Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə bağlı mərasimin ikinci gecəsi şənbə gününün axşamı İslam İnqilabı Rəhbərinin və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində keçirildi.

Mərasimdə Höccətül-İslam vəl-müslimin Əli Əlizadə çıxışında Quran ayələri və mübarək hədislərə istinad edərək yaradılış aləmində haqq və batil qarşıdurmasının tarixçəsinə toxundu və insanın yeganə səadət yolunun haqq yolunda hərəkət etmək olduğunu vurğuladı. O bildirdi ki, Həzrət Zəhranın (s.ə) və övladlarının məhəbbətinin insanın səadət tapmasında rolu misilsizdir.

Mərasimin davamında cənab Məhəmmədrza Bəzri şeirlər oxuyaraq Həzrət Fatimeyi Zəhranın (s.ə) müsibəti haqqında mərsiyə və növhə oxudu.