Görüşün əvvəlində Ayətullah Xamenei Rəcəb ayı ilə bağlı belə qeyd etdi:
"Rəcəb ayının duaları ali İlahi və İslami məzmunlarla, yüksək anlayışlarla zəngindir. Allahdan cansağlığı və müvəffəqiyyət diləyin".

"Yəmən müqavimət rəmzidir və qələbə qazanacaq", - deyə o Həzrət buyurdu.

İnqilab Rəhbəri, həmçinin Livan barədə də belə vurğuladı:
"Livan müqavimət rəmzidir və qələbə qazanacaq".

Hizbullah barədə danışan o Həzrət belə qeyd etdi:
"Livan zərbə alıb, lakin əyilməyib və diz çökməyib. Düşmən zərbə endirir, amma özü də zərbə alır. Sonda qalib gələn isə iman gücü və iman sahibləridir".

İnqilab Rəhbəri düşmənin zillətlə məntəqədən çıxacağını qətiyyətlə bildirdi:
"İnşallah, başda bu çox tamahkar və cinayətkar Amerika olmaqla düşmən və təcavüzkarların hamısı Qərbi Asiya əhalisindən əl çəkməyə və zillətli formada bu regiondan çıxmağa məcbur olacaqlar".

Daha sonra Ayətullah Xamenei millətin əsli iqtidar amilinə işarə edərək buyurdu:
"Öz canlarından keçməyə hazır olan gənclər bir millətin ən əhəmiyyətli iqtidar amilləridir və bunları meydandan çıxarmaq olmaz. Onları meydandan çıxardıqda bəzi ölkələrdə baş verən hadisələr qabağa gələcəkdir. Eynilə Suriya kimi olacaqdır, hərc-mərclik baş verəcək və torpaq yadlar tərəfindən işğala məruz qalacaq".

"Amerika və sionist rejim Suriyada qala bilməzlər. Siriya Suriya əhalisinə mənsubdur",- deyə qeyd etdi.

İmam Xamenei düşmənin Suriyadan əli boş çıxacağını vurğuladı:
"Suriya xalqının torpağına təcavüz edən Amerika və sionist rejim, şübhəsiz, bir gün Suriyanın qeyrətli cavanlarının gücü qarşısında geri çəkilməyə məcbur olacaqlar. Bu baş verəcəkdir".

Sözlərinin ardınca o Həzrət Amerikanın Suriyada bazalar qurduğunu və onların orada qala bilməyəcəyinə işarə etdi:
"Bu gün Amerika Suriyada ard-arda bazalar qurur. Şübhəsiz ki, bu bazalar suriyalı gənclərin ayaqları altında tapdalanacaq".