Bağışlayan və mehriban Allahın adı ilə 

Livanda müdafiəsiz insanların qətliamı bir tərəfdən quduz sionis itin yırtıcılığını hamı üçün məlum etdi və digər tərəfdən də qəsbkar sionist rejim başçılarının dayaz düşüncə və axmaqcasına siyasətə sahib olmasını sübuta yetirdi. Sionist rejimə hakim olan terrorist banda öz bir illik cinayət xarakterli döyüşündən Qəzzada dərs götürmədi və başa düşə bilmədilər ki, kütləvi şəkildə qadın, uşaq və dinc əhalinin qətliam edilməsi müqavimət təşkilatının möhkəm quruluşluna təsir buraxa və onu taqətdən sala bilməz. Hazırda həmin ağılsız siyasəti Livanda təcrübə edirlər. Sionist cinayətkarları bilsinlər ki, Livan Hizbullahının möhkəm quruluşuna mühüm zərbə vura biləcək həddən çox aşağıdırlar. Məntəqədəki bütün müqavimət qüvvələri Hizbullahın kənarında və arxasında dayanıblar. Bu regionun müqəddəratını başıuca Hizbullah başda olmaqla müqavimət qüvvələri təyin edəcəkdir. Livan xalqı bunu unutmayıb ki, bir gün qəsbkar rejimin hərbçiləri Beyruta qədər məntəqəni öz çəkmələri altında əzirdilər və onların ayaqlarını oradan kəsən və Livanı əziz və başıuca edən məhz Hizbullah idi. Bu gün də Livan Allahın qüdrəti ilə təcavüzkar, xəbis və üzüqara düşməni peşman edəcəkdir. Bütün müsəlmanlara vacıbdir ki, öz imkanları ilə Livan xalqı və başıuca Hizbullahın kənarında dayansınlar və qəsbkar, zalım və xəbis rejimlə üz-üzə dayanmaqda onlara kömək etsinlər.

Salam olsun Allahın saleh bəndələrinə.

Seyid Əli Xamenei

28.09.2024