Xoş gəldiniz əziz qardaş və bacılar! Qəhrəman bəsici gənclər! Sizin yüksək bəsici ruhiyyəniz bizim bu hüseyniyyəmizi nurlandırdı. Allaha həmd olsun ki, sizlər bu nura sahibsiniz. Bəsic həftəsi sizin hamınıza, o cümlədən bütün İran xalqına mübarək olsun.
بسم الله الرّحمن الرّحیم
و الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد
و آله الطّاهرین سیّما بقیّة اللّه فی الارضین ارواحنا فداه.
Xoş gəldiniz əziz qardaş və bacılar! Qəhrəman bəsici gənclər! Sizin yüksək bəsici ruhiyyəniz bizim bu hüseyniyyəmizi nurlandırdı. Allaha həmd olsun ki, sizlər bu nura sahibsiniz. Bəsic həftəsi sizin hamınıza, o cümlədən bütün İran xalqına mübarək olsun.
Bəsic, möhrətəm İmamımızın mübarək təşəbbüslərindən biri idi. Təbii ki, onun insanların həyatında, habelə ölkə tarixində nəhəng hərəkatlar yaradan böyük təşəbbüsləri bir-iki deyil. Ancaq bu təşəbbüslərin ən mühüm və ən böyüyü onun elan etdiyi Bəsic təşkilatının yaranması idi. 1979-cu ilin noyabr ayının əvvəlində etdiyi məşhur nitqində ölkənin 20 milyonluq ordusunun[1] formalaşdırılmasının zəruri olmasını elan etdi və İmamın bu əmrindən sonra Bəsic təşkilatı quruldu.
Bəsicin və bu böyük təşəbbüsün bərəkəti o qədər böyük idi ki, 1988-ci ilin dekabrında, yəni doqquz ildən sonra İmam, bəsici mədh edən bəlağətli və əzəmətli çıxışını etdi.[2]
Bu doqquz ildə ölkədə Bəsicin əli ilə hansı hadisələr baş verdi ki, İmamı bu qədər təsir altına salaraq, bəsic barəsində heyrətamiz ifadələrdən istifadə etməyinə səbəb olmuşdur?
İndi möhtərəm İmamın həmin çıxışında bəyan etdiyi bir neçə əzəmətli və iftixar dolu cümlələri deyəcəyəm ki, əziz İmamımızın bu çıxışında Bəsiclə necə də öz övladlarını sevən ata kimi danışdığını xatırlayasınız.
Bu sözləri sizlər üçün oxuyuram: “Bəsic, eşq, (insanların əməllərinə) şahid olan imamların və adsız şəhidlərin məktəbidir ki, onun uca minarələrindən şəhidlik və şücaət azanı ucalmaqdadır”.
Necə gözəl cümlələr və necə də əzəmətli təbirlər! "Bəsic, çiçəkləri bahar qoxusu, əminlik və yəqin dolu təravət və eşq kəlmələri bəxş edən bərəkətli bir ağacdır."
Təbii ki, mən bu ifadələri bir-birinin ardınca oxumuram. Gedin, özünüz diqqət yetirin. Çünki bu sözlər sizə ünvanlanıb. Sonra belə deyir: “Mən fəxr edirəm ki, bəsiciyəm”. Dünyanı lərzəyə gətirən, tarixi silkələyən İmam, o əzəməti ilə görün necə buyurur: “Mən fəxr edirəm ki, bəsiciyəm”. Sonra belə deyir: “Hər birinizin əllərindən öpürəm”.
Bunlar, həqiqətən, unudulmaz kəlamlardır.
Bu gün bu kəlamların xitab ünvanı siz bəsicilərsiniz. İmam təkcə 80-ci illərin bəsicilərini deyil, bütün bəsiciləri qeyd etdi. Siz və sizdən sonrakı və ümumiyyətlə, gələcək dövrlərə qədər bütün bəsicilər İmamın- mən sizin əllərinizdən öpürəm-deyə buyurduğu sözün xitab ünvanı sayılırsınız.
İmam 1988-ci ildə həmin çıxışında universitet və mədrəsə tələbələri üçün də bəsicin olmasını zəruri elan edir. Bu bəyanatın özünəxas mənası vardır. Universitet və mədrəsə tələbələrindən onların da Bəsic olmalarını tələb edir.
Bunun mənası budur ki, Bəsic sadəcə hərbi meydana aid deyil, əksinə, bütün meydanlarda, o cümlədən həm dini, həm də dünyəvi elm meydanlarında hazır olmalıdır. Diqqət edin, bu, çox mühüm bir məsələdir. Möhtərəm İmam bu bəyanatı ilə həqiqətdə bir təhdidi fürsətə çevirdi. Bəs, o təhdid nə idi?
İmam 1979-cu ilin noyabr ayının 25-də bu ümumi elanı verdi və əslində, bu elan ilə Bəsicin yaradılmasını əmr etdi. Bu isə casus yuvasının ələ keçirilməsindən təxminən iyirmi gün sonraya təsadüf edir.
Casus yuvası noyabr ayının 4-də ələ keçirildi. İmamın bu ilk bəyanatı isə noyabr ayının 25-də verildi.
Noyabr ayının 4-də casus yuvasının İmamın xətti ilə gedən tələbələr tərəfindən ələ keçirilməsindən və oradan sənədlərin götürülməsindən sonra Amerika tərəfi çox qəzəblənərək şifahi və əməli surətdə təhdid etməyə başladı.
Onların əməli təhdidi gəmilərini tədricən Fars körfəzinə gətirmələri idi. Bunlar artıq təhdid hasab olunurdu.
İmam, adətən, Amerika qaşlarını çatan kimi təsirlənərək qorxmağa başlayan ölkə başçılarından fərqli olaraq, xalqı könüllü və kütləvi şəkildə meydana gətirdi. İmam bununla da təhdidi fürsətə çevirmiş oldu. Bu, döyüş meydanının yalnız rəsmi təşkilatlarla məhdudlaşmamasına və millətin də meydana daxil olmasına səbəb oldu. Bu isə təhdidin fürsətə çevrilməsidir. Bu, hədə-qorxuları fürsətə çevirən imamın fövqəladə məharəti və Allahın İmama bəxş etdiyi lütflərdən biri idi.
