26/06/2025
  Allaha şükür edirik ki, Silahlı Qüvvələrimizə yardım etdi və onlar sionistlərin qabaqcıl çoxqatlı müdafiə sistemini yara bildilər və onların bir çox şəhər və hərbi bölgələrini yerlə-yeksan etdilər.
26/06/2025
Bu qədər hay-küyə, bu qədər iddiaya baxmayaraq, sionist rejim İran İslam Respublikasının zərbələri altında demək olar ki, diz çökdü və əzildi.
26/06/2025
İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir, qədim bir sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimilərlə müqayisədə yüzlərlə dəfə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağına ümid bəsləmək, şübhəsiz ki, ağıllı və agah insanlar üçün gülünc və yersiz bir iddiadır. İran xalqı nüfuz olunmazdır və belə də qalacaq, qalibdir və Allahın izni ilə, qalib də qalacaq.
19/06/2025
Sionist rejimin milli medianın xəbər studiyasına təcavüzkar hücumu zamanı Xəbər kanalının aparıcısının şücaət və müqavimət göstərdiyi tarixi səhnə
18/06/2025
Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025
18/06/2025
Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək.
18/06/2025
Əgər Amerika bu sahədə hərbi müdaxiləyə cəhd edərsə, ona vurulacaq zərər, şübhəsiz ki, bərpaolunmaz olacaq.
18/06/2025
Xalqımız da bizim arxamızdadır, Silahlı Qüvvələrin yanındadır və İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq.
17/06/2025
Biz bu böyük cinayətdən sonra sionistlərin salamat qurtulmasına yol verməyəcəyik.
17/06/2025
Biçarə olacaqsınız
13/06/2025
Sionist rejim böyük bir səhvə və xətaya yol verdi, qələt etdi və Allahın köməyilə bu cinayətin nəticələri onu aciz və rəzil vəziyyətə salacaq. İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq.
13/06/2025
İran xalqı dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq və ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq.
02/06/2025
Xəbis sionist düşmənə ağır zərbələr
02/06/2025
Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatmışdır. Bu, onillər əvvəl, təqribən, altmış il öncə bu rejimin əsas qurucularından və ilk Baş nazirlərindən biri olan Ben Qurionun xəbərdarlıq etdiyi məsələ idi. O demişdi ki, nə vaxtsa bizim qabaqlayıcı qüdrətimiz tükənsə, rejimimiz süqut edəcək. İndi isə həmin qabaqlayıcı qüdrət ya başa çatıb, ya da bitmək üzrədir.​
17/05/2025
Siz əgər müharibə aparırsınızsa, hərbçi ilə hərbçi vuruşsun. Niyə Qəzzada mülki vətəndaşları öldürürlər? Niyə evləri dağıdırlar?
15/12/2024
Bizim Suriya və İraqda hərbi iştirakımız öz ordumuzu buradan aparıb həmin ölkənin ordusu ilə əvəz etmək mənasında deyildi.
28/09/2024
Livanda müdafiəsiz insanların qətliamı bir tərəfdən quduz sionis itin yırtıcılığını hamı üçün məlum etdi və digər tərəfdən də qəsbkar sionist rejim başçılarının dayaz düşüncə və axmaqcasına siyasətə sahib olmasını sübuta yetirdi.
30/08/2024
Əgər süni intellektin dərin və müxtəlif qatlarını ələ gətirməsəniz, sabah dünyanın qüdrət ardınca olan insanları "Süni intellekt agentliyi" də vücuda gətirərlər və daha o zaman icazə verməzlər ki, siz onların təyin etdiyi həmin xətdən keçəsiniz. Ona görə də bunun dərin texnologiyalarına yiyələnməliyik. Ölkədə onun infrastrukturunu ələ gətirmək ardınca olun.
29/08/2024
Süni intellektin dünyada bu cür sürətlənməsini gördükdə insan heyrətə gəlir. İndi bizim istər hərbi, istərsə də qeyri-hərbi orqanlarımız süni intellektdən istifadə edirlər, lakin bu bizi aldatmasın. Süni intellekt məsələsində ondan yararlanmaq bir imtiyaz deyil. Süni intellektin dərin qatları vardır ki, insanın onlara əhatəsi olmalıdır və o qatlar da başqalarının əlindədir.
