Bağışlayan və mehriban Allahın adı ilə

Əvvəla, bu düşüncənin burada iştirak edənlər arasında həyata keçməsinə və bu istiqamətdə ciddiyyətlə fəaliyyət göstərdiyinizə görə sizlərə təşəkkür edir və bundan məmnun olduğumu bildirirəm. Allahın rəhməti şəhid Süleymaniyə olsun, çünki bu fikrin ideyasını verən mərhum şəhid Süleymani olmuşdur. "Hərəm müdafiəçiləri" mövzusu və bu hadisə heyrətamiz və mühüm hadisələrdən biridir. Bu hadisənin də müxtəlif cəhətləri vardır və zənnimcə, söhbətlərin, xütbə və bu kimi digər danışıqların haşiyələrində bu cəhətlərin bəziləri bəyan olunub, lakin bununla belə, bu cəhətlərin hərtərəfli və tam şəkildə bəyan olması zəruridir. Mən siz əziz bacı və qardaşlara bəyan etmək üçün bir neçə məqamı qeyd etmişəm və həmin məqamlar bu mühüm, fövqəladə və heyrətamiz hadisənin cəhətləri barəsindədir.

Mən burada 4 cəhəti diqqət mərkəzində saxlamışam. Bunlardan biri bu işin simvolik cəhəti, yəni müxtəlif yerlərdən hərəmlər, hərəmlərin müdafiəsi istiqamətində və bu kimi işlər üçün başlanan bu hərəkətin simvolik məna daşımasıdır. İndi bu simvolik cəhət haqqında söhbət edəcəm. Bunlardan biri "İnqilabın ümumdünya baxışı"dır ki, inqilabın diqqəti regiona və dünyada gedən proseslərə yönlənir. Bu cəhətin mütaliəyə ehtiyacı vardır ki, indi qeyd edəcəyəm. Üçüncü budur ki, bu hərəkət regiondan və məxsusən də ölkəmizdən böyük bir təhlükəni dəf etdi, baxmayaraq ki, bəzən bu haqda bəzi sözlər deyilib. Dördüncü məsələ də budur ki, bu hadisə göstərdi ki, inqilabdan dörd onillik müddət keçməsinə rəğmən, inqilab erkən çağlarında bariz şəkildə sahib olduğu kimi, indi də öz zati hadisələrini "Yenidən icad etmə qüdrəti" nə sahibdir. Bu dörd məqamın hər biri haqda mən qısa şəkildə söhbət edəcəyəm.

Amma o simvolik və rəmz xarakterli manaya gəldikdə isə, düzdür ki, hərəkət Əhli- beyt hərəmləri, bu hərəmlərin müdafiəsi və əslində isə, o məzarların müdafiə və ehtiramı istiqamətindədir, lakin həqiqətdə o məkanda yer alan həmin pak bədənin məzmun və məktəbinə ehtiram göstərməkdir. Mühüm olan məsələ də budur, yəni əgər kimsə o düşüncəyə, o hədəfə ehtiram göstərməyi lazım bilməsə, onun gedib həmin məzarı və o günbəzi müdafiə etməsinə heç bir dəlil olmayacaqdır. O hərəmin müdafiəsi üçün gedənlərin bəziləri şiə də deyildilər. Biz öz ölkəmizdən və başqa yerlərdən bəzilərini tanıyırıq ki, şiə deyildilər. Yəni ola bilər ki, Əhli-beyt fiqhinə əməl etmirdilər, lakin Əhli-beytin hədəflərinə isə, niyə, etiqadları vardı. Mühüm olan budur.

