Ayətullah Xamenei bu mərasimdə Amerikanın birbaşa danışıqlara israrının səbəbini belə açıqladı:

"Amerikanın birbaşa danışıqlarda israr etməsinin səbəbi budur ki, desin: “Mən təhdid, tamahlandırma və hiylə ilə İranı birbaşa danışıqlar masasına oturtmağa müvəffəq oldum.” Şəhid Rəisi buna imkan vermədi".

 

İnqilab Rəhbəri müzakirənin nəticə verəcəyini düşünmədiyini vurğuladı:

"Amerika ilə dolayı danışıqlar indi də olduğu kimi şəhid Rəisinin dövründə də var idi, əlbəttə, nəticəsiz. İndi də bunun bir nəticə verəcəyini düşünmürük. Nə olacağını isə bilmirik".

 

 

O Həzrət amerikalıların yürütdüyü bəzi fikirlərə cavab olaraq belə qeyd etdi:

"Mən qarşı tərəfə bir məsələni xatırlatmaq istəyirəm. Bu dolayı danışıqlarda iştirak edən amerikalılar çalışsınlar boşboğazlıq etməsinlər.
Onların “Biz İrana uranı zənginləşdirməyə icazə vermərik”, - demələri, əlavə qələt etməkdir".

 

İnqilab Rəhbəri İranın müəyyən siyasətinin olduğunu və ona uyğun olaraq addım atdığını bildirdi və buyurdu:

"Amerikalıların “Biz İrana uranı zənginləşdirməyə icazə vermərik”, - deməsi, əlavə qələt etməkdir. Heç kim onun-bunun icazəsini gözləmir. İran İslam Respublikasının müəyyən bir siyasəti var və o siyasəti izləyir".

 

 

Daha sonra o Həzrət şəhid Rəisinin BMT-də gördüyü işi xalq üçün izzət adlandırdı:

"Şəhid Prezident Rəisinin BMT Baş Assambleyasında Quranı başı üzərinə qaldırması və ya şəhid Süleymaninin şəklini əlində tutub ucaltması xalq üçün izzətdir".

 

Ayətullah Xamenei cənabları dünyada insan hüquqlarından dəm vuranlar barədə belə buyurdu:

"Bəzi Qərb ölkələrinin rəhbərləri illərdir dünyanın qulağını sülh və insan haqları şüarları ilə kar ediblər. Amma məsələ Qəzzadakı minlərlə məzlum uşağın qətliamına gəldikdə, nəinki bunun qarşısını almadılar, hətta zalıma yardım da etdilər!"