14/12/2023
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə keçirilən əzadarlıq mərasiminin ilk gecəsi dekabrın 14-ü axşam saatlarında İmam Xomeyninin hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri və bir qrup əzadarların iştirakı ilə keçirilib.
20/08/2023
Mühüm olan budur ki, bizlər şəhidlərin yolunu təqib edək, şəhidlərin verdiyi dərsləri öyrənək və əməl edək. Şəhadət məsələsinə gəldikdə isə, həqiqətən, dilimiz şəhadət rütbəsi və şəhidlərin dərəcələri haqqında danışmağa acizdir.
20/08/2023
Ərdəbil Vilayəti Milli Şəhidlər Konqresi üzvlərinin İslam İnqilabının Rəhbəri ilə 13.08.2023-cü il tarixdə bazar günü səhər saatlarında keçirilən görüşünün foto görüntüləri bu gün (20.08.2023) Ərdəbildə bu konfransın keçirildiyi yerdə dərc olunub
20/07/2023
Bağışlayan və mehriban Allahın adı ilə "Allahın rəhmət və salamı əziz şəhid Mustafa Sədrzadəyə və bütün haqq yolunun ixlaslı şəhidlərinə olsun". Seyid Əli Xamenei   Şəhriyar şəhəri sakini gənc hərəm müdafiəçisi Mustafa Sədrzadə 2015-ci ilin Tasua günü Suriyanın Hələb bölgəsində şəhid olub. İslam İnqilabının Rəhbəri müxtəlif görüşlərdə bu şəhidin xatirəsini anaraq onun gənc nəsil üçün örnək olduğunu qeyd edib. 21.08.2023-cü il tarixdə səhər saatlarında "Mustafa kimi" adlı mərasim zamanı İnqilab Rəhbərinin "Sənin adın Mustafadır" və "Doqquzuncu günün əsgəri" adlı kitablara iki ürək sözü nəşr olundu.
26/06/2023
    Əgər kimsə İmam Baqirin (ə) öz imamət dövründə İslami cihadın ən çətin yüklərini öz öhdəsinə götürdüyünü iddia edərsə, bihudə iddia etməyibdir. İmam Baqir (ə) elə bir dövrdə məsuliyyət yükünü öz çiyninə götürürdü ki, İslam aləmi tağut hökumətinin, yəni qəddar Mərvani xəlifələrinin ağır yükləri altında əyilmişdi. ​İmam Baqir (ə) bu müddət ərzində vəziyyəti elə yerə çatdıra bildi ki, ixlaslı fədakar şiə İmam Baqirin (ə) vəfatından sonra qısa bir müddət ərzində İslami və Ələvi hökumətinin hakim olmasının intizarında idi.
13/04/2023
Mən, əmim Həmzə, qardaşım Cəfər və əmim oğlu Ubeydə bir iş barəsində Allah-təala ilə əhd bağlamışdıq. Əmirəlmöminin bu əmi (və digər iki nəfər) ilə bir məsələdə əhd bağlayıblar. O məsələ, adətən, “Şəhadətə yetişənə qədər cihad etmək”dir. Yəni bu yolda, bu hərəkatda şəhadət anına qədər qorxu olmadan gedəcəyik. Sonra Həzrət dedi ki, bu yoldaşlar—bu üç nəfər məndən qabağa düşdülər, "Onlardan sonraya qaldım". Onlardan geridə qalıb şəhid olmamağım mənə çox ağır gəldi. Bizim dövrümüzdə olan fədakar insanlar Əmirəlmömininə iqtida etdilər. Onun ardınca getdilər. Şəhadət aşiqi idilər və onun ardınca idilər.Sanki Əmirəlmöminin Əlinin (əleyhissalam) fəryadı tarixin əbədi səhnəsində hələ də səslənir. O belə deyir: Düşmənlə vuruşmağa çağırılanlar və həvəslə, aşiqanə və şövqlə icabət edənlər haradadırlar? Özümüzə giriftar olduqda heç bir iş görə bilmərik. Bunu bizə o 20 və ya 25 yaşlı döyüşçü öyrədib. Əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə gərək öz nəfsinin tikanlı məftilindən keçməlisən.Şəhidlər sizin və mənim kimi onlara qoşulmayanlara müjdə verir. (Bu ticarətdə) Mal candan ibarətdir, bu malı sizdən alırlar ki, müqabilində cənnət versinlər.Bu, ilahi vəddir, Allah sizə vəd edir, şəhadət belə bir şeydir.