Klip

Mən, əmim Həmzə, qardaşım Cəfər və əmim oğlu Ubeydə bir iş barəsində Allah-təala ilə əhd bağlamışdıq. Əmirəlmöminin bu əmi (və digər iki nəfər) ilə bir məsələdə əhd bağlayıblar. O məsələ, adətən, “Şəhadətə yetişənə qədər cihad etmək”dir.

 

Yəni bu yolda, bu hərəkatda şəhadət anına qədər qorxu olmadan gedəcəyik. Sonra Həzrət dedi ki, bu yoldaşlar—bu üç nəfər məndən qabağa düşdülər, "Onlardan sonraya qaldım".

 

Onlardan geridə qalıb şəhid olmamağım mənə çox ağır gəldi. Bizim dövrümüzdə olan fədakar insanlar Əmirəlmömininə iqtida etdilər. Onun ardınca getdilər. Şəhadət aşiqi idilər və onun ardınca idilər.

 

Sanki Əmirəlmöminin Əlinin (əleyhissalam) fəryadı tarixin əbədi səhnəsində hələ də səslənir. O belə deyir: Düşmənlə vuruşmağa çağırılanlar və həvəslə, aşiqanə və şövqlə icabət edənlər haradadırlar?

 

Özümüzə giriftar olduqda heç bir iş görə bilmərik. Bunu bizə o 20 və ya 25 yaşlı döyüşçü öyrədib. Əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə gərək öz nəfsinin tikanlı məftilindən keçməlisən.

 

Şəhidlər sizin və mənim kimi onlara qoşulmayanlara müjdə verir.

 

(Bu ticarətdə) Mal candan ibarətdir, bu malı sizdən alırlar ki, müqabilində cənnət versinlər.

 

Bu, ilahi vəddir, Allah sizə vəd edir, şəhadət belə bir şeydir.