HƏMAS diridir və diri də qalacaqdır.
İslam İnqilabı Rəhbərinin mesajının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Müsəlman xalqları! Məntəqənin qeyrətli gəncləri!
Qəhrəman mücahid və komandir Yəhya Əl-Sinvar öz şəhid yoldaşlarına qovuşdu. Yəhya Əl-Sinvar müqavimət və mücahidliyin parlaq siması idi. O zalım və təcavüzkar düşmənin müqabilində polad iradə ilə dayandı, ona tədbir və şücaəti ilə sillə vurdu, eləcə də bu bölgənin tarixində 7 oktyabrın (Əqsa Fırtınası) bərpa oluna bilməz zərbəsini yadigar olaraq qoydu və beləliklə də, izzət və başıucalıqla şəhidlərin meracına pərvaz etdi. Ömrünü qəsbkar və zalım düşmənə qarşı mübarizədə keçirən Yəhya Əl-Sinvar kimi biri üçün layiq olduğu şəhadət məqamından başqa aqibət yoxdur. Yəhya Əl-Sinvarın itkisi, təbii ki, müqavimət cəbhəsi üçün ağrı-acıya səbəb oldu, lakin bu cəbhə Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi, Rintisi və İsmayıl Haniyə kimi görkəmli şəxsiyyətlərin şəhadəti ilə irəliləməkdən qalmayacaq və Allahın izni ilə, Sinvarın şəhid olması səbəbi ilə də bir an olsun belə, dayanmayacaqdır. HƏMAS diridir və diri də qalacaqdır.
Allahın tövfiq və köməyi ilə, biz həmişə olduğu kimi, Fələstinin ixlaslı mücahid və mübarizlərinin kənarında dayanacağıq.
Mən qardaşımız Yəhya Əl-Sinvarın şəhadətinə görə onun ailəsi, döyüş yoldaşları və Allah yolunda cihada bağlı olan hər kəsi təbrik edir, onun itkisinə görə də baş sağlığı diləyirəm.
Allahın saleh bəndələrinə salam olsun.
Seyid Əli Xamenei
19.10.2024