Əhli-beytin heç zaman köhnəlməyəcək yüksək hədəfləri vardır və başda da bütün pak vicdanların və azadə insanların istəkləri dayanır, məsələn, ədalət, azadlıq, zalım qüdrətlər ilə mübarizə, haqq yolda isar edən (hər şeyindən keçən) və fədakarlığın zəruri olması kimi istəklər. Bunlar imamların həyatında mövcud olan həmin uca məfhumlardır. Bu hərəkət həmin idealları müdafiə və o ideallara ehtiram və məhəbbət hərəkəti idi və bu da çox mühüm məsələdir. Lakin əgər bu cəhəti, yəni hədəfləri müdafiə etmə cəhətini o cənabın işarə etdiyi təbliğatla dünya əhalisinin qulağına çatdıra bilsək, həm hərəmləri müdafiə etmək hərəkətini himayə etmişik, həm də idealları. Çünki dünyada, nə qədər olmasa da, çirkinliyə bulaşmamış vicdanlar mövcuddur. Siz diqqət edin ki, indi artıq Amerikada–mənəvi və əxlaqi problemlərin mərkəzində bir ovuc gənc Qəzzanın qadın və kişilərini (bu gənclərin çoxu heç bilmirlər ki, Qəzza dünyanın harasında yerləşir) bu cür fədakarlıqla müdafiə edirlər. Məlumdur ki, pak və çirkinliyə bulaşmamış vicdan dünyanın hər yerində mövcuddur. Bunları müxatəb qərar vermək gərəkdir. Bu vicdanlar müxatəb qərar verilməlidir. Bunlardan qəflət etməməliyik. Müxatəb qərar verilməsi və ötürülməsi gərəkən məsələlərdən biri bu ideallardır. Bu idealların elə bir cazibəsi vardır ki, gənci öz evindən, yaşayışından, ata-övlad, ər-arvad və bu kimi məhəbbətdən qoparıb hərəmi müdafiə üçün aparır. Bu həmin hərəkət haqda olan birinci məqam idi.

Bu hərəkətin yaranmasına səbəb olan kəslərin, yəni hərəmləri təhdid edən və bu kimi şəxslərin düşmənçiliyi həmin ideallarladır; illər və əsrlərlədir ki, dünyadan getmiş Mütəvəkkil Abbasi kimi şəxslər. Mütəvəkkil Abbasi İmam Hüseynin qəbrinə qarşı nə üçün elə davranırdı? O da 150 il bu maddi aləmdən xilas olmuş və pərvaz etmiş birinə qarşı. O bu aləmdə mövcud deyildi. Mütəvəkkili bu əməllərə–əl-ayaq kəsməyə, adam öldürməyə, suyu qəbrin üstü ilə axıtmağa və bu kimi işlərə vadar edən amil bu qəbrin, bu günbəzin, bu məzar və zərihin arxa pərdəsində olan həqiqət idi. O bu həqiqətdən nigaran idi və əlbəttə, nigaran olmağa da haqqı var idi. Çünki bu həqiqət Mütəvəkkil kimilərin evini yıxır. Tarixin bütün dönəmlərində belə olub və bu gün də belədir. Bu, birinci məqam.

İkinci məqamın da "İnqilabın ümumdünya baxışı" məsələsi olduğunu dedik. Hərəkatların mütləq ehtiyaclarından biri budur ki, öz əhatə dairəsi və iştirakları ilə qane olmasınlar, əksinə, əhatə dairələrindən xarici də nəzərdə tutsunlar. Xüsusən də dünyanın indiki vəziyyəti kimi güclü dövlətlərin müdaxilə edə biləcəyi bir vəziyyətdə. Hazırda Amerikanın dünya ölkələrində olan bazalarının sayı-hesabı yoxdur və dünyanın hər bir yerində onların bazaları vardır. Belə bir şəraitdə hər hərəkat, hər bir hərəkət, hər inqilab təkcə öz daxili mühit və şəraitini nəzərdə saxlasa, xaricdə baş verən proseslərdən, fəaliyyətlərdən qəflət etsə, mütləq, zərbə yeyəcəkdir. Buna görə də hər hansı bir hərəkatın, hər hansı bir ictimai və siyasi hərəkatın əsas ehtiyaclarından biri beynəlxalq arenaya, regional məsələlərə, qarşılıqlı təsirlərə, əlaqələrə və sairə baxışıdır.

