İslam İnqilabının Ali Məqamlı Rəhbəri və bir qrup insanın iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində Həzrət Fatimeyi-Zəhranın (s.ə) əzadarlıq mərasiminin son gecəsi keçirildi.

Höccətül-islam, vəl-müslimin Abidini çıxışında “Mərifət və zəmanənin ehtiyacı” mövzusunu cəmiyyəti maarifləndirmək üçün Həzrət Zəhranın (s.ə) həyatına istinad edərək izah etdi.

Bu mərasimdə cənab Həddadian və Məhəmməd Hüseyn Həddadian da Siddiqeyi-Kübranın əzadarlıq münasibəti ilə mərsiyə və növhə oxudular.