Burada qeyd etdiyim olduqca mühüm bir məsələ budur ki, Bəsic qüvvələri hərbi sahədə günəştək parıldamasına, eləcə də döyüş meydanında fəaliyyətinin odluqca əzəmətli olmasına baxmayaraq, sadəcə hərbi bir təşkilat deyil və bu da köklü bir məsələdir. İmam bu açıqlamanı verəndə müharibə hələ başlamamışdı. Sonralar, 1980-ci ildə müharibə başlayanda Bəsicin döyüş meydanında olması çox faydalı oldu və bir çox düyünlərin də açılmasına səbəb oldu. Sözün əsl mənasında ordu və SEPAH kimi rəsmi hərbi təşkilatların çox mühüm dəstəkçisi idi. Yəni Bəsicin məqamı bu qeyd olunanlardan da üstün idi. Bəsic nədir? Bəsic bir mədəniyyət, diskurs və təfəkkürdür.
Bu təfəkkür nədən ibarətdir? Bu mədəniyyət nədir? Bu mədəniyyət cəmiyyətə və ölkəyə təvazökarcasına, riyakarlıq etmədən və gözlənilməz anda xidmət göstərməkdir. Bu, çox vacib bir işdir. Bəsic, yəni heç kimdən gözləntisi olmadan xidmət göstərmək, oturub-durub kiminsə bərəkallah deməsinin intizarında olmamaq, hətta bir çox hallarda ona büdcə ayrılmadan və bunların heç biri olmadan (bir halda ki, bu deyilən imkanlar hər bir fəaliyyət üçün zəruridir) müxtəlif sahələrdə xidmət göstərməkdir. Bəsic fədakarcasına xidmət göstərir və bu yolda hər növ təhlükəni gözə alır. Bu, Bəsic mədəniyyətidir. Bəsic mədəniyyəti nə deməkdir? Su basmış ailələrin otaqlarını palçıqdan təmizləmək üçün dizinə qədər palçığa batmaq deməkdir. Korona xəstələrini xilas etmək və onları ölüm təhlükəsindən uzaqlaşdırmaq üçün özünü koronovirusa yoluxma və ölüm təhlükəsi qarşısında qoymaq deməkdir.
Bəsic mədəniyyəti mömincəsinə olan xidmət və yardımdan yorulmamaq deməkdir[3]. Bizim gəldiyimiz bu sərgidə də bunu əyani şəkildə bizə göstərdilər. Əlbəttə, mömincəsinə olan kömək və bu istiqamətdə olan işlər elan olunan zaman, (ölkənin müxtəlif məntəqələrinə gedərək hər sahədə ehtiyaclı insanlara) fədakarcasına xidmət göstərən özükönüllü dəstələrin necə yardım etdiklərindən kamil surətdə xəbərim vardır. Bəsic bu deməkdir. Bəsic mədəniyyəti də budur.
Onlar kiminsə bərəkallah yaxud afərin deməsinin intizarında deyildilər. Əksinə, onlar bəzi hallarda çox maraqlı və yeni üsullarla bu mömincəsinə olan yardımı bacardıqları qədər bütün ölkə boyu yaydılar. Bəsicin gördüyü işlər elm və tədqiqat mühiti və laboratoriyalarda olduqca faydalı idi. Elm və tədqiqat əhli olan gənclər Bəsic ruhiyyəsinə malik idilər. Laboratoriyalarda, habelə müxtəlif zamanlarda həm korona, həm də qeyri-korona müddətində fəal idilər. Onlara nüvə şəhidlərimizi misal göstərmək olar. Onlar, Bəsic idilər və indi də belə olaraq qalırlar. Onlardan biri də mərhum Kazimi[4] və onun kimi şəxsiyyətlər və onların başladıqları bu geniş cərəyan və digər elmi-tədqiqat işləridir. Bəsici mədəniyyəti bunlardır. Bəsic mədəniyyəti, yəni düşmənlə mübarizə və döyüş meydanına tərəddüdsüz, qorxmadan daxil olmaq və düşmənə fürsət verməməkdir. Həmçinin hər bir siyasi, hərbi və elmi meydana girib bütün gücünü sərf etmək deməkdir. Bu, Bəsic mədəniyyətidir. Bəsici olmaq adsız, gösləntisi olmayan, təhlükəni gözə alan, qorxmayan, başqaları üçün özündən keçən, xalqa və ölkəyə xidmət ruhiyyəsi olan mücahidlər mədəniyətidir. Necə ki, İmam Xomeyni öz bəyanatında buna işarə etmişdir. Hətta bu mədəniyyətdə məzlumlara nicat verməkdən ötrü məzlum olmaq da var. Gördünüz ki, bu son hadisələrdə məzlum bəsicilər özlərinin məzlum olmaq bahasına olsa da, millətin bir ovuc fitnə-fəsad törədən qafil, cahil və ya muzdlular tərəfindən zülmə məruz qalmasına imkan vermədilər. Özlərinə ümidsizlik üz verməsinə imkan vermirlər. Bu, bəsici mədəniyyətinin mühüm hissələrindən biridir. Bəsic üçün ümidsizliyin heç bir mənası yoxdur.
Bunlar, bəsic və bəsicilər haqqında qısa məlumat idi.
Əlbəttə, bu barədə danışmaq istəsək, bir-birinin ardınca dərin məna və mahiyyətli ifadələr işlətmək çox uzun çəkər. Dediklərimiz isə sadəcə bunun xülasəsi idi. Bəsic təkcə 1980, 2000 və ya 2010-cu illərə məxsus deyil.
Siz 1990-2000-ci illərdənsiniz. Sizlər yeniyetməsiniz. Nə İmamı, nə inqilabı, nə də müqəddəs müdafiə dövrünü gördünüz, amma həmin döyüş meydanında gənclərin sahib olduğu ruhiyyə sizdə də vardır. O ruhiyyə 1980, 2000 və 2010-ci illərə xas deyil.