Biz bu zəmində çox da uzaq olmayan keçmiş tariximizdə iki dəfə bu nahiyədən sancılmışıq: bunlardan biri məşrutə hadisəsi və biri də milli neft hərəkatı hadisəsində. Məşrutə hadisəsində ingilislərin işin əvvəlində dəxalət etməsi öz yerində, bu məsələ baş tutandan sonra bu məsələyə bağlı olanlar, məsul şəxslər, ürək yandıran və araşdıranların problemləri ölkə daxilinə tərəf yönəldi (onunla-bununla çəkişmələr, qarşıdurmalar və s.) və buna görə də xarici proseslərdən qəflət etdilər. Mümkündür ki, bəzən ingilislərin siyasəti Rzaxan kimi birini gətirib, məşrutə, qeyri-məşrutə və s. məsələləri ortadan yığışdırmağı tələb etsin. (Məşrutənin başında duranlar) Bundan qəflət etdilər və başlarına bəla gəldi. İngilisələrin dəxalət etmə ehtimalından qəflət etdilər və qəfildən Rzaxan kimi quldur və zorakı birinin iş başına gəldiyini gördülər. Birinci, ordu generalı oldu və daha sonra isə şah. Onun qohumlarından birinin xatirələrində oxudum ki, Rzaxanın dilindən belə deyir: "Əgər şah olmağın bu qədər asan olduğunu bilsəydik, daha tez şah olardıq". Yəni (Məşrutədə olanlar) qəflət etdilər, xülasə. Şəxslər qəflət etdilər və nəticədə bunlar iş başına gəldilər. İngilislər müdaxilə etdilər və onu iş başına gətirdilər. Diqqət edin ki, Rzaxanın iş başına gəlməsi Məşrutədən 15 il sonraya təsadüf edir və böyük bir zaman keçməyib. Görün, 15 il müddətində ölkə daxilində qəflət etməyə səbəb olan hansı problemlər baş verdi. Bu, bir nümunə.

Bir nümunə də Mili Hərəkat hadisəsidir. Yaxşı, o qədər həyəcan, təlütüm (indi mənim bir həddə yadımdadır, xalqın o cür həyəcan və təlatümü, məsələn, Məşhədin bir hissəsində verilən şüarlara şahid olurduq) xalqın bağlılığı və bu kimi məsələlər demək olar ki, zəif bir çevrilişlə söndü. Yəni, ümumiyyətlə, onda o cür həqiqi hərbi bir çevriliş də yox idi. Bir ovuc avara və bunun kimilər bir çamadan Amerika pulu ilə Tehranda İngiltərə səfirliyi daxilindən istiqamətləndirildilər. Həyəcan və şövqlə iş başına gələn və xalqın seçdiyi milli hökuməti süqut etdirdilər. Bu hökumət qəflət səbəbindən aradan getdi, ondan heç bir əsər-əlamət belə qalmadı. Daxili məsələlərə qərq olmaq və xaricilərin müdaxilə etmə ehtimalından qəflət etmək ölkə başına belə bir bəla gətirdi.

