1980-ci il aprelin səkkizi Məhəmməd Baqir Sədr və bacısı Aminə Sədrin (Bintül-Hüda) şəhadətlərinin ildönümüdür.
Ayətullah Xamenei: "Şəhid Sədr, şübhəsiz ki, qeyri-adi zəkaya malik parlaq bir ulduz idi. Həm elmi və həm hərtərəfli olmağı, həm də tədqiqat, yenilik gətirmə və elmi şücaətə sahib olmağı özündə cəm etmişdi. O, üsul elmi, fiqh, fəlsəfə və bu elmlərlə əlaqəli sahələrdə əsas quruculardan və (fikri) məktəb yaradanlardan biri sayılırdı."
Mərhum Ayətullah Seyid Məhəmməd Baqir Sədr “İslam dünyasının tanınmış simalarından biri idi.”
“Son onilliklərdə elmi hövzələrin görkəmli şəxsiyyətləri arasında mərhum şəhid Ayətullah Seyid Məhəmməd Baqir Sədr (Allah məqamını ucaltsın) ən seçilən və heyrətamiz simalardan biridir.”
O, “Yalnız bir ruhani, yalnız bir müctəhid deyildi. O, İslamın, xüsusilə də İraqın və İraq xalqının gələcəyi üçün bir ümid idi.”
Onun nadir xüsusiyyətlərindən biri bu idi ki, “Şücaət, dindarlıq və təqvaya riayət etməklə İslam fiqhinə yeni düşüncə və (İslami) məsələlərdə yenilik gətirdi.”
Digər tərəfdən, “Seyid Məhəmməd Baqir Sədr sözün həqiqi mənasında İslam mütəfəkkirinin bariz nümunəsi idi. O, İslam düşüncəsini Qərb və Şərqdən gələn ideologiyalara qarşı, ümid axtaran və həqiqət ardınca olan gənclərin qarşısında dik duraraq qoruyurdu.”
Şəhid Sədrin digərlərindən fərqli cəhəti bundan ibarətdir ki, “Mərhum şəhid Sədr, şübhəsiz, qeyri-adi zəkaya malik biri idi.”
“Bizim fikri və İslami məsələlər, həmçinin fiqh, üsul və digər sahələrdə çoxlu inkişaf etmiş insanlarımız var, lakin qeyri-adi zəkaya sahib olan insan çox nadir olur. Rəhmətlik cənab Sədr o nadir şəxslərdən biri idi. Həqiqətən də, o, qeyri-adi zəkaya sahib olan şəxsiyyətlər sırasındadır. Onun zəkası və düşüncə gücü digərlərinin etdiklərindən daha uzağa yönəlmişdi.”
Əlbəttə, diqqət etmək lazımdır ki, “Onun bütün fəaliyyətlərinə ruh verən, onlara əlavə dəyər qazandıran, onları İslamın gələcəyi üçün bir sərvətə çevirən əsas amil onun inqilabi ruhiyyəsi idi.”
Baxmayaraq ki, “O, Nəcəfdə İmam Xomeyni ilə tam bir əlaqədə deyildi. Adətən, İmamın evi və təşkilatı ilə çox zəif bir əlaqəsi vardı, əlaqəsi o qədər də geniş deyildiş lakin inqilab baş verən və İmam İrana gələn kimi o, həmin məşhur sözünü söylədi.”
Qeyd: dırnaq içində gətirilən mətn Ayətullah Xameneiyə aiddir.