İndiki nəslin artıq keçmişdəkilər kimi olmadığını ifadə edən və buna bənzər sözlər, əslində, (qərbmeyilli) ziyalıların öz aralarında danışdıqları bihudə sözlərdir. Çünki həqiqət bundan fərqlidir. İndiki Bəsic, həmin 80-ci illərdəki Bəsic kimidir.
Digər mühüm bir məsələ budur ki, bu günün özündə belə ölkənin Bəsic yetişdirmək və Bəsicdə yeni-yeni metodlar yaratmaq potensialı vardır. Bəsic isə ölkəni addım-addım irəli aparmaq gücünə malikdir. Yəni həm ölkənin bəsic yetiştirməyə potensialı vardır, həm də bəsicilərin və bəsici təşkilatlarının da belə potensialı vardır. İndi deyəcəm, bizim həm rəsmi, həm də qeyri-rəsmi bəsicilərimiz vardır. Ölkəmizdə mövcud olan Bəsic bu ölkəni inkişaf etdirməyə və irəliyə aparmağa hazırdır. Biz deyirdik ki, ölkənin belə bir potensialı var və bu potensial yeni formalaşmayıb, əksinə, çoxdan var idi. Ancaq bu potensial həmişə sıxışdırılırdı və istifadə olunmurdu. Meydana girmək, qorxmamaq, düşmənlə üz-üzə dayanmaq kimi qeyd etdiyimiz eyni xüsusiyyətlərə malik bəsic yetişdirmək ruhiyyəsi həm tağut rejimlər dövründə, həm də keçmişdə var idi. Ancaq ölkəmizə hakim olan yad ünsürlər bu potensialın üzə çıxmasına imkan vermir və onu yatırdırdılar. Yaxud da hökümətlərin özləri zalım idi.
Mən bunların nümunələrini özüm üçün qeyd etmişəm. Məsələn: xaricilərin ölkəmizə müdaxilə etdiyi dönəmlərdə, yəni bizim müasir tariximizdə, bir mənada bəsici sayılan Təbrizdə Şeyx Məhəmməd Xiyabani qiyam edir, hərəkət edir və sonda da şəhid olur. Məşhəddə olan Məhəmməd Təqi Xan Pəsian da, həmçinin belə idi. Təəssüf ki, siz onların bir çoxunun tərcümeyi-hallarını bilmirsiniz. Çox kitab oxumalı, onların tərcümeyi-hallarını dərk etməli və bilməlisiniz. Rəştdə Mirzə Kuçək Xan Cəngəli, İsfahanda Ağa Nəcəfi və Hacı Ağa Nurullah, Şirazda Ağa Seyyid Əbdülhüseyn Lari və bəzi digər böyük alimlər, habelə Şeyx Cəfər Məhəllati və barəsində film çəkilib yayımlanan Buşəhrli Rəis Əli Delvari də mənim yadıma düşən və özüm üçün qeyd etdiyim nümunələrdəndir. Bunlardan bir-ikisi istisna olmaqla, əksəriyyətinin qiyamı yatırıldı. Ya yatırıldı, ya onlara kömək olunmadı və yaxud da hökumətlər onlara maneə yaratdılar. Bu bəsici ruhiyyəsi həmişə var olubdur. Əvvəla, inqilab zamanı inqilab tərəfindən verilən ümid sayəsində bu qabiliyyət artmağa başladı. Yəni öz dediklərinə əsasən xalqın 2500 illik bir rejim üzərində olan qələbəsi bu xalqın anti-istismarçı və anti-avtoritar ruhiyyəsini gücləndirdi və xalqda (hər sahədə) özükönüllü (meydanda olmaq) qabiliyyətini yüksəltməyə başladı. Sonra isə ölkəmizin başında duran möhtərəm İmam Xomeyni kimi biri Bəsicə can verdi. Buna görə də, bu potensial canlanaraq aktiv hala gəldi.
Qeyd etdiyim kimi Bəsic ölkəmizin müqəddəs müdafiəsi dövründə fəal iştirak etdi. Təbii ki, o zaman biz özümüz də o əzəmətli meydanın bəzi guşələrinə müşahidə edib görmüşdük. Ancaq bu kitab və tərcümeyi-hallarda olanlar bizim gördüklərimizdən yüzlərlə, bəlkə də min dəfələrlə çoxdur. Bu kitablarda yazılan şəhidlərin, eləcə də döyüş meydanlarının böyük şəxsiyyətlərinin tərcümeyi-halları haqqında heyrətamiz şeylər vardır. İndi o böyük şəxsiyyətlər siravi və ad-sansız olmaqlarına baxmayaraq, həmçinin heç bir yerdə komandir olmadıqları bir halda böyük və əzəmətli idilər. Bu, həqiqətən, insanı heyrətə gətirir. Bu, döyüş meydanına aid məsələlərdir. Ancaq elm meydanında olan nüvə alimləri, Ruyan (tədqiqat mərkəzindəki) alimlər, digər elm və tədqiqat mərkəzləri və müxtəlif digər mərkəzlərini də buna misal göstərmək olar.
Allaha şükürlər olsun ki, bizim bu gün milyonlarla həm rəsmi, həm də qeyri-rəsmi bəsicimiz var. Məscidlərdə, universitet, dərnək, məktəb və digər yerlərdə eyni bəsic fəaliyyətini göstərən gənclər Bəsic təşkilatlarında rəsmi qeydiyyatdan keçməsələr də, əslində, Bəsic hesab olunurlar. Bu Bəsic ölkəmizlə yanaşı, bütün İslam dünyasında da mövcuddur. Bizim İslam dünyasında milyonlarla bəsicilərimiz vardır. Nə onlar bizim dilimizi, nə də biz onların dilini başa düşürük. Ancaq qəlblərimizin dili birdir. Onların müxtəlif ölkələrdə tutduqları mövqe, elə bizim mövqeyimizdir. Bunlar da Bəsicin bərəkətlərindəndir.
