İnqilab Rəhbərinin mesajının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Həqiqətən, biz Allaha məxsusuq və yalnız ona tərəf qayıdacağıq.

Şəhid Rəcai limanında baş vermiş ağrılı yanğın hadisəsi kədər və nigaranlıq doğurur.

Təhlükəsizlik və məhkəmə orqanlarının məsulları tam araşdırma apararaq hər cür səhlənkarlıq və ya qəsdi aşkar etməli və qanuna uyğun şəkildə məsələni təqib etməlidirlər.

Bütün məsul şəxslər belə acı və ağır nəticəli hadisələrin qarşısını almaqda özlərini məsul bilməlidirlər.

Mən bu acı hadisədə həyatını itirənlərə Allahdan rəhmət və bağışlanmaq, onların müsibətə düçar olmuş ailələrinə səbir və ruhi aramlıq, yaralananlara isə tezliklə şəfa diləyirəm. Eyni zamanda ehtiyac anında yaralılara qan verməyə hazır olan fədakar insanlara səmimi qəlbdən təşəkkür edirəm.

Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.

Seyid Əli Xamenei

27.04.2025