İran İslam inqilabı və İran İslam hərəkatı ilk gündən bu məsələni diqqət mərkəzində saxladı. İmam Xomeyni etdiyi ilk söhbətlərində Şah rejiminin törətdiyi facilərin və bu kimi işlərin kənarında Amerika, sionizm və İsrailin də adını gətirdi. Elə əvvəldən bu məsələlərə diqqəti vardı. Mübarizənin başlanğıcından, bəlkdə də, bir il iki-üç ay keçmişdi ki, İmam Xomeyni kapitulasiyon əleyhinə o söhbəti etdi. Yəni İmam Xomeyninin kapitulasiyaya, Mili Məclisin qəbul etdiyi layihələrə, ölkənin daxili məsələlərinə xaricilərin müdaxilə etməsinə diqqəti vardı. İnqilabın qələbəsinin ilk günündən də ölkə xaricinə diqqət edirdi. Xülasə, İmam Xomeyninin buyuruqları daxili məsələlərin həlli, bu məsələlərlə məşğul olmaqla dolu olsa da, siz İmam Xomeyninin əksər sözlərinə diqqət etsəniz, xarici təhlükələrə və ölkəni təhdid edən mövcud imkanlara işarədir. Dünya miqyaslı baxış, regiona baxış, hərtərəfli baxış, qəflət etməmək və təkcə daxili məsələlərə məşğul olmamaq, bu məsələlərə başın qarışmaması və s. bu inqilabda mövcud idi.

Bunun ümdə və mühüm təzahürlərindən biri düşmənin plan cızdığı ölkələrdə döyüşçülərimizin bərqərar olması məsələsidir. Orada çox mühüm plan cızmışdılar. Birinci dərəcədə, İraqda, Suriyada və bir həddə qədər də Livanda düşmən plan cızmışdı və planları da mühüm plan idi. Bir qrupu İslam adı ilə və məzhəbi maraqları dəstəkləməklə və bunlar da mühüm və işə yarayan maraqlar idi, Amerikanın ovcunda, Amerikanın caynağı altında formalaşdırdılar. "İŞİD"çilər döyüş meydanında "Allahu Əkbər" deyirdilər, yaralıları isə İsraildə, oranın xəstəxanaları daxilində yerləşdirilirdi, sionist rejimin başçıları onların ziyarətinə gedirdilər. Bunun özü də yayıldı və hər kəs şahidi oldu. Bu, çox təhlükəli bir plan idi. Bu planın hədəfi də İranı işğal etmək üçün regionu ələ keçirmək idi.

Yəni İslami olan İran region daxilində Amerikanın, hegemon qüdrətlərin və istismarçıların əli altında olmalı idi. Bu planı ona görə hazırlamışdılar və bu yolda pul da xərcləmişdilər. Yeddi trilyon dollar pul xərcləmişdilər. Bu statistika və rəqəmi Amerikanın öz birinci dərəcəli şəxsi dəfələrlə bildirmişdi. Yeddi trilyon dollar bunlar bu məntəqədə pul xərclədilər, lakin puça çıxdı və onların bütün xərcləri hədər getdi. Onlar İŞİD vasitəsilə İslam adı ilə hökumətlər təşkil edib, İslami olan İranın iki tərəfini (bir ölkədə ölkəmizin şərq tərəfini, bir ölkədə də qərb tərəfini) təkfirçi İslamı önə çəkib və İslam Respublikasını həqiqətdə müxtəlif məzhəbi, fikri və əqidəvi, iqtisadi və bu kimi təzyiqlərlə həzm edib aradan aparmaq istəyirdilər. Hərəm müdafiəçilərinin hərəkəti bunları zərərsizləşdirdi. Yəni müxtəlif ölkələrdən olan gənc və qocadan ibarət və İslam Respublikasının mərkəziyyəti ilə hegemon və istismarçı qüdrətlərin mühüm və çox xərc aparan hesablanmış planlarını zərərsizləşdirə bildilər. İnqilabın bu ümumdünya baxışı çox mühüm bir məsələdir.

Bu dediklərim onların yeni Orta Şərq adlandırdıqlarının xüsusiyyətləri idi. Yəni Orta Şərq deyilən Amerikanın mütləq hakimiyyəti altında həm İraqda, həm də Suriyada din adı altında, amma İsrail, Amerika və sairlərin mənafeyinə xidmət edən və eyni zamanda iki tərəfdən İslam Respublikasına təzyiqdən söhbət gedir. Hərəm müdafiəçilərinin hərəkəti bu baxımdan bölgəni xilas edib, yəni bu, regionu böyük təhlükədən, təhlükəli bir planın şərindən xilas edən mühüm bir şeydir. Bu da ikinci məqamdır.

