Ayətullah Xamenei Hizbullahın Əqsa fırtınasındakı mövqeyinin tamamilə doğru olduğunu və işləri tam diqqətlə qabağa apardıqlarını qeyd etdi:
"Hizbullahın siyasəti Əqsa fırtınası əməliyyatı başlanan ilk gündən tamamilə tədbirli, ağıl əsasında, məntiqli və məqsədəuyğun bir siyasət olub və bu yolun davamı da elə bu çərçivədə olmalıdır".

O Həzrət Livan Hizbullahının müxtəlif cərəyanlar tərəfindən qəbul olunmasını onların müvəffəqiyyəti hesab etdi və buyurdu:
"Livanın müxtəlif cərəyanları arasında mövcud həmahənglik və onların müqavimətin tutduğu mövqeləri və verdiyi qərarları dəstəkləməsi Livan Hizbullahının bu ölkənin siyasi fəzasındakı müvəffəqiyyətinin göstəricisidir".

İnqilab Rəhbəri Hizbullahın üzvləri üçün həmişə dua etdiyini bildirdi:

"Cənab Nəim Qasim! 
Mənim salamımı cənab Seyid Həsən Nəsrullaha çatdırın və ona deyin ki, mən həmişə ona və Livan müqavimətinin komandirləri və döyüşçülərinə dua edirəm".