Qadın olaraq, evdarlıqda, həyat yoldaşına baxmaqda, övlad tərbiyəsində (Həzrət Zəhra) Zeynəb kimi bir şəxsiyyəti yetişdirib ərsəyə gətirdi, İmam Hüseyn və İmam Həsəni öz ağuşunda böyüdüb
formalaşdırdı.
Seyid Əli Xamenei
03.12.2025
Bu gün 03.12.2025-ci il tarixdə çərşənbə gününün səhəri minlərlə iranlı qadın və qız İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bu gün 03.12.2025-ci il tarixdə çərşənbə gününün səhəri minlərlə iranlı qadın və qız İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Əgər bu böyük xanımı (Həzrət Fatiməni) bir cümlə ilə tanıtmalı olsaq, deməliyik ki, o, digər məsumlar kimi (Allahın) ərşinə mənsub kamil bir insandır, lakin (İlahi) ərş əhlindəndir. Biz, yer əhli (dünya adamları) insanın günəşə birbaşa baxa bilməməsi kimi, onların dərəcə, məqam və nuraniyyətini nə görməyə, nə də ona göz dikməyə qadir deyilik. Həzrət Fatimeyi-Zəhranın (s.ə) məqamı məhz bu ucalıqdadır.
Seyid Əli Xamenei
03.12.2025
Mənəvi və İlahi maarifin dərinliklərinə qərq olan şəxs yer üzündən, insanlardan qafil deyil; (yəni) toy gecəsində öz gəlinlik libasını ehtiyac sahibi və fəqirə bağışlayır, üç gün yemək yemir və öz iftarını fəqirə verir, insanların işinə yetişir.
Seyid Əli Xamenei
03.12.2025
Çətinlik və müsibətlərə dözməkdə kim Həzrət Fatimənin (s.ə) çəkdiyi müsibətlərə tab gətirə bilər? Bu zəmində də o, səmavi və ərş əhlindən olan insandır. Məzlumun haqqını şücaətlə müdafiədə, həqiqətləri bəyan etməkdə, siyasi dərk və əməlində (misilsiz idi). Bunların hamısı Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.formalaşdırdı.
Seyid Əli Xamenei
03.12.2025
Amerikanın İranla düşmənliyinin səbəbi nədir?
Keçmişdə bu səbəbi terrorizm, insan haqları, qadın məsələsi və demokratiya kimi adlar altında gizlədirdilər. Bu gün Amerikada iş başında olan şəxs isə məsələni aşkara çıxardı. Dedi ki, bizim İranla qarşıdurmamızın səbəbi odur ki, İran Amerikanın əmrinə tabe olsun.
Televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.
Qadın və kişi bir cütlükdür, onlar bir-birilərini tamamlayırlar. Qadınla kişi bir-biriləri üçün yaradılıblar və bu, Quranda açıq-aydın formada bəyan olunub: "Allah sizin üçün öz cinsinizdən zövcələr yaratdı...".
Qadınla kişi arasında cismi cəhətdən fərq olsa da (kişinin boyu daha uca, səsi daha qalındır), fikri və ruhi bacarıqlar cəhətindən hər ikisində sonsuz istedadlar mövcuddur və bu baxımdan aralarında fərq yoxdur.
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.

İslam İnqilabının qələbəsindən sonra cəmiyyətdə bir çox fəzilətli qadınlar fəaliyyət göstərirlər. Onlar, qadın və ailə ilə bağlı məsələləri mediada bəyan etməyə hazır olmalı, həmçinin dünya səviyyəsində və İslam dünyasında böyük toplantılarda ayələrə, hədislərə və Nəhcül-Bəlağəyə əsaslanaraq ali dini məsələləri irəli sürə bilməlidirlər. Bu, həm ölkəni dünya çapında tanıdırmaqda, həm də İslam ümmətini icad etməkdə təsirli olacaqdır.
Qadınlar və qızların mərifət və elmi agahlığının tərəqqisi məqsədini daşıyan bir qurumun yaradılması məsələsinin özü çox dəyərlidir. Çünki bundan əvvəl ölkə tarixində qadınlar belə bir imkana sahib olmayıblar.
Biz dünyada ayıq vicdanları dəvət edirik ki, onlar zülmə, fəsada, qadın izzəti, həyat yoldaşı və analıq məqamının aşağı salınmasna və dini mənəviyyatdan uzaq düşən hökumətlərdə başqa problemlərə diqqət yönəltsin, habelə İslami hökmranlıq proqramı üzərində düşünsünlər.
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
İslam qadın üçün hicabı təyin etdi. Bu hicabın özü təhlükəsizlik vasitələrindəndir. Hicabla həm müsəlman qadın təhlükəsizlik əldə etmiş olur, həm də müsəlman kişilər. O yerdə ki hicabı qadından alırlar, o yerdə ki qadını üryan və soyunmağa sövq edirlər, birinci növbədə qadının, daha sonra isə kişilərin və cavanların əmniyyətləri alınacaqdır. Sağlam və təhlükəsiz bir mühitin olmağından, qadının cəmiyyətdə öz işini həyata keçirməyindən və kişinin də öz məsuliyyətlərini yerinə yetirməyindən ötrü İslam hicabı təyin etmişdir və bu hicab da İslamın gözəçarpan hökmlərindən biridir. Hicabın başqa faydaları da mövcuddur.

Qərbin kapitalizm sistemi patriarxal bir sistemdir. Kapitalizm sistemində kapital insaniyyətdən üstün sayılır. İnsanların insanlığı kapitalizmin xidmətində dayanır. Sərmayəni artıra bilən hər bir insanın dəyəri daha çoxdur. Bu baxışa əsasən, kişi cinsi qadın cinsindən, təbii olaraq, üstündür. Bir çox Qərb ölkələrində kişiyə aid olan işlərdə qadının aldığı gəlir kişinin gəlirindən daha azdır.
Əgər qadının örnəyi Zeynəb və Fatimeyi-Zəhra olarsa, fədakarlıq və hər şeyin bahasına olsa da, onun işi düzgün dərk etməkdən, mövqeyini dərk etməkdə sayıq olmaqdan və ən gözəl hərəkətləri seçməkdən ibarət olacaqdır.
Kişi çöl-bayıra get-gəl etdiyi, müxtəlif insanlarla ünsiyyətdə olduğu və evə pul gətirdiyi üçün evdə hər şeyin ixtiyar sahibi olduğunu güman etməməlidir. Xeyr, belə deyil ...