Onun (Qasim Süleymaninin) şəhid olması  ölkəmizdə inqilabın canlı olduğunu bütün dünyaya göstərdi. Bəziləri guya İranda inqilabın aradan getdiyi, yatdığı və bitdiyini qələmə vermək istəyirdilər (təbii ki, bəziləri bunu etməyə çalışırlar). Amma onun şəhadətə yetişməsi inqilabın canlı olduğunu göstərdi. Tehranda və başqa şəhərlərdə (Qasim Süleymaninin tabutunu qarşılayanda) nə baş verdiyini (izdihamı) gördünüzmü? Əlbəttə, mən Kermanda baş vermiş bu acı hadisəyə və bir sıra dəyərli Kermanlı soydaşlarımızın (yaranmış izdiham səbəbindən) vəfat etdiyinə görə dərin təəssüf hissi keçirib, onların ailələrinə başsağlığı verirəm. Ümidvaram ki,  bu ölənlərin pak ruhları qiyamətə Şəhid Süleymani ilə birgə gəlsinlər. Şəhid Süleymani bu şəhidliyi ilə  həqiqətlərə yumulmuş gözləri açdı. Düşmənlər İran millətinin əzəməti qarşısında özlərini aciz hiss etdilər. Bunu biruzə verməməklərinə baxmayaraq, çarəsizlikdən etiraf etdilər. İnsafsız, yalançı, sözlərinə heç bir vəchlə etimad olunmayan və gülünc vəziyyətə qalmış o düşmən, yəni amerikalılar bu böyük mücahidi və bu terrorla mübarizə komandirini terrorçu kimi tanıtmağa çalışırdılar və İran milləti də onların ağzının üstündən vurdu.

 

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

08.01.2020