Dediyimiz üçüncü məqam nə idi? O, daxili böyük təhlükənin zərərsizləşdirilməsi baxımındandır. Yəni əmniyyətin olmaması. Əgər Suriya və İraqda olan İŞİD davamçıları, onun yanında yer alanlar və ya rəqibləri olan digər qruplar eyni təşkilatlanma və buna bənzər işlərlə indiyə qədər mövcud olsaydılar, İran da daxil olmaqla, bütün regionun təhlükəsizliyini aradan aparardılar və şübhəsiz ki, ölkəmizdə bir neçə gündən bir Şirazdakı Şahçeraq və Kirman hadisələri kimi bir hadisələrə şahidlik etməli olardıq. Hakimiyyət onların əlinə keçənə qədər İraqda və Suriyada da vəziyyət belə olardı. Bu təhlükə hərəmi müdafiə edən mücahid mübarizlər tərəfindən aradan qaldırıldı.

Bəli, indi orda-burda vardırlar və Amerika tərəfindən də dəstəklənirlər, İŞİD hələ tam məhv edilməyib, amma o təşkilatlanma daha aradan gedib. Bu qruplaşma dağıdılmasaydı, nələrin baş verə biləcəyini təsəvvür etmək həqiqətən narahatedicidir. Bu rəhmsiz insanlar, bu son dərəcə qəddar qruplaşma bu vaxta qədər görünməmiş işlər görürdülər. Onlar kamera önündə insanları diri-diri yandırır, diri-diri qərq edir, həm Amerikanın maliyyə, həm də Qərbin texniki və təbliğat dəstəyindən yararlanırdılar! Onların gördükləri işlər, yəni video və foto çəkilişlər, işlərində olan incəlik və dəqiqlik bir dəstə o cür savadsız adamların işi deyildi, onlara kömək olunurdu. Onların bu məntəqədə olması qərarlaşdırılmışdı və belə olan halda heç kimin təhlükəsizliyi qalmayacaqdı. Bu da başqa bir məqam.

Sonuncu məqam isə dediklərimizdir: hərəm müdafiəçilərinin iştirakı göstərdi ki, İslam İnqilabı inqilabın əvvəlindəki şövq və həyacanı yenidən icad etmə qüdrəti yaratmaq və davam etdirmək gücünə malikdir. Yəni bunu sübut etdi. Adətən, hərəkatların əvvəlində həyacan və inqilabi ruhiyyə olur, sonra müxtəlif səbəblərdən o həyəcan, şövq və maraq əvvəlcə zəifləyir, sonra isə tamamilə aradan gedir. Elə bu da hərəkatın ümumiyyətlə aradan getməsinə səbəb olur. Biz bunu müasir tariximizdə, məsələn, Fransa İnqilabı, Sovet İnqilabı və sairdə müşahidə etmişik. Fransa kimi bir ölkədə nəhəng bir xalq hərəkatı baş verir, bütün Fransanı əhatə edir və inqilabçılar iş başına gəlirlər, sonra təxminən on iki-on üç il ərzində cəmiyyətdə bir sıra qarşılıqlı təsirlər, eniş-yoxuşlar baş verir. Təbii ki, bütün bunlar onların Mənəvi-əxlaqi zəifliyini göstərir. Nəticəsi də bu olur ki, hərəkat tamamilə aradan gedir, Napoleon kimi müstəbid və zülmkar bir imperialist iş başına gəlir, adətən də, belə olur. İslam Respublikasında bəziləri bunun belə olacağını gözləyirdilər, amma hərəm müdafiəçilərinin olması göstərdi ki, 40 ildən sonra bu maraq hələ də mövcuddur.