Bu, İmam Xomeyninin bizlərə qoyub getdiyi yadigarıdır və bu yadigar bu gün var, Allahın izni ilə, sabah da olacaq və ölkəmiz də həmişə onun bəhrəsini görəcəkdir. İmam Xomeyninin Bəsic haqqında dediyi sözlərdən biri də bu idi ki, o, Bəsici “pak ağac” adlandırırdı.[5] Bu, Allah-təalanın Quranda buyurduğu həmin pak ağacdır.
کَیفَ ضَرَبَ اللَّهُ مَثَلاً کَلِمَةً طَیِّبَةً کَشَجَرَةٍ طَیِّبَةٍ اَصلُها ثابِتٌ وَ فَرعُها فِی السَّماء تُؤتی اُکُلَها کُلَّ حینٍ بِاِذنِ رَبِّها
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan pak bir ağac (xurma ağacı) kimidir.[6]
Pak ağacın xüsusiyyəti budur ki, hər fəsildə öz nəticəsi olaraq şirin meyvələrini verir. Bəsicin ölkəni inkişaf etdirməyə qabiliyyətinin olduğunu da demişdik. İndi bu səmərələrdən bir neçəsini qeyd edirəm.
Əvvəla, Bəsicin bütün dövrlərdə olması inqilabın canlı qalmasının göstəricisidir. “İnqilab” sözü və adından qorxub narahat olanlar bu sözün işlədilməsini xoşlamır və inqilabdan bezar olduqlarını bildirirlər. Ancaq Bəsicin varlığı inqilabın canlı və yaradıcı olduğunu göstərir və bu da Bəsicin var olmasının bəhrələrindən biridir.
İkincisi, az öncə qeyd etdiyimiz ruhiyyə məsələsidir. Heç bir gözlənti, ad-san arxasınca olmadan və riyakarlıq etmədən könüllü şəkildə olan (Bəsicin) xidmətlərindəki ruhiyyə ölkənin inkişafında sıçrayış yaradır. Özünü ona-buna göstərməyin, alıqşlanmaq üçün göstərilən fəaliyyətin heç bir bərəkəti olmaz. Qarşlıqsız iş görməyin özü ölkəni irəliyə aparacaqdır. Bu da Bəsicin bərəkət və bəhrələrindən biridir.
Üçüncüsü, bəsici, etdiyi hər bir fəaliyyətdə mənəviyyat ünsürünü ön plana çəkir. Bu mənəviyyət olduqca mühüm bir məsələdir. Ruyan mərkəzinin tanınmış alimi elmi bir nailiyyət əldə etdikdə şükür səcdəsi edir. Rəhmətlik Kazimi o alimin qarşısında bunu mənə dedi və hər ikisi də ağlayıb, göz yaşı tökdülər. Görkəmli nüvə aliminin tələbəsi deyir ki, qarşımıza elmi bir məsələ çıxdı və gecənin axır saatlarına qədər Şəhid Beheşti Universitetində bu məsələ üzərində işlədik. Sonda mənə dedik ki, qalx gedək! Qalxdıq, iş otağından çıxdıq və bizi namazxanaya apardı. Namazxanaya girdikdən sonra namaz qılmağa və dua etməyə başladı. Sonra birdən dedi ki, başa düşdüm, problem həll oldu. Ayağa qalxıb yenə iş otağınaın getdi. Baxın, elmi mühit və nüvə məsələlərində səcdə, namaz, dua-bunların hamısı bir-biriləri ilə sıx əlaqəlidirlər. Bəsicinin varlığı müxtəlif sektorlarda özü ilə mənəviyyat gətirir. Bu çox vacib bir məsələdir.
Dördüncüsü, bəsici əməl əhli olduğuna görə, əmələ üstünlük verməklə yanaşı, ideal ardınca olan biridir. O, sadəcə danışmaqla kifayətlənmir, hərəkət də edir. Amma o, əməlin yanında idealizmi unutmur, ideallara doğru da hərəkət edir. İdealları unutmaq böyük təhlükədir. Bu da Bəsicin bərəkətlərindən biridir. Əgər mən bu pak ağacın bəhrələrini saymaq istəsəm, yenə də saydıqlarımdan daha çoxdur. İndi mən onlardan sadəcə üç-dördünü qeyd etdim və bu bərəkətlərin hamısı Bəsicdə mövcuddur.
İndi biz, Bəsici, möhtərəm İmam Xomeyninin kəlamları əsasında vəsf etdik və onlar üçün müxtəlif misallar gətirdik və bütün bu vəsflərin sizə aid olmasının şərti öz bəsici ruhiyyənizi qoruyub saxlamağınızdan aslıdır. Gəlin adla qürurlanmayaq. Biz ruhanilər öz ruhani ruhiyyəmizi qoruyub saxlasaq, vücudumuz bərəkətli olar. Ancaq ruhani ruhiyyəmizdən çıxsaq, bərəkət də aradan gedəcəkdir. İmam Xomeyni idarələrdə işləyən ruhanilərə dəfələrlə ruhani ruhiyyələrini qoruyub saxlamaqları barəsində xəbərdarlıq edirdi.[7] Bəsic də belədir. Siz də bəsici ruhiyyənizi qoruyun. Əlbəttə, nə qədər bacarırsınız, hövsələniz və ruhi hazırlığınız var Quran tilavətinə, müstəhəb əməllərə diqqət yetirin. Şəhidlərin tərcümeyi-halını mütaliə edin. Gedin şəhid bəsicilərin tərcümeyi-halı haqqında bacardığınız qədər oxuyun. Onlar haqqında çoxlu sayda kitab çap olunubdur. Nə qədər bacarırsınız, mütaliə edin. Bunlar, Bəsic barəsində deyilən sözlərdir.
