tanımamağa görə bəzən, hətta iradə də olmur. Beləliklə, bəzən hər hansı bir şey çıxır ki, hərəkət üçün iradə də olmur. Hətta, bəzən tağut rejimi kimi zamanlarda inkişafı, yaxud bu dik yamacı qalxmağı qeyri-mümkün bilirlər. Həqiqətən, bizim (ölkənin) keçmiş dönəmlərində bəzi hadisələr baş verdi ki, ümumiyyətlə, (bu dik yamacları qalmağın) mümkün olmadığını deyirdilər. Həqiqətən, bizim keçmiş dönəmlərdə bəzi şeylər baş vermişdi ki, deyirdilər mümkün deyil. Şah zamanının baş nazirinin saxsı aftafa məsələsi məşhurdur və eşitmisiniz. Neft sənayesi, ölkə neftinin istiqlaliyyəti və neft sənayesinin milliləşdirilməsi söhbəti müzakirə olunduğu zamanda (Müsəddiqin iş başına gəlməsindən qabaq, bu hadisə mənim uşaqlıq vaxtlarına təsadüf etsə də, yadımda qalıbdır) ölkənin milli məclisində az bir toplum doktor Müsəddiqin rəhbərliyi ilə israr edirdilər ki, biz gərək neft sənayesini milliləşdirər. Neftimiz ingilislərin əlində idi və deyirdilər ki, bunu milliləşdirək. O günün baş naziri bir söhbət elədi və belə dedi: "Bunlar nə deyirlər? Deyirlər ki, neft sənayesini milliləşdirək? İran milləti məgər neft sənayesini idarə edə bilər? Biz bir saxsı aftafa da düzəldə bilmirik". Onun dediyi saxsı aftafa idi və mən görmüşdüm. Qədimlilər bəzi kəndlərdə misdən, qalaydan və bu kimi şeylərdən düzələn adi aftafa deyildi, əksinə, palçıqdan (düzəlmiş) idi. Deyirdi ki, biz palçıqdan düzəlmiş saxsı bir aftafa həddindəyik və İranlı məgər neft idarə edə bilər? Bu (hadisə) o zaman məşhur oldu. İndi o günün nefti nə idi ki, qərar idi ki, idarə olunsun? Abadan şəhərinin bu neft emalı zavodu. İdarə olunacaq şey Abadanın neft emalı zavodu idi. Deyirdilər ki, İran neft emalı zavodunu idarə edə bilməz! Yəni etiqad bu idi. Bəs, belə bir şeylər qabağa gəlir. İndi o qədər şiddətli olmasa da,müxtəlif mərhələlərdə hərəkət etmək üçün iradə zəif olur.
Bu gün mən ölkəyə nəzər saldıqda, ölkənin ümumi vəziyyətinə göz gəzdirdikdə, əlhəmdulillah, görürəm ki, bu problemlər mövcud deyil. Yəni həm hərəkət üçün iradə vardır, həm də hərəkət üçün bacarıq. Bu "bacarıq" ki mən deyirəm, bu şüar deyil, bir həqiqətdir. Biz bir neçə milyon (bu statistikaya diqqət edin, statistika açıq-aydındır) bir neçə milyon (universitet bitirmiş) alim və hazırda (universitet oxuyan) gənc tələbə varımızdır. Bu sərvət az bir şeydir? İndi hamısı deməsək də, onlardan çoxu (iş görmək üçün) təşviqlidirlər, ölkədə inqilabi ruhiyyə mövcuddur və geniş yayılmışdır. Bu bir neçə əziz gəncin burada "Biz hazırıq və birim təklifimiz vardır" bəyanatı çox dəyərlidir. Bəs, həm iradə, ruhiyyə və inkişaf üçün qərar vardır, həm də bacarıq. Bəs, bunlardan istifadə edək. Əgər (bu gün mövcud olan) "istəmək və bacarmaq" fürsətindən istifadə etməsək, zülm etmiş olarıq. Bu fürsətdən kim istifadə etməlidir? Həm məsullar istifadə etməlidir, həm elitalar və həm də elmi mərkəzlərin özləri. Əgər istifadə etməsək, zülm etmişik, öz ölkəmizə və tariximizə zülm etmişik. (Bu işdə) hamımız məsuluq; həm mən məsulam, həm dövlət və icraedici orqanların məsulları, həm siz gənclər, həm elmi təşkilatların möhtərəm nazirləri və həm də məsuliyyət daşıyan elmi mərkəzlərlə əlaqəsi olanlar da məsuldurlar. Hamımız çalışmalıyıq ki, mənim gözləntim olan bu elmi hərəkət, bu yeni şey ( yəni yenilik yaradan bir hərəkət, qısa yollar, yeni sıçrayış) həyata keçsin. Bu məsuliyyət bizim hamımızın çiynində vardır.
