İsfahan əyalətinin Şəhidlərini Anma Konqresinin təşkilatçıları 11.11.2024-cü il tarixdə İnqilab Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei şəhidlərin xatirəsini yaşatmağın cihad etmək olduğunu qeyd etdi:
"Mən mücahidlərin və şəhidlərin xatirəsini dirçəltmək üçün çalışanları Allah yolunun mücahidi hesab edirəm, yəni bunun özü Allah yolunda bir cihaddır. Çalışın (Quranın buyurduğu kimi) "Allah yolunda lazımınca cihad edin", bu cihadı olduğu kimi, lazımınca yerinə yetirəsiniz".
O Həzrət fədakarlıq və şəhadət ruhiyyəsinin İsfahanda davam etdiyini bildirdi:
"Mühüm olan bu fədakarlıq və nurani şəhadət silsiləsinin keçmiş dövrlərdən bu günə qədər İsfahanda davam etməsidir. Bir zaman şəhid Mədərrisi görürük, ardınca şəhid Bəheşti və onun kimilərini, daha sonra şəhid Xərazi, şəhid Himmət, Şəhbazi və s. gəlir. Sonrakı mərhələdə isə şəhid Kazimi, eləcə də şəhid Zahidi, Nilfuruşan və bu kimi digər şəhidləri müşahidə edirik. Yəni bu şəhadət silsiləsi hansısa bir zamanla məhdudlaşmır".
İnqilab Rəhbəri bugünkü nəsilin şəhidləri anmağa ehtiyacılı olduğunu vurğuladı:
"Bugünün gəncinin, bugünkü nəsilin şəhidlərin xatirəsini anmağa ehtiyacı var, bunları bilməlidir. Bunlar İsfahanın kimliyini təşkil edir".
Ayətullah Xamenei dindarlığın elm, sənaye və sivilizasiya ilə bir-birindən ayrı olmamağının İran mədəniyyətinin bir nümunəsi olduğunu buyurdu:
"İsfahan göstərir ki, dindarlıq və şəriət cərəyanı elm, sənaye, mədəniyyət və sivilizasiya kimi cərəyanlarla tam bir-birinə bağlıdır. Bu, bizim İran mədəniyyətimizin bir nümunəsidir. O İran mədəniyyəti ki, bir zamanlar bəşəri mədəniyyətin zirvəsində olub, hətta İslamdan əvvəl belə dinlə və dindarlıqla birgə olub".
İnqilab Rəhbəri İran milləti və gənclərinin canfəşanlığının İslam Respublikasını qoruyub saxladığını bildirdi:
"İran millətinin və gənclərimizin göstərdiyi səy və canfəşanlıqları İslam Respublikasının bu günə qədər güclənməsi və davamlılığına səbəb olub və bundan sonra da belə olacaq. Əgər bu fədakarlıqlar olmasaydı, İslam Respublikasının həyat və davamlılıq şansı olmazdı".
Anım tədbirlərinin əhəmiyyətindən danışan o Həzrət belə buyurdu:
"Şəhidlərin anım tədbirlərində gördüyünüz işləri elə həyata keçirin ki, təsirli olsun. Təkcə kitab yazmaq və ya film çəkmək kifayət deyil. Zəhmət çəkib bir film hazırlaya bilərsiniz, amma rejissorluğu, çəkilişi və məzmunu şirin və cəlbedici deyilsə, zəhmət çəkib pul xərcləməyinizə baxmayaraq heç kim ona baxmayacaq. Ən yaxşı rejissora, ssenari müəllifinə və prodüserə müraciət edin".
İnqilab Rəhbəri şəhidləri film düzəltmək yolu ilə tanıtmağı sifariş etdi:
"On film yerinə iki film çəkin, amma elə film olsun ki, yayımlandıqdan sonra hər kəs "Yenə göstərin" desin. Belə olsa, yaxşıdır. Nə qədər bacarırsınız, şəhid Himməti, şəhid Zahidi, şəhid Kazimi, habelə şəhid Xərrazi, Rəddanipur və digər şəhidləri tanıdın".
O Həzrət şəhidlər barədə keyfiyyətli kitab hazırlanmasını və və bu keyfiyyətə görə də camaatın bu kitablara artan meylindən danışdı:
"Şəhidlər barədə elə kitab hazırlayın ki, birinci nəşr tükəndikdən sonra oxucular ikinci və üçüncü və s. nəşrləri istəsinlər".
Ayətullah Xamenei cənabları şəhidlər barədə görülən işlərin cavanlarda müsbət təsir qoymasını vurğuladı:
"Görün, indi bu gənc sizin (şəhidlər barədə) etdiklərinizi gördükdən sonra onun davranışı, həyat və geyim tərzi, camaat namazında və heyətdə iştirakı, siyasi məsələlərə baxışı əvvəlki halından nə qədər fərqlənib. Əlbəttə, bunlar zəhmət tələb edir, çox çətindir, amma həyata keçəsi işlərdəndir. Yəni o zaman sizin işiniz, həqiqətən, təsirli, canlı və Allah yolunda cihad olacaq".
İnqilab Rəhbəri məsul şəxslərə olan göstərişində kompüter oyunları ilə şəhidlərin mesajlarını ötürməyi vurğuladı:
"Mən təklif edirəm ki, İsfahanın hərbi birləşmələri də bu şəhidlərlə bağlı olan məsələdə fəal olsunlar... Onlar oturub, təhmili döyüşdə (İran-İraq döyüşü) yaşadıqları hadisələri, ondan əvvəl və ya sonrakı dövrləri izah etsinlər. Hansı vasitə ilə? Kompüter oyunlarıyla. Bu gün dünyada kompüter oyunları (siyasi) mesajların ötürülməsi vasitələrindən biridir, yəni bu sadəcə oyun deyil".
Daha sonra o Həzrət düşmənin kompüter oyunları ilə gənclərdə yaratdığı təsirindən danışdı:
"Düşüncəli insanlar oturub, özləri ilə İran arasında müharibə oyunu proqramı quraşdıranda oyunu bir cür qururlar ki, amerikalı gənc və yeniyetmə kompüter qarşısında oturub bu oyunu izlədikdə, onda qüdrət hissi yaransın. Ümidvar olub desin ki, biz bu mübarizədə qalib gələcəyik. Belə hərəkət etmək lazımdır".
Ayətullah Xamenei sözlərinin sonunda şəhid Kaziminin həyatından doğulan Höcəcilər barədə belə qeyd etdi:
"Zənnimcə əgər bu işlər (şəhidlər haqqında sadaladığım) görülərsə və böyük keçmiş hadisələrin təsviri düzgün və ağıllı tədbir əsasında təqdim olunarsa, bir çox problemlər aradan qaldırılacaq və işlər irəliləyəcəkdir. Bu şəhidlərin xatirəsi özü də bu günün gənclərində möhtəşəm ruh yüksəkliyi və mübarizə əzmi yaradacaqdır. Yəni, həqiqətən də, şəhid Kaziminin həyatı şəhid Höcəci yaradır".