İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər saatlarında 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edərək 3 saat müddətində müxtəlif kitab guşələrinə baxış keçirdi.
İnqilab Rəhbəri naşirlər, yazıçı və kitab guşələrinin sahibləri ilə söhbət əsnasında yeni nəşr, kitab bazarının vəziyyəti və həmçinin sərginin insanlar tərəfindən qarşılanma səviyyəsi haqda yaxından məlumat əldə etdi.
Həzrət Ayətullah Xamenei kitab sərgisinə baxışdan sonra müsahibə zamanı belə bir baxışa olan marağının birinci dərəcədə özünün kitaba olan şəxsi marağından qaynaqlandığını bildirdi və belə buyurdu:
"Kitab sərgisinə baxış keçirmənin başqa dəlillərindən biri də kitab və kitab mütaliəsinin geniş yayılması üçün şərait yaratmaqdır".
O Həzrət daha sonra buyurdu:
"Mənim etiqadım budur ki, xalqın hər bir fərdi müxtəlif yaş və elmi təbəqələrə mənsub olmasından asılı olmayaraq, kitaba ehtiyaclıdırlar və heç bir şey kitabın yerini doldura bilməz".
İslam İnqilabının Rəhbəri kitab oxuma fonunda sosial şəbəkələrin təsirinə işarə edərək belə xatırlatdı:
"Sosial şəbəkələr kitabın yerini əvəz etməməli, həmçinin kitab da həmişə (xalqın) alış-veriş səbətində və xalqın ümumi vaxtları içərisində öz xüsusi yerini qoruyub saxlamalıdır".
Həzrət Ayətullah Xamenei Mədəniyyət Nazirliyi və İslami Təbliğat Orqanının rəsmi məsullarının kitab nəşri və istehsalı işində aktiv olanlara kömək etmələrinin zəruriliyini təklidlə vurğuladı və sözlərinə belə davam etdi:
"Əlbəttə, bu sahədə müəyyən bir köməkliklər göstərilir və bu gedişat davamlı olmalıdır, lakin başqa bir mühüm iş budur ki, sosial şəbəkələrdə aktiv olanlar kitab və kitab oxumanın yayılmasını öz vəzifələrindən biri hesab etsinlər".
O Həzrət belə vurğuladı:
"Sosial şəbəkələrdə aktiv olanlar müxtəlif elmi, ədəbiyyat, tarix, sənət və dini, etiqadi mövzularda olan yaxşı kitabları və başqa sözlə desək, "Faydalı kitablar"ı tanıtdırıb, yaysınlar".
İslam İnqilabının Rəhbəri bu ilin kitab sərgisi zəminində diqqət olunası gərəkən bir neçə məqama toxundu.
İnqilab Rəhbəri sözlərinin axırında gənc və yeniyetmələrlə məşğul olan rəsmi məsul və orqanlara bir zəruri tövsiyə buyurdu.
Həzrət Ayətullah Xamenei buyurdu:
"Mədəniyyət Nazirliyi, Təbliğat Orqanı və incəsənət sektoru kimi orqanlar gənc nəsil üçün münasib kitab istehsalı zəminində və Təlim və Tərbiyə Orqanı, Təhsil Nazirliyi də gənc və yeniyetmələr arasında kitab oxumanın yayılması fonunda daha artıq çalışmalıdırlar ki, həm kitab oxuma üçün şərait yaranmış olsun və həm də yaxşı kitabı o nəslin ixtiyarında qərar versin".
O Həzrət gənc nəsil üçün ciddi ehtiyaclardan birinin müxtəlif hadisələrin şərhi zəminində kitab istehsalı olduğunu bildirdi və buyurdu:
"Məşrutiyyət, Müqəddəs Müdafiə və İslam inqilabı kimi hadisələr zəminində və İmam Xomeyni kimi görkəmli və nadir şəxsiyyətlər haqqında ya münasib kitab yoxdur, yaxud da oxunası kitab çox azdır. Bu mövzularda gənc nəsil üçün kitablar hazırlanmalıdır".