Məsuliyyətlə əlaqəsi olan üçüncü bir məqam burada danışmaq üçün qeyd etmişəm və o da budur ki, elm bütün başqa sərvətlər kimi məsuliyyət yaradandır, məsuliyyət gətirən bir sərvətdir. Fikri, maddi və qüdrət cəhətindən olan sərvətlərin hamısı məsuliyyət yaradandır. Əqli sərvət, maddi sərvət və qüdrətə malik olmaq–bunların hamısı məsuliyyət yaradandır. Allah-təala verdiyi hər bir sərvətin müqabilində bir məsuliyyət təyin etmişdir və o cümlədən elm də həmin qiymətli sərvətlərdən biridir. Sizin ki elminizi vardır, bu elm sizi məsuliyyətli edir. Məsuliyyəti edir, yəni nə? Yəni həm öz elminizdən xalqın mənfəəti üçün istifadə etməlisiniz, həm də bu elmin sizə verdiyi etibarlıqdan. Bəzən bir alim cəmiyyətdə olan etibarından öz elmindən və ixtisasından başqa zəminlərdə xalqın mənfəəti üçün istifadə edə bilər. Bu, məsuliyyətdir. Əgər siz nüvə, tibb, fizika, idarəetmə elmində, yaxud digər hər hansı bir elmdə bir dərəcə əldə etmisinizsə, bu, təbii olaraq sizdə hər iki cəhətdən məsuliyyət yaradacaq; yəni həm o elmin özü xalqın mənafeyi üçün istifadə olunmalıdır və həm də o elmə görə ələ gətirdiyiniz etibar. Əmirəlmöminin Əlinin (əleyhissalam) bu məşhur cümləsi bu xüsusda bu sözü tamamlayır: "....." Yəni Allah-təala alimlərdən bu əhdi alıbdır ki, bu zəmində təhəmmül etməsinlər.... Gərək zalımın acgözlüyünə və məzlumun ac qalmasına təhəmmül etməsin. Əks-təsir verməliyik, reaksiya göstərməliyik. Bu gün Qəzza hadisəsində bu reaksiya vermək (vəzifəsi) hər birimizin çiynində vardır. Reaksiya göstərməliyik. Bəziləri acdırlar, bombardman altındadırlar, bəziləri yüz nəfələrlə şəhid olurlar. Dünya səviyyəsində, ölkə səviyyəsində mövcud olan bu çox saylı cəbhələşmələrdə alim (istər universitet alimi, istərsə də dini hövzə alimi), əvvəla çalışmalıdır ki, haqqı çatdırsın, haqq tanınsın və haqqın kənarında dayansın. Laqeydlik, laqeyd müşahidə etmək (universitet və hövzə) alimi üçün icazəli deyildir.
Sonrakı məqam məşhur olan əməliyyat üslubudur ki, mən bir neçə dəfə bu haqda söhbət etmişəm və bu da elmi məqalələr məsələsidir. Mən bu xüsusda indiyə qədər iki-üç dəfə bəhs etmişəm. Mən elə fikirləşirdim ki, əvvəllər verilən xəbərdarlıqlar kifayət edib, yəni işi yoluna qoyub, lakin eşitdim ki, belə deyil. Elmi məqaləni elm heyətinin tərəqqisi qərar verməyin, nəzərimcə, heç bir məntiqi yoxdur. Yəni, həqiqətən, insan bunu həzm edə bilməz. Mən dünyada elmi müsabiqədə şərik olmağımıza və iştirak etməyimizə tərəddüd etmirəm, bu iş, hökmən, həyata keçməlidir. Lakin bütün ustadlarımızı və ölkənin elmi universitet heyətini məcbur edək ki, əgər inkişaf etmək istəysinizsə, gedin dünyanın filan məşhur jurnalında, yaxud filan elmi mərkəzində imtahan verin, ( məqalə yazmaq budur, axı. Yəni müəyyən olsun ki, filan mərkəzin nəzərində sizin elmi dərəcəniz necədir), mən bunu məntiqə uyğun bilmirəm. Bəli, məqalə yazmaq yaxşıdır. Ölkənin bir qrup seçilmiş ustadlarının öz xüsusi ixtisaslarında təhqiqat aparmaları və dünyanın etibarlı mətbuatlarında təqdirəlayiq istinadlı məqalə dərc etmələri ilə mən tamamilə müvafiqəm və bu iş, hökmən, yerinə yetirilməlidir. Amma inkişafın şərtini məqalə yazmaqda bilmək və bunu bütün ustadlara aid etmək, mənim nəzirimcə, məntiqli bir iş deyil. Əlbəttə, yaxşı məqalələr ölkənin elmi şöhrət və etibarını yuxarı qaldıra bilər və bu öz yerində. Münasib yollar tapılmalıdır və ölkənin elmi idarəçilik orqanları gərək elə üsullar tapalar ki, ölkənin bu elmi şöhrət və etibarı dünyanın nüfuz səviyyəsi və qiymət göstəricisində tənəzzül etməsin.
