Sual 24: Əgər bir müctəhidin mərcəyi-təqlid olmağa səlahiyyətinin çatması iki ədalətli şəxsin şəhadəti vasitəsilə dəqiqləşərsə, bu barədə başqa şəxslərdən də soruşub-araşdırmağa lüzum varmı?

Cavab: Bir müctəhidin mərcəyi-təqlid olmağa səlahiyyətinin çatması və onun camiuş-şərait müctəhid olması barədə iki ədalətli mütəxəssisin şəhadət verməsi, həmin müctəhidə təqlid edə bilmək üçün kifayət edir və başqa şəxslərdən soruşub-araşdırmağa ehtiyac yoxdur.

                                                                                                                                  

Sual 25: Mərcəyi-təqlidi seçməyin və fətvanı əldə etməyin yolları hansılardır?

Cavab: Bir müctəhidin ictihad dərəcəsinə[1] çatdığı və ələm olduğu bu yollarla dəqiqləşir:

1. İmtahan etmək;

2. Yəqinliyin hasil olması: hətta bu yəqinlik bilgiyə və ya əminliyə faydalı olan “məşhurluq”[2] vasitəsilə hasil ola bilər;

3. İki ədalətli mütəxəssisin(əhli xibrənin) şəhadət vermələri.

Müctəhidin fətvasını əldə etməyin yolları isə aşağıdakılardan ibarətdir:

1. Müctəhidin özündən eşitmək;

2. Bir ədalətli şəxsin və ya bir etibarlı şəxsin müctəhidin özündən və ya onun etibarlı risaləsindən xəbər verməsi;

3. Etibarlı risaləyə müraciət etmək.

                                                                                                                                  

Sual 26: Mərcəyi-təqlidi seçməkdə vəkil olmaq, atanın oğula və ya müəllimin şagirdə vəkil olması kimi düzgündürmü?

Cavab: Əgər “vəkil olmaq” dedikdə, camiuş-şərait müctəhidi müəyyən etməkdən ötrü araşdırma aparmaq vəzifəsinin ataya, müəllimə və ya başqalarına həvalə olunması nəzərdə tutulursa, bunun maneəsi yoxdur. Əgər onların nəzəri bu xüsusda bilgiyə və ya yəqinliyə yararlı olarsa, yaxud bəyyinənin[3] və şəhadətin şərtlərinə malik olarsa, onların nəzəri şəri baxımdan etibarlıdır və dəlil-sübut hesab olunur.

                                                                                                                                  

Sual 27: Müctəhid olan bir neçə alimdən ələm bir müctəhid barəsində soruşuldu. Onlar dedilər ki, filan müctəhidə müraciət etmək nəticəsində mükəlləf öz üzərinə düşən vəzifəyə əməl etmiş olur. Əgər həmin müctəhidin ələm olması barədə mənim şəxsən məlumatım yoxdursa, yaxud onun ələmliyinə şübhəm varsa, yaxud da onun ələm olmadığına əminliyim varsa (çünki oxşar dəlil və ələmliyinə şübhəm varsa, yaxud da onun ələm olmadığına əminliyim varsa (çünki oxşar dəlil və bəyyinə ilə ələmliyi sübuta yetən başqa fərdlər vardır) mən o alimlərin sözünə etimad edə və həmin müctəhidə təqlid edə bilərəmmi?

Cavab: Əgər camiuş-şərait müctəhidin ələmliyi barədə şəri bəyyinə mövcud olarsa, bu bəyyinə ilə zidd olan başqa bir şəri bəyyinə ortaya çıxmayana qədər sözügedən bəyyinə şəri dəlildir və ona etimad olunur, baxmayaraq ki, bilgi və ya əminliyin hasil olmasına səbəb olmamışdır. Bu təqdirdə, sözügedən bəyyinəyə zidd olan bəyyinəni araşdırıb-axtarmağa və onun mövcud olmadığını dəqiqləşdirməyə lüzum yoxdur.

                                                                                                                                  

Sual 28: Müctəhid tərəfindən xüsusi icazəsi olmayan, həmçinin fətvaları və şəriət hökmlərini bəyan edərkən bəzi hallarda səhvə yol verən bir şəxs müctəhidin fətvasını demək və şəriət hökmlərini bəyan etmək vəzifəsini yerinə yetirə bilərmi? Əgər bu şəxs şəriət hökmlərini risaləyə baxıb deyərsə, bu halda bizim vəzifəmiz nədir?

Cavab: Müctəhidin fətvasını demək və şəriət hökmlərini bəyan etmək vəzifəsini yerinə yetirmək üçün xüsusi icazənin olması şərt deyildir. Amma əgər bir şəxs hansısa bir şəri məsələni bəyan edərkən səhvə yol verərsə, səhvə yol verdiyini başa düşdüyü təqdirdə, o öz səhvini imkan daxilində düzəltməlidir. Hər halda, dinləyən şəxsə icazə verilmir ki, şəriət hökmlərini bəyan edən şəxsin sözlərinin doğruluğuna əmin olmadan onun dediklərinə əməl etsin.

                                                                                                                                  

Sual 29: (bəyyinə ilə ələmliyi sübuta yetən başqa fərdlər vardır) mən o alimlərin sözünə etimad edə və həmin müctəhidə təqlid edə bilərəmmi?

Cavab: Əgər camiuş-şərait müctəhidin ələmliyi barədə şəri bəyyinə mövcud olarsa, bu bəyyinə iləbzidd olan başqa bir şəri bəyyinə ortaya çıxmayana qədər sözügedən bəyyinə şəri dəlildir və ona etimad olunur, baxmayaraq ki, bilgi və ya əminliyin hasil olmasına səbəb olmamışdır. Bu təqdirdə, sözügedən bəyyinəyə zidd olan bəyyinəni araşdırıb-axtarmağa və onun mövcud olmadığını dəqiqləşdirməyə lüzum yoxdur.

                                                                                                                                  

Sual 30: Müctəhid tərəfindən xüsusi icazəsi olmayan, həmçinin fətvaları və şəriət hökmlərini bəyan edərkən bəzi hallarda səhvə yol verən bir şəxs müctəhidin fətvasını demək və şəriət hökmlərini bəyan etmək vəzifəsini yerinə yetirə bilərmi? Əgər bu şəxs şəriət hökmlərini risaləyə baxıb deyərsə, bu halda bizim vəzifəmiz nədir?

Cavab: Müctəhidin fətvasını demək və şəriət hökmlərini bəyan etmək vəzifəsini yerinə yetirmək üçün xüsusi icazənin olması şərt deyildir. Amma əgər bir şəxs hansısa bir şəri məsələni bəyan edərkən səhvə yol verərsə, səhvə yol verdiyini başa düşdüyü təqdirdə, o öz səhvini imkan daxilində düzəltməlidir. Hər halda, dinləyən şəxsə icazə verilmir ki, şəriət hökmlərini bəyan edən şəxsin sözlərinin doğruluğuna əmin olmadan onun dediklərinə əməl etsin.

                                                                                                                                  

 

[1] İslam şəriətinin hökmlərini təfsili dəlillərdən (Quran, sünnə, əql və icma) əldə edə bilmək elmi dərəcəsi.

[2] Yəni camaat arasında camiuş-şərait müctəhid kimi ad çıxarması.

[3] Bəyyinə müəyyən bir məsələni sübuta yetirə biləcək şahidlərin şahidliyidir.