Bu görüşdə Ayətullah Əl-Üzma Xamenei İsrailin cinayətlərinin davam etməsi fonunda heç kəsin müqaviməti dayandıra bilməyəcəyinə toxunaraq buyurdu:
"Sionist rejimin cinayətləri davam edərsə, müsəlmanların və müqavimət qüvvələrinin qarşısını heç kəs ala bilməz. İranın bəzi müqavimət qruplarının qarşısını almasını istəyənlər bunu bilməlidirlər və (İrandan heç bir) gözləntiləri olmamalıdır".

Qəsbkar rejimin mühakimə olunmasını qeyd edən o Həzrət belə buyurdu:
"Qəsbkar sionist hökuməti mühakimə olunmalıdır".

Daha sonra İnqilab Rəhbəri sionistlərin hazırkı siyasətinə toxunaraq onun amerikalılar tərəfindən tənzimləndiyini bildirərək qeyd etdi:
"Əlimizdə olan çoxsaylı məlumatlarımız bunu bildirir ki, bu günlərdə sionist rejimin hazırkı siyasəti amerikalılar tərəfindən tənzimlənir. Baş verən hadisələr amerikalıların yürütdüyü siyasətin nəticəsidir. Bu vəziyyətə görə amerikalılar məsuliyyət daşıyırlar".

Ayətullah Xamenei İsrailin rəzil məğlubiyyətini heç cür təlafi edə bilməyəcəyinə təkid edərək buyurdu:
"Sionist rejim hər cinayətə əl atsa da, Əqsa fırtınası əməliyyatındakı rüsvayçı məğlubiyyətini təlafi edə bilməz".

O Həzrət Fələstinlilərin dinc əhalini öldürmələri iddiasına cavab olaraq belə buyurdu:
"Bəzi ölkələrin məsulları etiraz edirlər ki, fələstinlilər nə üçün dinc insanları öldürürlər? Əvvəla, bu söz həqiqətlə ziddir. Ümumiyyətlə, yaşayış məntəqələrindəkilər mülki şəxslər deyillər, silahlıdırlar. Hələ fərz edək ki, mülki şəxslərdir. Nə qədər mülki şəxs öldürülüb? Bundan yüz qat artığını indi qəsbkar rejim Qəzzada qadın, uşaq, qoca və cavanları qətlə yetirməklə edir".