İran İslam Respublikası ordusunun Dəniz Qüvvələrinin bir qrup komandir və məsul şəxsləri bu gün günorta saatlarında 27.11.2024-cü il tarixdə Dəniz Qüvvələri Günü münasibətilə Ali Baş Komandan Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei Dəniz Qüvvələrinin hazırlığının əhəmiyyət kəsb etdiyini bildirdi:
"Bu gün dünyada Hərbi Dəniz Qüvvələri həyati əhəmiyyət daşıyan qüvvələr hesab olunur. Silahlı Qüvvələrin və məxsusən də Hərbi Dəniz Qüvvələrinin mövqeyi bütün fəaliyyət və proqramlarda döyüş hazırlığı və imkanlarının artırılmasına yönəlməlidir".
İnqilab Rəhbəri döyüş imkanlarının düşmən qarşısında önləyici roluna toxunaraq buyurdu:
"Döyüş imkanlarının artırılması düşmən hücumlarının qarşısının alınmasına səbəbdir".
O Həzrət düşmənə qarşı İranın gücünü göstərmək və onların qarşısını almağın hansı yolla mümkünlüyünü vurğuladı:
"Ölkənin döyüş imkanları İranın bədxahlarının nəzərində elə gözəçarpan həddə göstərilməlidir ki, hər növ qarşıdurmanın onlar üçün həqiqi mənada ağır nəticələrə səbəb olacağını hiss etsinlər".