Bu görüşdə cənab Xalid bin Salman Səudiyyə Ərəbistanının müdafiə naziri ölkəsinin Kralının məktubunu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə təqdim edib.

 

İslam İnqilabının Rəhbəri bu görüşdə belə vurğuladı: 

“İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulmasının hər iki ölkə üçün faydalı olacağına inanırıq və bu iki ölkə bir-birini tamamlaya bilər.”

 

Həzrət Ayətullah Xamenei iki ölkə arasında münasibətlərin genişlənməsinin düşmənlərinin olduğunu vurğulayaraq bildirdi:

“Bu düşmən maraqlarına qalib gəlmək lazımdır və biz bu məsələdə hazırıq.”

 

O Həzrət İranın bəzi sahələrdə əldə etdiyi irəliləyişlərə toxunaraq qeyd etdi:

“İran İslam Respublikası bu sahələrdə Səudiyyə Ərəbistanına kömək etməyə hazırdır.”

 

İslam İnqilabının Rəhbəri vurğulayıb:

“Regionda qardaşların birgə əməkdaşlıq etməsi və bir-birinə yardım göstərməsi başqalarına arxalanmaqdan qat-qat yaxşıdır.”