Mən burada Bəsicin məqamı barəsində başqa bir məsələni də bəyan etmək istəyirəm. Mən təkid edirəm ki, bəsici Bəsic olmağın qədrini bilib, onun məqamını tanısın. Bəsicin var olma fəlsəfəsini bilsin. Mən bu sahədə qısa bir söhbət etmək istəyirəm. Bəsic nə iş görür? Siz kiminlə qarşı-qarşıyasınız? Küçədə üç-dörd iğtişaşçı ilə qarşı-qarşıyasınız? Bəsic yalnız bunun üçündürmü? İslam dünyasının siyasi coğrafiyasında Bəsic olduqca önəmli yer tutur. Mən bir az bu barədə izah verməliyəm. Təbii ki, təfəkkür əhli, nəzər sahibləri və siz gənclər təkcə indi yox, həmişə oxumaq, müzakirə etmək, danışmaq və düşünməklə bu məsələ üzərində fikirləşməli, diqqət yetirməli və bu məsəlləri izləməlisiniz.
Qərb müstəmləkəçi cəbhəsinin bizim bu (strateji cəhətdən) xüsusi olan bölgəmizə, yəni Qərbi Asiya üçün planları vardır. Onlar özləri bu bölgəni "Yaxın Şərq" adlandırırlar. İki dünya müharibəsindən sonra Qərb müstəmləkəçiləri, yəni əvvəl Avropa, sonra isə Amerika bu bölgəyə xüsusi diqqət ayırdılar. Niyə? Çünki bu bölgə mühüm bölgədir. Qərb dünyasının sənaye çarxlarının hərəkətində ən mühüm amil neftdir, onların sənayesi neft amilindən asılıdır və dünyanın əsas neft mərkəzi də buradadır. Qərbi Asiya regionu Şərqlə Qərbi, yəni Asiya ilə Avropa və Afrikanı birləşdirən bir bölgədir. Bu bölgə strateji cəhətdən olduqca mühüm bölgədir. Odur ki, müstəmləkəyə məruz qalmış ölkələri talamaqla var-dövlət əldə edən, elmi cəhətdən irəliləmiş və təkmilləşmiş silahlara malik olan Qərb müstəmləkəçiləri Qərbi Asiya bölgəsinə xüsusi diqqət yetirdilər. Məhz həmin diqqətə görə bu bölgədə qəsbkar Sionist rejimini yaratdılar. Bu qəsbkar rejimi bu bölgədə Qərbin, yəni əvvəlcə Avropanın, sonra isə Amerikanın bazası kimi yerləşdiriblər ki, regionda hökmranlıq, ölkələr arasında müharibə alovu şölələndirmək, müharibə yaratmaq, zorakılıq tətbiq edib, talan etmək kimi hər istədiklərini həyata keçirə bilsinlər. Deməli, onların bu bölgəyə xüsusi diqqətləri var idi.
Qərbi Asiyanın bu bölgəsində ən mühüm olan bir yer vardır ki, o da İrandır. İran bu bölgədəki bütün ölkələrdən və məntəqələrdən daha mühümdür. Çünki onun sərvəti -nefti, qazı, təbii mədənləri bütün ölkələrdən daha çoxdur və İranın olduğu nöqtə yol ayrıcı və koridor olduğu üçün ən həssas nöqtə sayılır. Şərq və Qərb kəsişmələri, Şimal və Cənub yol ayrıcları burada yerləşir. Qədim dövrlərdən bəri bu bölgənin mühüm kəsişmə nöqtəsinin İran olduğu deyilir. Onlar, İrana qarşı çox həssas olduqları üçün İranı diqqət mərkəzində saxladılar. Əvvəl ingilislər gəldilər, bacardıqları qədər nüfuz etdilər, təşkilat yaratdılar, müxtəlif təbəqələrdən özlərinə tərəfdar və muzdlular topladılar, daha sonra isə amerikalılar gəldilər. Günümüzdə də ingilislərin İranda muzdlu və tərəfdar toplamasının özünəməxsus dastanı var! Bu məsələlərin o qədər mühüm xırdalıqları var ki, təəssüf ki, bunlar barəsində az söhbət edilib və az yazılıbdır. Ancaq bunlar baş verib və biz bunları müşahidə etmişik. Biz bunların bəzilərinə yaxından şahid olmuşuq. Amerikalılar da ilk dəfə Trumenin[8] prezidentliyi dövründə kömək adıyla gəldilər. Trumenin dörd əsas prinsipi “kömək” idi. Əvvəlcə bu ad altında gəldilər və yavaş-yavaş öz yerlərini bərkitdilər və daha sonra isə başqalarını kənarlaşdırdılar, yaxud zəiflətdilər və nəhayət, özləri İrana hakim oldular. Hər şey onların əlində idi. Pəhləvi dövrünün siyasi xadimlərinin həmin dövrdən qalan xatirələrərinə nəzər salsanız, görərsiniz ki, hətta amerikalıların nökəri olan, onlara işləyən Məhəmmədrza Pəhləvinin də onlardan şikayətləri var idi. Ancaq dilə gətirməyə cürət etmirdi. Əsədullah Ələm və yaxınları ilə xüsusi görüşdə bu şikayətləri dilə gətirirdi. Yəni amerikalılar o qədər zorakılıq edib, bac-xərac istəyərək hədlərini aşmışdılar ki, hətta Məhəmmədrza kimi birisi onalardan gileylənirdi. Onların İran üzərində belə bir nəzarəti var idi.
İrandakı İslam inqilabı qəfildən onların bütün arzularını alt-üst etdi. İslam İnqilabı onların bu müstəmləkə siyasətinə ölümcül zərbə vurdu, beləliklə də çaş-baş qaldılar. İnqilabın qələbəsindən bir neçə ay əvvəl ABŞ prezidenti[9] İrana gələn zaman buranın təhlükəsiz bir ada olduğunu dedi. Bir neçə ay sonra bu təhlükəsiz adada inqilab oldu. İnqilab onların qarşısında qəflətən elə zahir oldu ki, onlar qorxu, tərəddüd və təəccüblə bir küncə sıxışdılar. Belə bir vəziyyəti inqilab qarşıya çıxartdı. İnqilab güclü bir sədd olmaqla onları ölkədən qovdu. Onların bəzi əlaltıları qaçdılar, bəziləri qovuldular və bəziləri də edam olundular. Beləliklə də, inqilab məntəqədə Amerika və ümumiyyətlə, bütün Qərbin qarşısında bir sədd oldu.
