Pakistanın baş naziri Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyəti bazar ertəsi axşam saatlarında 26.05.2025-ci il tarixdə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
O Həzrət bu görüşdə İran və Pakistanın birgə fəaliyyətləri barədə belə buyurdu:
"Sionist rejimin Qəzzada törətdiyi cinayətlərin dayandırılması üçün İran və Pakistanın birgə və səmərəli fəaliyyətləri zəruridir".
İnqilab Rəhbəri müharibənin bitməsinə görə öz şadlığını bildirdi:
"Biz Pakistan və Hindistan arasında müharibənin bitməsinə şadıq.
Ümid edirik ki, iki ölkə arasındakı ixtilaflar aradan qaldırılacaq".
Ayətullah Xamenei Pakistanın vəsvəsələrdən təsirlənmədiyini qeyd etdi:
"Pakistanın Fələstin məsələsində mövqeyi çox yaxşı olub. İslam ölkələrinin sionist rejimlə əlaqələri olması üçün həmişə vəsvəsələr olsa da, Pakistan heç vaxt bu vəsvəsələrdən təsirlənməyib".
İnqilab Rəhbəri tənha yolun müsəlmanların birliyi olduğunu vurğuladı:
"Dünyada müharibə qızışdıranların ixtilaf və müharibə yaratmaq üçün çoxlu maraqları olduğu bir şəraitdə İslam ümmətinin təhlükəsizliyini təmin edə biləcək yeganə şey onların birliyidir".
"Fələstin məsələsi İslam dünyasının bir nömrəli məsələsidir", – deyə o Həzrət bildirdi.
Daha sonra o Həzrət bəzi İslam hökumətlərinin sionistlərin yanında olduğunu qeyd etdi:
"Qəzzada vəziyyət o yerə çatıb ki, Avropa və Amerikada insanlar nümayişlər keçirərək öz hökumətlərinə etiraz edirlər, lakin bu vəziyyətdə bəzi İslam hökumətləri sionist rejimin yanındadır".
Ayətullah Xamenei İslam dünyasının gələcəyinə nikbin baxdığını vurğuladı:
"Biz İslam dünyasının gələcəyinə nikbin baxırıq və bir çox hadisələr nikbinliyimizi təsdiqləyir".
İnqilab Rəhbəri İran və Pakistan arasında isti münasibətlərin olduğunu bildirdi:
"İran və Pakistan arasında münasibətlər həmişə isti və qardaşcasına olub. Səddamın İrana qarşı tətbiq etdiyi müharibə zamanı Pakistanın yaxşı mövqeyi bu qardaşcasına münasibətlərə misaldır".
O Həzrət İran və Pakistan arasında olan əlaqələrə ümidvarlığını bildirdi:
"İran və Pakistan bir çox sahələrdə bir-birinə kömək edə bilər. Biz müxtəlif sahələrdə, xüsusilə iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin hərtərəfli genişlənməsinə ümid edirik".