24/08/2024
Düşmənin hərbi meydana daxil olduqda yaratdığı psixoloji savaş  (müqabil tərəfdə) qorxu və geri çəkilməklə nəticələnir. Qurani-Kərim bu geri çəkilmənin, əslində, Allahın qəzəbinə səbəb olduğunu bəyan edib açıqlamışdır: "Hər kəs o gün o mövqedə (döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla) onlara arxa çevirərsə, mütləq, Allahın qəzəbinə düçar olar". Sizə hücum edən bir düşmənlə qarşılaşsanız (hücum edənlərin müxtəlif növləri var, məsələn, biri qılıncla və meydanda üz-üzə hücum edəndir, biri təbliğat hücumçusu, biri iqtisadi hücumçu, digəri isə yeni texnologiyalara malik hərbi hücumçudur), əgər qeyri-taktiki olaraq geri çəkilsəniz (əlbəttə, bəzən geri çəkilmək taktikidir, bəzi vaxtlarda geri çəkilməyin özü irəliləmək kimi bir taktikadır və bunun eybi yoxdur; Quran buyurduğu kimi, "...Döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla"), bu mövqelərdən başqa halda geri çəkilsəniz,  "Allahın qəzəbinə düçar olar".
21/04/2024
İran İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup komandiri bu gün günorta saatlarında 21.04.2024-cü il tarixdə Ali Baş Komandan Ayətullah Xamenei ilə görüşüb.
21/04/2024
İran İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup komandiri bu gün günorta saatlarında 21.04.2024-cü il tarixdə Ali Baş Komandan Ayətullah Xamenei ilə görüşüb.
07/02/2024
Alimlər, elm adamları, siyasətçi və İslam dünyasının mətbuat işçiləri insanlarda ümumi bir tələb formalaşdırmalıdırlar ki, onların dövlətləri sionist rejimə qəti bir zərbə vurmağa naçar olsunlar. Biz demirik ki, müharibəyə girsinlər, nə müharibəyə girişəndirlər, nə də ki bu iş bəziləri üçün mümkündür. Lakin iqtisadi əlaqələri kəsə bilərlər.
28/11/2023
2023-ci ilin noyabr ayının 28-də səhər saatlarında Milli Dəniz Qüvvələri Günü münasibətilə İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin bir sıra komandir və rəsmiləri Ali Baş Komandan Ayətullah Xamenei ilə görüşüblər.
19/11/2023
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər 19.11.2023-cü il tarixdə "Aşura" Elm və Texnologiyalar Universitetində iştirak edərək SEPAH-ın Aerokosmik Qüvvələrinin son nailiyyətlərinə baxış keçirdi.​
19/11/2023
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər 19.11.2023-cü il tarixdə "Aşura" Elm və Texnologiyalar Universitetində iştirak edərək SEPAH-ın Aerokosmik Qüvvələrinin son nailiyyətlərinə baxış keçirdi.​
19/08/2023
Diqqətli olmalı və düşməni tanımaqda səhvə yol verməməliyik. İmam Xomeyni (r.ə) o "Bəsirət gözü" ilə dedi ki, nə qədər bacarırsınız, Amerika üzərinə fəryad edin.
19/08/2023
Fransa və Sovet Bolşevik inqilabında bir sıra qruplar inqilab tərəfdarı ünvanında ayağa qalxdılar. Onlar əsaslı prinsiplərə bağlı olmayan dağıdıcı (qruplar) idilər. Lakin SEPAH İslam İnqilabının əvvəlində təşkil olunduğu ilk gündən bir təşkilat kimi fədakarlıq kimi dəyərlərə sahib idi.
19/08/2023
Bu gün SEPAH dünyada ən böyük antiterror təşkilatıdır. Hərbi cəhətdən təchiz olunmuş bir təşkilatdır. Bu təşkilat dünyada bir çox böyük orduların edə bilmədiyi işləri görə bilən yararlı və müstəqil bir təşkilatdır.