Bəli, yeni bir kimlik formalaşdı. Yəni ölkə İngiltərədən və Amerikadan asılılıq kimliyini müstəqillik, güc, öz ayağı üstə durmaq, qüdrətli danışmaq, bac verməmək kimliyinə dəyişdi. Əsas da bac verməmək idi. İnqilab elə bir sədd yaratdı ki, bunun təbii olaraq İranla xülasələşmədiyini o zamanlar da demişdik. Çünki onlar, həmişə kənarda “İran bu inqilabı başqa ölkələrdə də tətbiq etmək istəyir” təbliğatını aparırdılar və mən də bir dəfə cümə namazında[10] demişdim ki, bizim, inqilabı digər ölkələrə sirayət etdirmək məsələmiz başqa inqilabların digər ölkələrə sirayətinə bənzəmir. Bizim inqilabımız gül qoxusu və bahar havası kimidir, heç kim onun qarşısını ala bilməz. O hər tərəfə yayılacaqdır. Əgər sizin gül-çiçəklə dolu bir bağınız olsa, qonşular və ətrafdakılar onun qoxusundan istifadə edəcəkdir və heç kim buna mane ola bilməz. Bu məsələ baş verdi və başqa ölkələrın xalqlarının da oyanışına səbəb oldu. Biz hər hansı bir ölkədə çevriliş edib, onun hakimiyyətini dəyişmək fikrində deyildik. Xeyr, biz heç bunun ardınca deyildik. Ancaq inqilabımız təbii olaraq qonşu xalqların, bölgə xalqlarının qəlbini dəyişdi, onlara təsir etdi. Təbii ki, bu, İranın xüsusiyyətidir və milli hərəkatda da (neftin ingilislərin əlindən çıxaraq milli hökumətin əlinə keçməsi) belə idi. Musəddiqin zamanındakı milli hərəkat, neft və buna bənzər məsələlər müzakirə ediləndə, Müsəddiq devirildi. Ancaq eyni zamanda hamı deyirdi ki, Misirdə Nasirin[11] qiyamı, İraq çevrilişinin başçılarının İraqdakı qiyamı İrandakı hərəkatdan ilhamlanaraq həyata keçmişdir. İnqilabın, hətta o zaman da təsiri var idi. İndi milli hərəkat hara, İslam inqilabı hara!
Ona görə də bu barədə çarə axtarırdılar. Axı nə etsinlər? Dünənə qədər İrana və bu bölgəyə nəzarət edən, indi isə demək olar ki, hər şeyini itirmiş və ya itirməkdə olan qərblilər nə etməlidirlər? İnqilab hökumətini devirməli, məhv etməlidirlər. Yolu təkcə bu idi və başqa çarələri də yox idi. Baxırlar, görürlər, amma əllərindən bir şey gəlmir. Mənim dediyim bu şey qırx il əvvələ aiddir, bu günün məsələsi deyil. O gün inqilab hələ balaca bir fidan idi və hələ indiki qədər iri gövdəli nəhəng bir ağaca çevirilməmişdi. Amma onlar, hətta bu fidandan belə qorxurdular və əllərindən də bir şey gələ bilməyəcəklərini bilirdilər. Çünki İran milləti və inqilabi qüvvələr meydanda idilər və yaxşı bilirdilər ki, bunların müqabilində bir şey edə bilməzlər. Sonra isə İranı səkkiz il davam edən müharibəyə girməyə məcbur etdilər. Bu müharibədə bütün dünya Səddamla əməkdaşlıq etsə də, Səddam məğlub oldu. Bu müharibədən sonra daha çox başa düşdülər ki, İranla üz-üzə dayanmaq mümkün deyildir və əgər üz-üzə gəlsələr onlar üçün çox çətin olar. İslam inqilabının genişlənməsini, region ölkələrində inqilabın strateji dərinliyini görürdülər. Onlar bu fikrə düşdülər ki, İrana hücum etmədən (hərbi hücum və ya İslam hökumətini məhv edəcək hər hansı bir hücumdan) öncə İranla strateji cəhətdən dərin əlaqəsi olan və hər hansı bir şəkildə İslam Respublikası ilə münasibəti olan ölkələrin sorağına getsinlər. İlk öncə onları iflic edib, ələ keçirməli idilər. Bu planı amerikalılar özləri ifşa etdilər. Mənim bu dediklərim təhlil deyil. Bu, amerikalıların planıdır. Bu planı əsrimizin ilk illərində, 2006-cı il və ondan sonrakı illərdə amerikalıların özləri, tanınmış Amerika xadimləri, Amerikanın görkəmli siyasi xadimləri ifşa etdilər.
Dedilər ki, İrandan əvvəl altı ölkə var ki, biz bu altı ölkənin hökumətlərini devirməli, onlara nəzarəti ələ keçirməliyik. Bu altı ölkə süqut etsə, İran zəifləyəcəkdir. O zaman İrana hücum edə bilərik. Bu altı ölkə hansılardır? Bu ölkələrin hər birini müəyyən bir dəlil əsasında yıxmaq istəyirdilər. Bu ölkələrdən biri İraq idi. Çünki Səddam həmin müharibədən sonra Küveytə hücum etmək qərarına gəldikdə İranla dostluq əlaqələri qurmaq istədi. Əsirlərimizi azad etdi. O vaxtkı prezidentə, yəni mənə məktub ünvanladı və yanıma nümayəndə göndərdi. Beləliklə, Səddam onlar üçün təhlükəyə çevrildi. O günə qədər dəstəklədikləri Səddam onlar üçün arzuolunmaz şəxsə çevrildi. Bu da İraq!
