Bu görüşdə Ali Baş Komandan Ayətullah Xamenei ölkə üçün hərtərəfli hazırlığın zəruriliyini qeyd etdi:

"Silahlı Qüvvələr ölkənin qalası və xalqın hər bir təcavüzkara qarşı sığınacağıdır. Bu milli vəzifəni yerinə yetirmək üçün maksimal hazırlıq, həm sərt (hərbi-texniki), həm də yumşaq (ideoloji, psixoloji) müdafiə vasitələri daimi şəkildə gücləndirilməlidir".

 

"Ölkənin inkişafı İranın düşmənlərini qəzəbləndirib və çaşqın vəziyyətə salıb",– deyə o Həzrət buyurdu.

 

İnqilab Rəhbəri düşmənin qəzəbinin əsas səbəbini belə vurğuladı:

"İslami və müstəqil varlıq kimi İslam Respublikasının mövcudluğu düşmənçiliklərin səbəbidir. Bir ölkənin müsəlman, müstəqil və kimlik sahibi olmaq istəməsi, öz izzəti üçün başqalarına arxalanmaması düşmənləri qəzəbləndirən əsas amildir".

 

 

O Həzrət düşmənin etdiyi iddianı çaşqınlığa görə olduğunu bildirdi:

"Sizin eşitdiyiniz bu hay-küylərin çoxu düşmən mediasında yayımlanır və onların çaşqınlığından irəli gəlir. Başqa çarələri yoxdur. Elə iddialar da irəli sürürlər ki, həqiqətlə heç bir əlaqəsi yoxdur. Onlar arzularını həqiqət kimi, xəbər formasında təqdim edirlər, halbuki hadisələrin əsl mahiyyəti tamam başqadır".

 

 

İnqilab Rəhbəri hansı ordularım tarix boyu məğlubiyyətə düçar olduğunu belə qeyd etdi:

"Yəqin, iman, iradə, şücaət və Allaha təvəkkül Silahlı Qüvvələrdə ən yüksək səviyyədə mövcud olmalıdır. Çünki tarix boyu bu xüsusiyyətlərə malik olmayan dəbdəbəli ordular məğlubiyyətə uğrayıblar".

 

Daha sonra o Həzrət İranın müxtəlif sahələrdə inkişaf etdiyini buyurdu:

"Bu gün ölkə hərbi-texniki baxımdan keçmişə nisbətən xeyli irəlidədir. Yumşaq sahədə də böyük irəliləyiş əldə olunub. Bunun bariz nümunəsi mübarizə meydanlarında iştirak üçün yüzlərlə, minlərlə gəncin təsvirəgəlməz həvəs və coşqusudur".

"Silahlı Qüvvələrin maksimal hazırlıq vəziyyəti qorunub saxlanılmalıdır",– deyə İnqilab Rəhbəri vurğuladı.