Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər 19.11.2023-cü il tarixdə "Aşura" Elm və Texnologiyalar Universitetində iştirak edərək SEPAH-ın Aerokosmik Qüvvələrinin son nailiyyətlərinə baxış keçirdi.
O Həzrət bir saat yarım SEPAH-ın Aerokosmik Qüvvələrinin son nailiyyətlərinə baxış keçirdi və daha sonra SEPAH-ın komandir və kadrlarından ibarət cəmin arasında söhbətə başlayaraq belə buyurdu:
"Sionistlər özlərininin üstün irqə sahib olduqlarını, digər bəşər üzvlərini isə aşağı səviyyəli irq hesab edirlər. Buna görə də heç bir vicdan əzabı hiss etmədən neçə min nəfər uşağı qətlə yetiriblər".
Bu görüşdə o Həzrət Qəzza hadisəsinin dünyaya həqiqətləri aşkar etdiyini vurğuladı:
"Qəzza hadisələri bir çox gizli qalmış həqiqətləri dünya əhalisi üçün aşkar etdi və bu həqiqətlərdən biri Almaniyanın kansleri, Amerika və Fransanın dövlət başçılarının və həmçinin İngiltərərinin Baş nazirinin irqi ayrı-seçkiliyə dəstək verməsidir".
Bu söhbətdə sionist başçılarını əsəbləşmə səbəbinə toxunan Ayətullah Xamenei belə buyurdu:
"Sionist rejimin Qəzzada məğlubiyyəti bir həqiqətdir. Xəstəxanaların, qadın və uşaqların Qəzzada bombardman olunması sionist rejim başçılarının bu məğlubiyyətə görə kəskin əsəbi olduğunu göstərir".
Sionistlərin HƏMAS-ı məhv edə bilməyəcəklərini vurğulayan İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
"Sionistlər əvvəldən dedilər ki, bizim hədəfimiz HƏMAS-ı məhv etməkdir, lakin qırx gün keçməsinə baxmayaraq, bu işi yerinə yetirə bilmədilər və gələcəkdə də edə bilməyəcəklər. Xəstəxanalara və insanların evlərinə girmək qələbə deyildir".
Qəzzadakı məğlubiyyətin həm də Amerika və Qərbin məğlubiyyəti olduğunu qeyd edən o Həzrət belə buyurdu:
"Sionistlərin Qəzzada bacarıqsızlığı Amerika və Qərb ölkələrinin də bacarıqsızlığıdır. Dünya hazırda müşahidə edir ki, geniş imkanlara, avadanlıqlara və hərbi inkişafa sahib bir rejim Amerika və Qərb ölkələrinin dəstəyinə baxmayaraq, bu imkanların heç birinə sahib olmayan öz müqabil tərəfinə qalib gələ bilmədi".
İnqilab Rəhbəri İslam dövlətlərinin İsrailə enerji və mal çatdırılmasının qarşısını almalarınının zəruriliyinə toxunaraq belə buyurdu:
"Bəzi İslam dövlətləri beynəlxalq yığıncaqlarda sionist rejimi təkcə zahiri olaraq mühakimə ediblər. Bu, məqbul sayılmır. Əsas iş sionist rejimin həyati fəaliyyətini kəsməkdən və İslam dövlətlərinin bu rejimə enerji və malların çatmasının qarşısını almaqlarından ibarətdir".
Ayətullah Xamenei millətlərin keçirdiyi nümayişlərin Fələstinin məzlumiyyətini çatdırdığın qeyd etdi:
"Millətlər öz yığıncaqları və nümayişlərini davam etdirməklə Fələstin millətinin məzlumiyyətinin unudulmasının qarşısını alsınlar".
Söhbətin sonunda o Həzrət İlahi vədəyə etimadın olduğunu qeyd etdi:
"Bizim İlahi vədəyə yəqinimiz vardır, gələcəyə də ümid bəsləyir və öz vəzifəmizə əməl edəcəyik".