Özlərini evlərindən, ailələrindən ayırıb gedən bu gənclərin hekayəsi, həqiqətən, insanı tərpədir. Həqiqətən, insanı tərpədir! Bir gənc özünü cavanlıqda olan fürsətlərlə, cavanlıq həyatı sürə biləcək imkanlarla rahatlıqdan, sevgidən, maddi imkanlardan istifadə etməkdən, təhsil inkişafından və bu kimi şeylərdən ayırır, bir ideyanı, hərəkəti, inqilabı və hərəkatı müdafiə etməyə gedir! Bu çox mühüm bir şeydir. Onlar nə İmam Xomeynini gördülər, nə də müqəddəs döyüş və Müdafiə illərini, amma insan müşahidə edir ki, həminki kimi (inqilabın əvvəlində olduğu kimi, eyni maraqla, bəzən əvvəlkilərdən daha yaxşı, daha bəsirətli şəkildə gedib döyüşürlər, canlarını göz önünə alıb gedib vuruşurlar, kimisi şəhid olur, kimisi də şəhid olmur. Bu, inqilabın belə qəribə gücə malik olduğunu göstərir. Bu çox mühümdür. Təbii ki, 22 Bəhmən (11 fevral) yürüşləri və dünyanın heç bir yerində görülməmiş (bu yaxınlarda keçirilən dəfn mərasimi, şəhid Süleymaninin dəfn mərasimi və bənzəri dünyanın heç bir yerində görülməmiş) bu möhtəşəm dəfn mərasimləri kimi mərasimləri görmüşdük. Amma bunlardan daha üstün olanı hərəm müdafiəçilərinin döyüş meydanlarında olmasıdır.

Hətta maddi təhlillərə mübtəla olan və ondan əl çəkməyən kəslər üçün hər nə etsəniz, hər arqument gətirsəniz də, o arqumentləri zehinlərinə yerləşdirməyə və bu dəlillərlə qane olmağa hazır deyillər.

Hər batin ki xəyal fikirləşən oldud

Dəlil gətirsən, daha da xəyalı çoxalar

Gözləri Qərbə və Qərbin yanlış fikri təməl prinsiplərinə dikilib. Bu maddi fikrin əleyhinə qiyam edən inqilabın tədricən zəifləməsini gözləyirdilər. Bəziləri də əvvəl inqilabi idilər, daha sonra bir müxalifə, bu fikrə qarşı olan biri və ya ən azından bu inqilabi təfəkkürə nisbət fərqli düşüncəyə sahib birinə çevrildilər. Onlar deyirdilər ki, Müqəddəs Müdafiədə iştirak edənlər əgər indiyə qədər qalsaydılar, bizim kimi olardılar. Özləri ilə müqayisə edirdilər. Lakin bu cavanlar göstərdilər ki, xeyr, bu (düşüncə) yanlışdır və belə deyildir. Bu müdafiəyə gedən cavanlarda səfa, şücaət, isar, ixlas, İslami və inqilabi prinsiplərə dərindən etiqad, həqiqətən, heyrətamiz idi, misilsiz bir hadisədir və insan təəccüb edir. Allahın lütfündən, İlahi hidayət və məsum İmamların yol göstərmələrindən başqa, bunlara səbəb heç bir şey ola bilməz. Hələ bunların böyükləri şəhid Süleymani, Şəhid Həmədani və bu yolda şəhid olan digər böyük şəxsiyyətlər öz yerində.

Beləliklə də, mən nəticə alıram ki, hərəm müdafiəçiləri və onların ailələri İslami olan İranın iftixar və başıucalığına səbəbdirlər. Onlar İslam inqilabının nicat və müvəffəqiyyət səbəbidirlər və İslam Respublikası, mütləq, bu əzizlərə, şəhidlərə, onların ailələri və hərəm müdafiəçilərinə borcludur. Allah-təala, inşallah, dərəcələrini ali, ruhlarını Peyğəmbərlə məşhur və onları bizlərdən razı etsin və bizləri də onlara qovuşdursun.

Allahın salam, rəhmət və bərəkəti sizə olsun.