jtyjhtyjyuuy555555

İslam İnqilabının Ali Məqamlı Rəhbəri müxtəlif universitet tələbələri təşkilatlarının mindən çox üzvü və fəalları ilə iki saat yarım davam edən görüşdə tələbələri, onların fəaliyyətlərini və tələblərini ölkə üçün fürsət və dəyər hesab etdi. Ali Məqamlı Rəhbər düşmənin İran xalqını özünə və öz qabiliyyətlərinə bədbinləşdirmək strategiyasına toxunaraq bildirib ki, tələbə cəmiyyəti düşmənin istəklərinin əksinə olaraq, İran cəmiyyətinin zehnində və gerçəkliyində dəyişiklik icad etməyi və daha sonra isə dünya zehnində və gerçəkliyində dəyişiklik icad etməyi öz səylərində və uzunmüddətli baxış üfüqündə yerləşdirməlidir.

O, tələbələrin və tələbə qruplarının təməl biliyinin gücləndirilməsinin zəruriliyini bir daha vurğulayaraq əlavə edib:
İnqilab Rəhbəri ədaləti mərifətin (biliyin) əsaslarından biri hesab edir və buyurur:  "Ədalətin mühüm nümunəsi bərabərsizliyin aradan qaldırılmasıdır, lakin ədalətin geniş əhatəsi zehin, qəlb, əqidə və şəxsi mühakimələrdən başlayır və beynəlxalq ədalət uğrunda hegemonlarla mübarizəyə qədər uzanır.Təəssüflər olsun ki, bəzi insanlar ədalət istəyi şüarı ilə dünya zalımlarıyla mübarizəni ədalət istəyinin nümunəsi kimi qəbul etmirlər".

O, mərifətin (biliyin) başqa bir əsası kimi azadlığı qeyd etdi və buyurdu:
"İslamın nəzərində “maddi istəklər və əsarətdən azad olmaq” azadlıq məsələsinin ən mühüm hissəsidir ki, bu da durğunluq, inkişafdan qalmaq, millətpərəstlik, irtica, hegemonlar, diktatorlar və digər məhdudiyyətlərdən nicat verərək inkişaf və tərəqqiyə doğru olan yolu asanlaşdırır".

Buna görə də gənc tələbələr Quran və Nəhcül-bəlağədən, həmçinin Mütəhhəri, Behişti və Misbah kimi mütəfəkkirlərin kitablarından istifadə edərək mərifət (bilik) mövzularında çalışmalı, mütaliə etməli, diqqət edib dərindən düşünməlidirlər.

"Belə olan halda gəncin qəlbi möhkəm, addımı sabit, hərəkəti isə davamlı və yorulmaz olacaqdır".

Həzrət Ayətullah Xamenei başqa bir mühüm fikri və dini əsas olan, yəni “Fərəcin intizarı” haqqında da belə qeyd etdi:
"Fərəcin intizarı, yəni bütün qüsur və çətinliklərin iş görmək, çalışmaq və Allaha təvəkkül ilə aradan qaldırılacağına inanmaq deməkdir".

O, tələbə cəmiyyətində və ölkədə qütbləşməni, qeyri-real baxış və elmi-praktik həllər təqdim edilmədən olan tələbləri tələbə fəaliyyətinin afət və zərərləri sırasına daxil edib tələbələrdən birinin sözünə istinadən və həmin tələbənin “İlk gündən müxtəlif məsələlərlə bağlı referendum keçirməliydik ki, həssaslıq olmasın” sözünün əksinə olaraq, "Ölkənin müxtəlif məsələləri referenduma çıxarıla bilməz. Çünki hər referendum 6 ay ərzində bütün ölkəni özünə məşğul edir. Bundan əlavə, dünyanın harasında bütün məsələlər üzrə referendum keçirirlər?"- deyə buyurdu.

İnqilab Rəhbərinin tələbələrə başqa bir tövsiyəsi də uzaq üfüqlərə baxaraq hərəkətlərini tənzimləmələri idi. O bəzi tələbələrin "İdeal və uzaqgörən bir tələbənin vəzifəsi nədir" sualına işarə edərək buyurdu:
"Əvvəlcə öz cəmiyyətinin zehnində və gerçəkliyində dəyişiklik yaratmaq, sonra isə dünyanın zehnində və gerçəkliyində dəyişiklik icad etməkdir".

Həzrət Ayətullah Xamenei bu bacarıqlara yiyələnməyin qeyri-adi və əlçatmaz olmadığını bildirərək əlavə etdi:
"Bu günün tələbəsi sabahın siyasi, iqtisadi, diplomatik müdiri, filosofu, təhqiqatçısı, siyasi və media fəalı və həmçinin sabahın rəisi, düşünən beyni və nüfuzlu bir şəxsidir. Hamı deyəndə ki, dünya dəyişiklik halındadır, bu dəyişiklik siz gənc və mömin tələbələr də sırasında olmaqla düşünən beyinlər və fəal insanlar tərəfindən müəyyən olunacaqdır.

İnqilab Rəhbəri “Hər kəs düşmənin planını və strategiyasını bilməkdə özünü yeniləməlidir”,-deyə vurğuladı:
"Biz düşmənin adını çəkən kimi, hətta bəziləri eyham vururlar ki, sanki biz zəif və süst cəhətlərimizi inkar etməyə çalışırıq, halbuki zəifliklər mövcuddur, amma başa düşsək də, düşməsək də, düşmən pul və vəsait xərcləməklə daim haqq cəbhəsinin əleyhinə işləyir. Əmirəlmömininin təbiri ilə desək, əgər biz səngərdə qəflət yuxusunda yatmışıqsa, düşmən yuxuya getməyib".

İnqilab Rəhbəri idarəçilik, hərbi və elmi sahələrdə parlayan və şəhid olan mömin gənclərin adını çəkərək belə buyurdu:
"O nurlu yol o cür də davam edir və sizin öz dövrünüzdə də Höcəci, Sədrzadə, Əlivərdi, Əcəmian kimi şəhidlər və bu gün də məsuliyyət dərk edən iranlı gənc kütlələr ölkəni hərəkətə gətirən mühərrik və hərəkətverici qüvvədirlər".

Ayətullah Xamenei gənclərə xitab edərək buyurdu: "İnqilab və İslamın aydın yolunu ciddiyyətlə, idealizmlə, ümid və ağıla söykənməklə davam etdirin".

O, idealizmi və uzaq üfüqlərə diqqət etməyi hərəkətə gətirən mühərriklə, bu mühərrikin yanacağını ümidlə və hərəkət mühərrikinin sükanını isə ağılla müqayisə etdi.

Çıxışın yekun hissəsində isə belə buyurdu: "Həqiqətdə plan elmi əhatənin olmasıdır və bu da universitet sahəsində hazırkı mövcud çatışmazlıqdır".