Şəhid Qasim Süleymaninin ailəsi Amerika hökuməti tərəfindən şəhadətə yetirilən Qasim Süleymaninin şəhadətinin dördüncü ildönümü münasibətilə 31.12.2023-cü il tarixdə günorta saatlarında İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Bu görüşdə Ayətullah Xamenei şəhid Süleymaninin adının çox anılmasını onun ixlasına görə olduğunu qeyd etdi:
"Şəhid Süleymaninin adının, xatirəsinin və xüsusiyyətlərinin daha çox yayılması onun ixlasından irəli gəlir".
O Həzrət şəhid Süleymaninin müqavimət cəbhəsini dirçəltdiyini bildirib belə buyurdu:
"Şəhid Süleymaninin ən mühüm rolu və xidməti bölgədə müqavimət cəbhəsinin dirçəldilməsi idi".
İnqilab Rəhbəri Qəzza müqavimətinin müvəffəqiyyətinin müqavimət cəbhəsinə görə olduğunu bildirdi və buyurdu:
"Qəzzanın üç aya yaxın müqavimət göstərməsi müqavimət cəbhəsinin mövcudluğuna görədir. Şəhid Süleymani müqavimət cəbhəsini dirçəltmək üçün çox səy göstərdi və bu işi də o ixlas, tədbir, ağıl və əxlaqı ilə irəli apardı".
O Həzrət General Qaaninin səylərinin təqdirəlayiq olduğunu bildirdi və sözlərinə belə davam etdi:
"İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı General Qaaninin səyləri təqdirəlayiqdir. Müqavimət cəbhəsinin gücləndirilməsi xətti davam etməlidir".