İkincisi, Suriya! Çünki Suriya Hafiz Əsəd[12] zamanında müharibə başlayarkən bizim yanımızda idi. Suriya bizə kömək etmək üçün İraqın Aralıq dənizinə gedən neft yolunu bağladı və bundan sonra hər cür köməklik göstərdilər. Prezidentlik dövründə ilk xarici səfərim Suriya idi. Yəni Suriya ilə münasibətlərimiz o qədər sıx idi. Buna görə də, Suriya hökuməti devrilməli idi. Üçüncüsü, Livan! Niyə Livan? Çünki Livan İranı dəstəkləyirdi və orada Hizbullah və Əməl təşkilatı kimi güclü inqilabi bazalar var idi. Dördüncüsü, Şimali Afrikadakı Liviya. Liviyanın hansısa məsələllərdə bizə həm hərbi dəstək, həm də dildə dəstək verdiyini bilirdilər. Beşinci, Sudan! Sudanın da öxünəməxsus və aşkar səbəbləri var idi. Onun rəhbərləri bizimlə get-gəl edirdilər. Orada inqilab olandan sonra müxtəlif dövrlərdə buraya gəlib-gedirdilər. Oradakı inqilabdan sonra qələbə qazandılar və bundan sonra bizimlə əlaqəyə girdilər. Daha sonra isə Somali! O da daha fərqli bir səbəbə görə idi.
Bu altı ölkə zəiflədilməl məhv edilməli, hökumətləri isə devrilməli idi. Əslində, onların fikrincə, İranın strateji dərinliyi bu altı ölkə idi. Bunlar, Amerika və müstəmləkəçilərin ixtiyarına keçməli idilər. Bundan sonra isə İranın sorağına gələcəkdilər. Bəs İran nə etdi? İran İslam Respublikası nə etdi? İslam Respublikası ümumiyyətlə Şimali Afrikaya, nə Livya, nə Sudan, nə də Somaliyə daxil oldu. Bunun da özünəxas dəlilləri var ki, bura onları bəyan etməyin yeri deyil. Bu məsələlərə daxil olmaq istəmədik və olmadıq. Amma bu üç ölkədə, yəni İraq, Suriya və Livanda İranın siyasəti həyata keçdi. Bizim o qədər də hərbi iştirakımız yox idi, amma orada böyük və mühüm işlər görülürdü. Bu işin nəticəsi nə oldu? Bu üç ölkədə Amerikanın məğlubiyyəti. Onlar, İraqa nəzarəti ələ keçirmək istəyirdilər, lakin bu baş vermədi. Suriya hökumətini devirmək istədilər, baş tutmadı. Livanda Hizbullahı və Əməl təşkilatlarını məhv etmək istəyirdilər, olmadı, bacarmadılar.
Bu, Amerikanın İrana zərər verə bilmək üçün milyardlarla dollar və həmçinin yüzlərlə, bəlkə də minlərlə siyasi xadimlərin minlərlə saatlıq fikri işi ilə hazırladıqları plan idi. Bu hazırlıqların hamısı İrana zərbə vurmaqdan ötrü idi. Ancaq onların planları İslam Respublikasının əzəmətli qüdrətinin böyük təsiri ilə məhv edildi və bu böyük qüdrətin simvolu və bayrağı Hacı Qasım Süleymani adlı bir şəxs idi. İndi aydın olur ki, nə üçün Hacı Qasım Süleymaninin adı İran xalqı üçün bu qədər sevimlidir və nə üçün İranın düşmənləri onun adı çəkiləndə qəzəblənirlər. Düşmənin dərin planını zərərsizləşdirən İslam Respublikasının düşmənlə mübarizə siyasətinin bayrağı Hacı Qasım Süleymani idi. Allah ondan razı olsun!
Yaxşı, indi dediyim bu siz əziz bəsicilər, siz əziz gənclər, İslam Respublikasının düşmənlərlə mübarizə meydanını təsəvvürünüzdə canlandırın. Bu əzəmətli mübarizə meydanı haradadır? Problem təkcə ölkə daxilində bir neçə anti-inqilabçı şəxslərin olması deyil. Məsələ buradadır ki, siz başa düşürsünüz ki, düşmən nə üçün bu qədər BƏRCAM 2 və BƏRCAM 3 sazişində israrlıdır. BƏCAM 2 nə deməkdir? Yəni İran bölgəni tamamilə tərk etməli, regionda olan nüfuzundan əl çəkməlidir. BƏRCAM 3 planı nə deməkdir? Bu o deməkdir ki, İran heç bir mühüm strateji silah istehsal etməyəcək, pilotsuz təyyarə və raketi olmayacaqdır. Yəni biz nə vaxtsa hücum etsək, “J3” tipli avtomat və digər silahlarla gəlib bizim tanklarla vuruşsunlar. Səbəbi də bu idi, təkidləri də bundan ötrü idi. İndi ölkə daxilində bəzi insanlar, yəqin ki, səhlənkarlıqdan eyni sözləri təkrarlayırdılar. Döyüş meydanı budur. Siz bu meydanda mübarizə aparırsınız. Bəsicin ölkədə olması belə böyük fitnələrin qarşısında sinələrini sipər etmək deməkdir. Siz ABŞ-ın hazırladığı İŞİD qruplaşmasına qarşı dayanaraq hərəmi müdafiə etdiniz. Siz Livanın cəsur döyüşçülərinə bacardığınız qədər kömək etdiniz. Fələstinlilərə də kömək etdiniz, indi də bunu edirsiniz və biz onlara yenə də kömək edəcəyik.
