Müxtəlif təbəqələrdən olan minlərlə insan çərşənbə günü 11.12.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei məntəqə hadisələri barədə çıxış etdi.
Bu görüşdə Ayətullah Xamenei Suriya məsələlərini planlaşdıranlar barədə belə buyurdu:
"Suriyada baş verən hadisənin Amerika və sionist rejimin ortaq planının məhsulu olmasına şübhə edilməməlidir. Düzdür ki, Suriyanın qonşu ölkələrindən biri bu zəmində açıq-aşkar rol ifa edir, əvvəl də edib və hal-hazırda da etməkdədir. Bunu hər kəs müşahidə edir. Lakin bu fitnə və planın ən əsas amili, eləcə də əsas göstəriş otağı Amerika və sionist rejimdədir və bu haqda dəlillərimiz vardır. Bu dəlilillər insan üçün heç bir şübhə yolu qoymur".
İnqilab Rəhbəri müqavimətin daha da genişlənəcəyini qeyd etdi:
"Müqavimət və müqavimət cəbhəsi budur. Hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək və hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir. Onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər və mən sizə qeyd edirəm ki, Allahın qüdrət və qüvvəti ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq regionu əhatə edəcəkdir".
İmam Xamenei o nadan və cahil təhlilçinin müqaviməti anlamadığını vurğuladı:
"Müqavimətin mənasını anlamayan cahil təhlilçi elə düşünür ki, müqavimət zəifləyərsə, İran İslam Respublikası da zəifləyəcəkdir. Mən isə deyirəm ki, Allahın izni və İlahi qüdrətlə İran güclüdür, qüdrətlidir və daha da qüdrətli olacaqdır".
O Həzrət müqavimətin bu təzyiqlər altında daha da genişlənəcəyini qeyd etdi:
"Müqavimət və müqavimət cəbhəsi budur. Hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək və hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir. Onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər və mən sizə qeyd edirəm ki, Allahın qüdrət və qüvvəti ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq regionu əhatə edəcəkdir".
Ayətullah Xamenei Suriyaya hücum edənlərin hədəflərinin nədən ibarət olduğunu bildirdi:
"Suriyaya hücum edənlərin hər birinin ayrı-ayrılıqda bir məqsədi vardır və hədəfləri müxtəlifdir. Bəziləri Suriyanın şimalı və yaxud cənubundakı məntəqəni ələ keçirmək istəyirlər, Amerika isə öz yerini bu regionda möhkəmlətmək ardıncadır".
Daha sonra o Həzrət Suriyanın suriyalı gənclərin əli ilə azad olacağını buyurdu:
"Zaman göstərəcək ki, inşallah, onların heç biri bu hədəflərə çatmayacaqdır. Suriyanın tutulmuş əraziləri Suriyanın qeyrətli gəncləri tərəfindən azad olunacaqdır. Bunun baş verəcəyinə şəkkiniz olmasın. Amerika da öz yerini burada möhkəmləndirə bilməyəcək və Allahın tövfiqi, qüdrət və qüvvəti ilə o da müqavimət cəbhəsinin əli ilə regiondan çıxardılacaqdır".
İnqilab Rəhbəri İŞİD-i əmniyyətsizlik bombası adlandırdı və buyurdu:
"İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD İraq, Suriya və regionun təhlükəsizliyini aradan aparmaq, daha sonra əsas nöqtə və son hədəfi olan İran İslam Respublikasına gəlib, İslam Respublikasında əmniyyətsizlik yaratmaq məqsədi daşıyırdı. Ən əsas və yekun hədəf bu idi. İŞİD-in mənası budur".
Müqavimətin Suriyada iştirakından danışan o Həzrət belə qeyd etdi:
"Qüvvələrimiz iki səbəbdən İraq və Suriyada iştirak etdilər. Bir səbəb imamların müqəddəs ziyarətgahlarının qorunması idi. Çünki mənəviyyatdan, din və imandan uzaq olanlar imamların müqəddəs ziyarətgahları ilə düşmənçilik edirdilər, dağıtmaq fikrində idilər və dağıtdılar da. Samirada ABŞ-ın dəstəyi ilə pak günbəzi dağıtdılar. Sonralar həmin bu işi Nəcəf, Kərbəla, Kazimeyn və Dəməşqdə görmək istədilər. İŞİD-in məqsədi bu idi. Bəs, məlum məsələdir ki, Əhli-beyt aşiqi olan qeyrətli gənc mömin buna icazə verməz".
İmam Xamenei İŞİD-in fitnəsinin adi olmadığını açıqladı:
"İkinci səbəb də təhlükəsizlik məsələsi idi. Rəsmi məsullar çox tez və anında anladılar ki, bu əmniyyətsizliyin qarşısı regionda alınmasa, buraya qədər sirəyət edib böyük ölkəmizi büsbütün şəkildə əhatə edəcəkdir. İŞİD-in əmniyyətsizlik fitnəsi də adi bir şey deyildi".
Ayətullah Xamenei İmam Əli əleyhissalamdan düşmən qarşısında müqavimət göstərmək barədə hədis qeyd etdi və buyurdu:
"Əmirəlmöminin buyurdu: "Öz evində düşmənlə mübarizə aparan millət zəlil olar, düşmənin evinizə qədər gəlib çatmasına imkan verməyin". Buna görə də qüvvələrimiz, görkəmli generallarımız, əziz şəhidimiz Süleymani, onun dostları və həmkarları, gənclərimiz Suriya və İraqa getdilər. İlk öncə İraqda, daha sonra Suriyada oranın öz cavanlarını təşkilatlandırdılar, silahlandırdılar. İŞİD-in müqabilində dayandılar, İŞİD-in belini qırdılar və ona qalib gələ bildilər".
İranın hərbi iştirakından danışan o Həzrət belə vurğuladı:
"Bizim Suriya və İraqda hərbi iştirakımız öz ordumuzu buradan aparıb həmin ölkənin ordusu ilə əvəz etmək mənasında deyildi".
İnqilab Rəhbəri İranın hərbi müşavirlərinin gördüyü işlərdən danışdı və qeyd etdi:
"Bizim qüvvələrimizin görə biləcəyi və gördüyü iş hərbi müşavirlik xarakterli idi, müşavirlik, yəni nə? Yəni mühüm mərkəzi və əsaslı qərargahların təşkili, strategiya və taktikaların təyin olunması, zəruri hallarda döyüş meydanına girmək və bunların hamısından daha mühüm isə həmin məntəqənin cavanlarını bəsic etmək (könüllü səfərbər etmək) idi. Əlbəttə, öz cavanlarımızın, bəsicilərimizin bir çoxu da əcələ, eşq və israrla oraya getdilər".