17/08/2023
İslam İnqilabı Keşişçiləri Korpusunun Komandirlər Qrupunun üzvləri bu gün səhər saatlarında 17.08.2023-cü il tarixdə Həzrət Ayətullah Xamenei ilə görüşüblər.
17/08/2023
Quran məntiqinə əsasən, qaradərili insanın başqa insanlardan heç bir fərqi yoxdur. Beləliklə, irqi ayrı-seçkilik məntiqini biabırçı şəkildə yayıb və indi də yaymaqda olan qərblilər, məgər İslam hökuməti ilə mehriban ola bilərlərmi?
17/08/2023
İslam hökuməti hər bir ölkənin, hətta müxalifçilik etməyən və bizimlə həmfikir olmayan ölkələrin də sözünü qəbul edir, lakin əgər qarşı tərəfin hiyləgərliyi, yalançılığı və arxadan bıçaqlamaq üçün hazırlıq gördüyünü bilərsə, İslam hökuməti heç vaxt onun sözünü qəbul etməyəcək və əhdi pozmaq müqabilində də eyni rəftarı görəcəkdir.
07/08/2023
İran İslam Respublikasının 86-cı Hərbi Dəniz Donanması komandirləri, işçiləri və onların ailələri bu gün 06.08.2023-cü il tarixdə bazar günü səhər Ayətullah Xamenei ilə görüşüblər. Bir neçə müddət öncə 86-cı Hərbi Dəniz Donanması Yer kürəsini səkkiz aydan sonra 360 dərəcə dövr etməyi ilə öz dənizçilik fəaliyyətini uğurla başa vurdu.
07/08/2023
86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti təhlükəsizlik təmin edən bir hərəkət idi. Sizin okeanın uzaq nöqtələrində, Sakit, Atlantik okeanı və s. ucqar nöqtələrində olmağınız ölkənin təhlükəsizliyinə bir töhfə idi.
06/08/2023
Böyük bir missiyanı yerinə yetirmiş və dünyanı uğurla dövr etmiş sizlərə– 86-cı Hərbi Donanmanın hər bir üzvünə və həmçinin ailələrinizə səmimi qəlbdən təşəkkür edirəm. Sizin etdiyiniz iş böyük bir iftixardır. Bu bizim ölkənin dənizçilik tarixində görünməmiş bir işdir.
06/08/2023
Bu gün dünya ticarətinin 90 faizi dəniz yolu ilə həyata keçirilir. Dəniz yolu ilə yükdaşıma və nəqliyyat ən əhəmiyyətli beynəlxalq yükdaşıma və nəqliyyatın bir hissəsidir. Biz də xoşbəxtlikdən bir neçə min km dəniz sərhədinə sahib ölkələrdən biriyik. Ölkənin şimalında dəniz varımızdır, ölkənin cənubunda dəniz və okean varımızdır. Bunlardan (bu imkanlardan) çox istifadə etməliyik.
06/08/2023
365 nəfərlik bir qrupun dünya ətrafında 65000 km yol qət etməsi və 8 ay müddətində su üzərində qalması dünyada böyük və nadir bir işdir. Üç okeanı səhayət etdiniz və başıuca şəkildə Vətənə qayıtdınız.
06/08/2023
86-cı Hərbi Dəniz Donanmasının dünya ətrafında çətin boğazlardan və su yollarından keçməsi "Nə qədər bacarırsınız, hazırlıqlı olun" ayəsinin bir nümunəsi idi. Sizin gördüyünüz iş zehinlərdə "Biz bacarırıq" şüarını gücləndirdi. Düşmən bunu görəndə özünü yığışdırmağa məcbur olur.
06/08/2023
Gəmiçilik və dəniz nəqliyyatının təhlükəsizliyi bütün ölkələr üçün təmin edilməlidir. Bu gün amerikalılar neft tankerlərinə təcavüz edir, dəniz qaçaqmalçılığı ilə məşğul olan qruplara kömək edirlər.
06/08/2023
Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur.