Sual 46: “Müqəssir cahil” kimə deyilir?
Cavab: Müqəssir cahil o şəxsə deyilir ki, öz cəhalətindən xəbərdardır və bunu aradan qaldırmaq yollarını da bilir, amma şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq edir.
Sual 47: “Qasir cahil” kimə deyilir?
Cavab: “Qasir cahil” o şəxsə deyilir ki, cahil (biliksiz və məlumatsız) olduğunu ümumiyyətlə, bilmir və ya cahil olduğunu bilir, amma cəhalətini aradan qaldırmaq üçün bir yolu yoxdur.
Sual 48: “Ehtiyat-vacib” ifadəsi hansı mənanı bildirir?
Cavab: Ehtiyat ünvanında müəyyən bir işi yerinə yetirmək və ya tərk etməyin vacibliyini bildirir.
Sual 49: Bəzi fətvalarda işlənən “fihi işkal” ifadəsi harama dəlalət edirmi?
Cavab: Bu ifadə müxtəlif yerlərdə müxtəlif mənaları bildirir. Əgər bir işin icazəli olması barədə "işkal" sözü gələrsə, o işə əməl etməyin haram olmasına dəlalət edir.
Sual 50: Bütün bu ifadələr: “Fihi işkal”, "muşkilun", "la yəxlu min işkal" və "la işkalə fih" fətva sayılır, yoxsa ehtiyat?
Cavab: "La işkalə fih" ifadəsindən başqa bütün bu ifadələrin hamısı ehtiyata dəlalət edir.
Sual 51: "İcazəli deyil" ifadəsi ilə "haramdır" ifadəsinin fərqi nədir?
Cavab: Əməl məqamında fərqləri yoxdur.