İran İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup komandiri bu gün günorta saatlarında 21.04.2024-cü il tarixdə Ali Baş Komandan Ayətullah Xamenei ilə görüşüb.
Bu görüşün əvvəlində Ayətullah Xamenei hərbçilərin ailə və övladlarına təşəkkür etdi və buyurdu:
"Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşlarına və övladlarına çətinliklərə dözdüklərinə görə təşəkkür edirəm. Çəkilən zəhmətlərin əsas yükü bu ağır çətinliklərə dözən Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşları və övladlarının çiynindədir".
Həzrət Ayətullah Xamenei sadiq vədə əməliyyatına görə də Silahlı Qüvvələrə öz səmimi təşəkkürünü bildirərək buyurdu:
"Sadiq vədə əməliyyatı hadisəsində sionist rejimə qarşı etdikləri səy və müvəffəqiyyətlərə görə Silahlı Qüvvələrə səmimi-qəlbdən təşəkkür edirəm".
İnqilab Rəhbəri sadiq vədə əməliyyatının İran xalqının iradəsinin təzahürü olduğunu qeyd etdi:
"Sadiq vədə əməliyyatı hadisəsində Silahlı Qüvvələr öz imkan və qüdrətləri ilə yanaşı, İran millətinin təqdirəlayiq bir çöhrəsini nümayiş etdirdilər və həmçinin İran millətinin iradə qüdrətinin beynəlxalq arenada təzahür etdiyini sübuta yetirdilər".
O Həzrət sadiq vədə dünyada İran xalqının əzəmətini artırdığını vurğuladı:
"Silahlı Qüvvələrin son nailiyyətləri dünya xalqlarının və qlobal məsələləri müşahidə edənlərin gözündə İslami İran barədə vüqar və əzəmət hissi yaradıb".
Ayətullah Xamenei sadiq vədə əməliyyatında sionistləri nəyin qəzəbə gətirdiyini açıqladı:
"Sadiq vədə əməliyyatında İran milləti və Silahlı Qüvvələrin iradə gücünün beynəlxalq arenada təzahür etməsi sionistlərin qəzəblənməsinə səbəb olmuşdur".
Allahın vədinin möminləri müdafiə etdiyini bildirən o Həzrət sözlərinə belə davam etdi:
"Allah-təalaya hüsni-zənniniz olsun və ona təvəkkül edin. Bilin ki, Allahın möminləri müdafiə etmək vədi mütləq və dəyişilməzdir".
İnqilab Rəhbəri İran milləti və Silahlı Qüvvələrinin iradə gücünün beynəlxalq arenada təzahürünün sadiq vədə əməliyyatında ən əsas məsələ olduğunu bildirdi:
"Sadiq vədə əməliyyatında hədəfi vuran raketlərin sayı ikinci dərəcəli bir məsələdir. Əsas məsələ İran milləti və Silahlı Qüvvələrin iradə gücünün beynəlxalq arenada təzahür etməsidir. Qarşı tərəfin qəzəblənməsinə səbəb olacaq amil də məhz budur".