Plakat
Demək olmaz ki, başqa zamanlarda bu hərəkət (mübarizə) pik həddə çatmadı. Xeyr, İmam Rzanın (ə) dövründə və digər zamanlarda da vəziyyət belə idi. Lakin İmam Sadiqin (ə) dövründə bir fürsət irəli gəldi və bu böyük şəxsiyyət bir iş gördü ki, cəmiyyətdə düzgün İslami mərifətin (dərindən tanımağın) əsaslarının möhkəmlənməsi ilə daha təhriflər bu prinspləri aradan apara bilməzdi. O şəxsiyyətin gördüyü həmin iş bu zəminin qalması və tarixin hər bir dövründə ləyaqəti olan şəxslərin bu zəmindən istifadə edərək İslam hökuməti və İslami dəyərlərə əsaslanan köklü təməl prinsiplərini meydana gətirmək və bu üstün olan binanı tikib hazırlaya bilməsinə səbəb oldu. Bu, İmam Sadiqin (ə) gördüyü bir iş idi.