Onun, digər komandirlərin və Nəsrullah mehvəri mücahidlərinin şücaəti və fədakarlığı cənubi Litani, Sur və həmin bölgənin digər şəhərlərinin qəsb olunma və işğal altına keçmə təhlükəsini aradan qaldıraraq onların qəsb olunmuş Fələstinə birləşdirilməsinin qarşısını aldı və bu ölkənin ərazi bütövlüyünü qorumaq üçün Hizbullahın canını, malını və dəyərli abırını ortaya, təcavüzkar və cinayətkar sionist rejimi isə nakam qoydu.
Seyid Həsən Nəsrullah mübariz və haqq tələb insanların ümid yeri və cəsarət mənbəyi idi. Onun məhəbbətinin miqyası Livan, İran və ərəb ölkələrindən kənara ötüb keçmişdi və hazırda onun şəhadəti bu təsiri daha da artıracaqdır.
Əzadarlığımız naümidlik və pərişanlıq üzündən deyil. Əzadarlığımız eynilə Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin əzadarlığı kimidir. Bu əzadarlıq dirildən, dərs verən, şövq və ümid yaradan əzadarlıqdır.
Şəhid Nəsrullahın dünya həyatında Livan millətinə verdiyi mesaj bu idi ki, İmam Musa Sədr, Seyid Abbas Musəvi kimi görkəmli şəxsiyyətləri itirməklə naümid olmayın, gücünüzü artırın. Həmçinin təcavüzkar düşmən qarşısında müqavimət edin və onu öz istəklərindən nakam edin.
Qardaşım, əzizim, iftixar səbəbim, İslam dünyasının sevimli siması, regional millətlərin danışan dili, Livanın parlayan gövhəri cənab Seyid Həsən Nəsrullahı (Allah ona rəhmət eləsin) Tehran cümə namazında ehtiramla yad etməyi zəruri hesab etdim.
Tehranda İmam Xomeyni adına müsəllada İnqilab Rəhbərinin imamlığı ilə cümə namazı qılındı və bununla yanaşı müqavimət bayraqdarı olan şəhid Seyid Həsən Nəsrullahın anım mərasimi keçirildi.
Livan Hizbullahının Baş katibinin müavini Şeyx Nəim Qasim 30.07.2024-cü il tarixdə günorta saatlarından sonra İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb, söhbət etdi.
Livanın son Fələstin və Qəzza hadisələrinə daxil olmasının dərin bir təsiri oldu və əgər belə olmasaydı, ən böyük xəsarətin Livanın özünə dəyəcəyi labüd idi.
Qərb dövlətləri müqavimət cəbhəsinə terrorist deyirlər. Bir halda ki, xalq Amerika küçələrinin birində Hizbullah bayrağını göyə qaldırdı. Dünya əhalisi bunları dəstəkləyir. Çünki bunlar müqavimətçi və zülmə qarışdırlar.