Məqalə və tezisləri haqda qeyd etdim ki, elmi və təhqiqat məqalələrin və tezisləri hədəfi ölkə məsələlərinə kömək etmək olmalıdır və əsas hədəf budur. Bir az bundan əvvəl qeyd etdiyim məqamı unutmayaq. Dünya elm müsabiqəsində iştirak etmək lazımdır, lakin həqiqi hədəf budur ki, biz bu məqalələrlə, bu elmi tədqiqatla ölkə problemlərindən bir qismini həll edək. Burada qeyd olunan həmin məsələlər (yaşayış mühit məsələsi, ənənəvi xalq təbabəti məsələsi, maşın məsələsi) ölkəyə aid olan məsələlərdir və bu kimi yüzlərcə məsələ vardır. Əgər istəyiriksə, elm yolu ilə, elmi üsulla və alimcəsinə bu məsələləri həll edək, həmin məqalə və təhqiqatlara ehtiyac vardır. Bəs, bizim məqalərlərimiz, tələbələrimizin tezisləri bu problemlərin həllinə istiqamətlənməlidir ki, o problemləri həll etsin. Həqiqətən, bütün sahələr– səhiyyədən, yaşayış məskənindən və əmniyyətdən tutmuş qida, ailə, yaşayış mühiti, hökumətin strukturlarının islahı (hökumət strukturlarının islahı! Mövzulardan biri də budur) və beynəlxalq əlaqələrə qədər (bütün sahələr) elmi iş üçün meydandır; elmi işlər, elmi təhqiqatlar bu cür olsun. Biz (təkcə) gündəlik işlərdə ilişib qalmayaq (fransız dili ilə desək, jurnalist). Yəni belə olmasın ki, bir nəfər bir qəzetdə, məsələn, beynəlxalq əlaqələr haqda, yaxud siyasi və bu kimi məqalələr yazsın. Bu şeylərə söykənməyək. Elmi işlər düzgün yerinə yetirilsin.
Bu mövzuda növbəti məqam məsulların öhdəsində olan vəzifələrdir. Xoşbəxtlikdən, burada cənab nazirlər, Prezidentin möhtərəm müavinləri və müxtəlif məsullar iştirak edirlər. Mənim bu mövzuda müxtəsər şəkildə qeyd də biləcəyim mətləb budur ki, məsullar elə bir iş görməlidirlər ki, elita (cəmiyyətə) faydalı olduqlarını hiss etsinlər, faydalı olduqlarını hiss etsinlər. İndi ağızlarda gəzən və qəzetlərdə mövzu olan mühacirət və (ölkədən) getməklərin səbəblərindən biri (bəziləri də bu zəmində mübaliğə edirlər) də budur ki, bu elita burada bir işi olmadığını hiss edir. Mən əvvəlki xəbərdarlığımda dedim ki, bir elita fərdin ölkənin idarəetmə orqanlarından iki gözləntisi vardır: biri budur ki, (istəyir ki) bir peşəsi olsun və işlə məşğul olsun, ikincisi də budur ki, mütaliə etmək və təhsilini davam etdirmək imkanı olsun. Elitaların xaricə getməyi üçün cəzzab amillərdən biri budur ki, orada təhqiqat, inkişaflar və bu kimi imkanlar mövcuddur. Bu imkanı və peşəni onlar üçün burada təmin edək. Mən bu gün demək istəyirəm ki, əgər elitanın gözləntisini müxtəsər şəkildə desək, (deyə bilərik ki) elita ölkədə faydalı olduğunu hiss etmək istəyir.
