Video

 

(Deyirlər ki) Xalqın sözünə qulaq asılmalıdır. Yaxşı, bu sözdə başa düşülən nədir? Xalqın hər bir məsələdə nəzəri yoxdur ki. (Bu arada) Xalq vahid bir fikrə sahib deyil. (Xalq) düşünməli, mütaliə etməlidir. Xalqın sözünün başa düşülməsində bir üslub vardır. Xalqın sözü hal-hazırda mövcud olandır. Yəni bir nəfəri prezident ünvanında seçirlər. Bu, xalqın sözü deməkdir. Bir qrupu parlamentə deputat seçirlər. Bu elə xalqın sözü deməkdir. Xalqın sözünü bu yolla başa düşmək olar.

 

İndi qardaşlardan biri referendum haqqında bir söz dedi. Dedi ki, ilk gündən qarşıya çıxan müxtəlif məsələlərlə bağlı referendum keçirsəydiniz, indi referendum üzərində bu qədər həssasiyyət olmazdı. Dünyanın harasında (qarşıya çıxan hər məsələ üçün) bu işi görürlər? Məgər ölkənin hər bir məsələsi referenduma çıxarıla bilər?

Məgər referendumda iştirak etməyi gərəkən və iştirak edən xalqın hər bir məsələdə təhlil qabiliyyəti vardır? Bu, nə sözdür? Təbliğat edilməsi mümkün olan və hər tərəfdən müxtəlif fikirlər səsləndiriləcək məsələlərdə necə referendum keçirmək olar? Ümumiyyətlə, bir məsələ ilə bağlı referendum keçiriliməsi üçün ölkəni altı ay ərzində bəhs, cədəl, müzakirə və qütbləşmə ilə məşğul edirlər. Hər bir məsələ üçün referendum keçirməliyik? Yəni məsələlər üzərindən bu rahatlıqla keçiriləsi qədər sadə deyil.