İslam İnqilabının Rəhbəri və bir qrup Əhli-beyt sevərlərin iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində 17.12.2023-cü il tarixdə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamı ilə bağlı əzadarlıq mərasimi keçirildi.
Bu mərasimdə Höccətül-İslam, vəl-müslimin Rəfii Həzrət Zəhradan (s.ə) bir hədisə istinad edərək imamın və vəlinin cəmiyyətdəki rolunu və İmamın müdafiəsində insanların vəzifələrini izah etdi.
Həmçinin cənab Meysəm Mutii bu mərasimdə mərsiyə və növhə oxudu.