Bu iş üçün üslublar vardır. İndi bu gün, xoşbəxtlikdən, iki-üç dəfə bu DANEŞbünyan şirkətləri haqda söhbət olundu və mən də o söhbətlərin qeydiyyatını apardım. Elitanın özünü faydalı hiss etməsinin ən yaxşı yollarından biri DANEŞbünyan şirkətlərini təşkil etməkdədir. DANEŞbünyan şirkətlər həm ölkəyə iqtisadi inkişaf verər, həm ölkədə gümrahlıq hisii yaradar, həm ölkəyə elmi tərəqqi verər, həm elitalaı hifz edər və elitalardan ölkə üçün istifadə olunar. Beləliklə, mən təklif edirəm ki, DANEŞbünyan şirkətləri gücləndirin və gücləndirməyin yollarından biri budur ki, bu şirkətlərin məhsulları daha xaricdən gəlməsin. Elə bu axır vaxtlarda mənə bir neçə şikayət xarakterli hesabatlar verildi ki, DANEŞbünyan şirkətlər deyirlər ki, biz bu məhsulu istehsal edirik və bu məhsulun istehlakçısı olan filan idarə orqanı bunu xaricdən gətirir. Nə üçün? Gərək daxili məhsullardan istifadə etməyi öyrənək və buna adət edək (məxsusən dövlət orqanları ki, adətən, bu məhsulların mühüm müştərilərindəndir). Bu qədər təkrar-təkrar deyilən həmin məsələnin birinci müxatəbi bizim özümüz, məsullar, dövlət və hökumət qurumlarıdır. Bunlar daxili və birinci növbədə DANEŞbünyanın məhsullarından istifadə etməlidirlər.
Yaxşı, müraciətlərimiz sona çatdı. Kiçik bir mətləb və bir kəlmə də hazırkı Fələstin və Qəzza hadisələri haqda deyirəm. Fələstin hadisəsində bütün dünyanın gözü önündə olan məsələ qəsbkar rejimin soyqırım cinayətidir və bütün dünya bunu müşahidə edir. Bəzi ölkələrin məsulları bizim məsullarla söhbət etdikdə qəsbkar sionist rejimi müdafiəsi üçün etiraz edirdilər ki, fələstinlilər nə üçün dinc insanları öldürürlər? Əvvəla, bu söz həqiqətlə ziddir. Ümumiyyətlə, yaşayış məntəqələrindəkilər mülki şəxslər deyillər, silahlıdırlar. Hələ fərz edək ki, mülki şəxslərdir. Nə qədər mülki şəxs öldürülüb? Bundan yüz qat artığını indi qəsbkar rejim Qəzzada qadın, uşaq, qoca və cavanları qətlə yetirməklə edir. Qəzzanın bu binaları içərisində ki hərbçilər yaşamırlar (hərbçilər öz yerlərində qalırlar və onların özləri də bunu bilirlər), bunlar həmin (dinc) əhalidir. Çoxsaylı cəmiyyəti olan mərkəzləri seçir və oranı vururlar. Fələstinlilər Qəzzada həmin bir neçə gün ərzində indiyə qədər neçə min itki verdilər. Bu cinayət bütün dünyanın gözü qarşısındadır. Bunlar mühakimə olunmalıdırlar. Qəsbkar sionist rejim dövləti bu gün, hökmən, mühakimə olunmalıdır. Onlar mühakimə olunmanlı, Amerika da bu hadisədə öz məsuliyyətini bilməlidir. Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərin hazırkı siyasətini, yəni həmin son həftənin sionist rejiminin daxili (hadisələrini) amerikalılar tənzilmləyirlər. Yəni siyasət yürüdənlər onlardır və bu baş verən işlər amerikalıların siyasətidir. Amerikalılar (bu cinayətlərə görə) məsuliyyət daşıdıqlarını bilməlidirlər. Onlar məsuliyyət daşıyırlar. Bombardmanlar dərhal dayandırılmalıdır. Müsəlman millətlər əsəbidirlər, həqiqətən, əsəbidirlər və əlamətlərini də siz müşahidə edirsini; insanların qruplar şəklində cəm olmasını təkcə İslam ölkələrində deyil, əksinə, Los-Ancelesdə, Hollandiyada, Fransada və Avropa ölkələrində (özünüz müşahidə edirsiniz). Qərb ölkələrində insanlar ictimai şəkildə toplaşırlar (istər müsəlman, istərsə də qeyri-müsəlman). İslam ölkələrində isə (bu) daha aydın görünür. İnsanlar əsəbidirlər. Əgər bu cinayət davam edərsə, müsəlmanların səbri tükənər, müqavimət qüvvələri təhəmmül edə bilməzlər və bunu bilsinlər ki, daha kimsə bunların qarşısını ala bilməz. (Sonra da) Kimlərdənsə gözləntiləri olmasın ki, filan qrupun hansısa işinə əngəl olsunlar. Əgər səbirləri daşsa, daha kimsə bunların qarşısını ala bilməz və bu, mövcud olan bir həqiqətdir. Əlbəttə, sionist rejim hər iş görsə də, daha bu hadisədəki rüsvayçı məğlubiyyətini təlafi edə bilməz. Yaxşı, sonuncu cümləni də siz bəyan etdiniz daha. Təşəkkür edirəm.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.