Kişi çöl-bayıra get-gəl etdiyi, müxtəlif insanlarla ünsiyyətdə olduğu və evə pul gətirdiyi üçün evdə hər şeyin ixtiyar sahibi olduğunu güman etməməlidir. Xeyr, belə deyil. Kişinin gördüyü bu işlər ailəyə aid olan bütün işlərin yarısını təşkil edir. Digər yarısı isə xanımın ixtiyarındadır. Buna görə də kişi xanıma aid müxtəlif ixtiyarları, o cümlədən evin idarəçiliyi, fikirləri, ruhi və psixoloji durumunu nəzərə alaraq, onlara riayət etməlidir. Subaylıq dövründə ata evinə gecə saat 10-da gəlirdisə, evləndikdən sonra da belə etməyi düzgün sayılmır. İndi artıq öz həyat yoldaşını düşünərək evə tez gəlməlidir.

 

  

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

23.11.1994