Müəyyən bir qrup Camiətuz-Zəhra Xanımlar Hövzəsinin üzvləri 20.11.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei dinin müxtəlif məsələlər barədə düşüncəyə malik olduğunu qeyd etdi:
"Din müxtəlif hadisələr, yeni məsələlər və hökumət idarəçiliyi ilə bağlı düşüncələrə, yol göstərməyə, məntiqə və nümunələrə malikdir. Bu nümunələri tapmaq və onların üzərində işləmək lazımdır".
O Həzrət bu mədrəsənin təsis olmasında İmam Xomeyninin xüsusi zəhmətinə toxunaraq buyurdu:
"Qadınlar və qızların mərifət və elmi agahlığının tərəqqisi məqsədini daşıyan bir qurumun yaradılması məsələsinin özü çox dəyərlidir. Çünki bundan əvvəl ölkə tarixində qadınlar belə bir imkana sahib olmayıblar".
İnqilab Rəhbəri Rzaxan zamanında Qərb mədəniyyətinin nüfuzunun və qadınlar üçün də onların dini agahlıqlarını artıracaq bir mərkəzin olmamasının qadın cəmiyyətinə nə kimi zərbə vurduğunu və belə bir mərkəzin yaradılmasını zəruriliyini xüsusilə vurğuladı:
"Bu gün Camiətüz-Zəhra (s.ə) mədrəsəsi qadınların dini agahlıqlarının artırılması kimi mühüm bir vəzifəni üzərinə götürmüşdür. Buna görə də, nə qədər çox tələbə cəlb edə bilsəniz və onların dini biliklərini yüksəldə bilsəniz, çox dəyərli bir iş görmüş olarsınız".
O Həzrət müsbətə doğru dəyişikliyin təbii və qaçınılmaz olduğunu bildirdi:
"Əgər müsbətə doğru dəyişikliklər ağıllı və dindar insanların əlində olsa, cəmiyyət və bəşəriyyət tərəqqiyə nail olar. Lakin bu olmazsa, dəyişikliklər azğınlıq və tənəzzülə doğru gedər, necə ki, bu gün Qərb cəmiyyətlərində ağla zidd olan mənfi hallar müsbət dəyərlərə çevrilmişdir".
Daha sonra İmam Xamenei başqa orqanlarda müsbətə doğru dəyişikliyin zəruri olduğu kimi elmi hövzələrin də belə bir addıma ehtiyac duyduğunu qeyd etdi:
"Elmi hövzələr cəmiyyətə xidmət etmək, dini təbliğ edib inkişaf etdirmək və dini hakimiyyət yaratmaq məqsədini güdür. Cəmiyyətin daim dəyişkən vəziyyətdə olduğunu nəzərə alsaq, elmi hövzələr də öz vəzifələrini düzgün yerinə yetirə bilməsi üçün özünü müasir dövrə uyğunlaşdırmalıdır".
Ayətullah Xamenei elmi hövzələrdə kitablarda və dərs metodunda dəyişikliyi və həmçinin bu hövzələrin cəmiyyətin ehtiyac duyduğu pul və mal, o cümlədən hökmranlıq, ailə və yeni çıxmış məsələlərə müdaxilə etməsini zəruri vurğuladı:
"Elmi hövzənin müsbətə doğru dəyişməsinə qarşı çıxmaq ölkədə dinin inkişafına qarşı çıxmaq deməkdir. Lakin səlahiyyəti çatan şəxslər bu dəyişiklikləri yaratmaq hüququna malikdirlər".
O Həzrət yüksək dini maarifə sahib olan qadınların media və beynəlxalq toplantılarda iştirakı və Camiətuz-Zəhra mədrəsəsinin bu haqda nə kimi rol oynaya biləcəyini bildirdi:
"İslam İnqilabının qələbəsindən sonra cəmiyyətdə bir çox fəzilətli qadınlar fəaliyyət göstərirlər. Onlar, qadın və ailə ilə bağlı məsələləri mediada bəyan etməyə hazır olmalı, həmçinin dünya səviyyəsində və İslam dünyasında böyük toplantılarda ayələrə, hədislərə və Nəhcül-Bəlağəyə əsaslanaraq ali dini məsələləri irəli sürə bilməlidirlər. Bu, həm ölkəni dünya çapında tanıtdırmaqda, həm də İslam ümmətini icad etməkdə təsirli olacaqdır".
Həzrət Ayətullah Xamenei Camiətüz-Zəhra (s.ə) mədrəsəsində qadınların ruhi və mənəvi inkişafı üçün proqram cızmağın elmi təhsillə yanaşı zəruri olduğunu vurğuladı və buyurdu:
"İslam əxlaqına malik olan və nəfsini paklayan bir qadın gələcək nəsli dəyişdirə və tərbiyə edə bilər."