Üç orqan rəhbərliyi olan Prezident, parlament sədri və Ali Məhkəmənin sədri, məsul şəxslər və bir qrup yüksək rütbəli hərbi və dövlət rəsmisi bu gün axşam tərəfi 08.03.2025-ci il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei quldur dövlətlərin müzakirə adıyla diktə etmək istədiyini açıqladı:
"Bəzi quldur dövlətlərin israrla danışıqlara çağırması problemləri həll etmək üçün deyil, istədiklərini diktə edib qəbul etdirmək üçündür".
O Həzrət Qərb tərəfindən gələn yeni tələblərin qətiyyən yerinə yetirilməyəcəyini vurğuladı:
"Danışıqlar quldur dövlətlər üçün yeni tələblər irəli sürmək vasitəsidir. Bu yeni tələblər İran tərəfindən qətiyyən yerinə yetirilməyəcək".
İnqilab Rəhbəri belə istəklərin kimsə tərəfindən qəbul edilə bilməyəcəyini qeyd etdi:
"Onlar ölkənin müdafiə imkanları, beynəlxalq gücü ilə bağlı yeni tələblər irəli sürürlər. Məsələn, deyirlər ki, filan işi görməyin, filan şəxslə görüşməyin, filan yerə getməyin, filan şeyi istehsal etməyin, raketlərinizin mənzili filan məsafədən çox olmasın. Bunu kimsə qəbul edə bilər?"
Daha sonra Ayətullah Xamenei maddi sivilizasiyanın prinsiplərinin qəbul edilməz olduğunu bildirdi:
"Biz siyasi, iqtisadi və digər məsələlərdə Qərbin maddi sivilizasiyasının prinsiplərinin ardınca gedə bilmərik. Şübhəsiz ki, Qərb sivilizasiyasının üstünlükləri var. Dünyanın harasında olursa-olsun, öyrənə biləcəyimiz və faydalana biləcəyimiz hər bir üstünlükdən istifadə etməliyik".
İnqilab Rəhbəri Qərb mediasında İslamın böyük şəxsiyyətlərinin adlarının yayılmasının qadağan olduğunu qeyd etdi:
"Qərbdəki ikili standartlar Qərb sivilizasiyasının, həqiqətən də, utancverici bir göstəricisidir. Onlar azad informasiya dövriyyəsini iddia edirlər. (Amma) Siz Qərbə aid sosial mediada Hacı Qasim Süleymani, seyid Həsən Nəsrullah və Haniyənin adını çəkə bilərsinizmi?"
O Həzrət Qərbdəki mediada ikili standartların hökm sürdüyünü buyurdu:
"Qərblilər azad informasiya dövriyyəsini iddia edirlər. Siz Qərbin sosial media platformasında Fələstin, Livan və sair yerlərdə baş verən cinayətlərə etiraz edə bilərsinizmi?"
"Siz Qərbin sosial media platformasında Hitler Almaniyasının yəhudilərə qarşı törətdiyi iddia olunan hadisələri inkar edə bilərsinizmi?", – deyə İnqilab Rəhbəri buyurdu.