Video

Düşmənin hərbi meydana daxil olduqda yaratdığı psixoloji savaş  (müqabil tərəfdə) qorxu və geri çəkilməklə nəticələnir. Qurani-Kərim bu geri çəkilmənin, əslində, Allahın qəzəbinə səbəb olduğunu bəyan edib açıqlamışdır: "Hər kəs o gün o mövqedə (döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla) onlara arxa çevirərsə, mütləq, Allahın qəzəbinə düçar olar".

Sizə hücum edən bir düşmənlə qarşılaşsanız (hücum edənlərin müxtəlif növləri var, məsələn, biri qılıncla və meydanda üz-üzə hücum edəndir, biri təbliğat hücumçusu, biri iqtisadi hücumçu, digəri isə yeni texnologiyalara malik hərbi hücumçudur), əgər qeyri-taktiki olaraq geri çəkilsəniz (əlbəttə, bəzən geri çəkilmək taktikidir, bəzi vaxtlarda geri çəkilməyin özü irəliləmək kimi bir taktikadır və bunun eybi yoxdur; Quran buyurduğu kimi, "...Döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla"), bu mövqelərdən başqa halda geri çəkilsəniz,  "Allahın qəzəbinə düçar olar".