Döyüş meydanı belə bir meydandır. Meydan dörd nəfər iğtişaşçının yığışdığı bir küçə deyil. Təbii ki, bu, bizim fitnəkarları görməzlikdən gəlməyimiz mənasında deyil. Xeyr, hər bir iğtişaşçı, hər bir terrorçu cəzalandırılmalıdır və buna da heç bir şübhə yoxdur. Ancaq meydan təkcə bu meydandan ibarət deyil. Meydan bunlardan çox geniş və dərindir. Siz bu meydanın mərkəzində dayanmısınız. İstəyirəm ki, bəsici öz qədrini bilsin. Bəsicin qədrini bilin. Siz belə bir meydanda mübarizə aparırsınız. Özünüzü ətrafdakı bu kiçik işlərlə məhdudlaşdırmayın. Əlbəttə, bunlara da çarə tapılmalıdır. İğtişaşçı ilə olan bu qarşıdurma da Bəsicin ən mühüm vəzifələrindən biridir. Bu iğtişaşçılar o böyük planda uğursuzluğa düçar olanlar üçün bir barmaq rolunu oynayırlar. Onlar, orada uğursuzluğa düçar olduqlarına görə, başqa yolla meydana girmək istəyirlər. Bu zaman isə iğtişaş törədirlər. Biri şüar verir, biri yazır, biri də başqa bir iş görür. Bəsic unutmamalıdır ki, bu mübarizənin əsası dünya hegemonları ilədir. İndi (Bəsic) bunlarla (daxildəki iğtişaşçılarla) da məşğuldurlar, amma əsas düşmən və əsas münaqişə oradadır. Bu dörd nəfər iğtişaşçı ya qafil, ya cahil, ya xəbərsizdirlər, ya onlara yanlış təhlil verilmiş, yaxud da bunlardan bəziləri onların əlaltılarıdır. Əsas düşmən və əsas mübarizə oradadır.
Burada insan, həqiqətən, təəssüf hissi keçirir. Bəzi insanlar siyasi anlayışa sahib olduqlarını iddia edirlər, lakin bəzi qəzetlərdə və ya sosial şəbəkələrdə etdikləri təhlillər, həqiqətən, insanı təəssüfləndirir. Siyasət iddiası edib, dünyadan xəbəri olanlar deyirlər ki, bu bir neçə həftə ərzində ölkədə başlanan bu iğtişaşlara son qoymaq üçün Amerika ilə probleminizi həll etməlisiniz. Bunu açıq şəkildə yazırlar. Açıqcasına yazırlar ki, siz Amerika ilə probleminizi həll edin. Ya da deyirlər ki, millətin səsinə qulaq asmalısınız. Yazılarda bu iki düşüncəni görmüşəm: “Amerika ilə probleminizi həll edin və millətin səsinə qulaq asın”.
Bəs Amerika ilə problemi necə həll etmək olar? Bu, həqiqətən də, ciddi bir sualdır. Biz ki bir-birimizlə dava etmək istəmirik, sadəcə sual veririk ki, Amerika ilə problemi necə həll etmək olar? Oturub müzakirə edib, Amerikadan əhd almaqla problem həll olunacaqmı? Yəni biz indi oturub Amerika ilə danışıq aparaq, onlardan öhdəlik alaq ki, məsələn, filan şeyi edin, filan şeyi yox, bununla problem həll olunacaqmı? Əlcəzairin 1980-ci ildə girovların azad edilməsi ilə bağlı verdiyi bəyanatda siz Amerika ilə oturub söhbət etdiniz. O vaxt mən millət vəkili idim, təbii ki, parlamentdə deyildim, cəbhədə, yəni Əhvazda idim. O vaxt həmin cənablar Əlcəzair vasitəsilə, yəni üz-üzə oturmadan Tehranda Amerika ilə danışıqlar aparırdılar. Təbii ki, bu cür danışıq parlament tərəfindən təsdiqlənmişdi və qeyri-qanuni deyildi. Beləliklə, müqavilə imzaladılar və pullarımızın qaytarılması, bizə tətbiq olunan sanksiyaların götürülməsi, ölkəmizin daxili işlərinə qarşılmaması və bunun qarşılığında da biz tərəfdən də girovların azad edilməsi haqqında bir çox sayda öhdəliklər götürdülər. Biz girovları azad etdik, amma Amerika bu öhdəlikləri yerinə yetirdimi? Embarqonu ləğv etdimi? Dondurulmuş pullarımızı bizə geri qaytardımı? Xeyr! Amerika öz öhdəliklərini yerinə yetirmir. Lap yaxşı, bu da Amerika ilə oturub müzakirə etmək! Yaxud da BƏRCAM! Dedilər ki, əgər nüvə sənayesi fəaliyyətini bu qədər azaltsanız, (indi onlar bu mərkəzi bağlayın deməyə cəsarət etmədilər) biz bu öhdəlikləri yerinə yetirəcəyik, yəni sanksiyaları və s. aradan qaldıracağıq. Bunları etdilərmi? Xeyr, təbii ki, etmədilər. Müzakirə bizim Amerika ilə problemimizi həll etməyəcəkdir.
Bəli, Amerika ilə problemimizi bir şey həll edə bilər. Bəs o nədir? Amerikaya bac ödəyək, özü də bir dəfə yox! Amerikalılar təkcə bir bac ödəməklə kifayətlənmirlər. Bu gün bac versək, sabah da gəlib başqa bir bac istəyəcəklər, yenə də bac verməliyik. Bu minvalla da, hər dəfə bac istəyəcəklər, biz də verməliyik. Bu gün deyirlər ki, nüvə enerjisi sənayesini tətil edin (əvvəl iyirmi faiz azaldın, sonra beş faiz, daha sonra isə nüvə sənayesi sistemini sökün deyirlər), sonra deyirlər ki, konstitusiyanı dəyişin və sonra da Nəzarət Şurasını ləğv edin deyirlər. Amerikalılar yalnız bac alırlar. Amerika ilə probleminizi həll etmək istəyirsinizsə, bunu etməlisiniz. Müntəzəm olaraq bac verməlisiniz. Amerikanın istədiyi budur ki, özünüzü öz sərhədləriniz daxilində həbs edin və müdafiə sənayenizi tətil edin. Hansı qeyrətli iranlı belə bir bac ödəməyə razıdır? Mən təkcə İslam Cümhuriyyəti tərəfdarını nəzərdə tutmuram, ümumiyyətlə, İslam Cümhuriyyətini qəbul etməyən, lakin iranlı olub, iranlı qeyrəti çəkən hər bir şəxs bu cür bac verməyə razı olmaz. Amerika bundan az heç nə ilə kifayətlənmir. Niyə başa düşmürlər ki, Amerika ilə danışıqlar problemi həll etməyəcək? Əgər bir-iki dəfə deyil, ardıcıl olaraq bac verməyə və bütün qırmızı xətlərinizi tapdalamağa razısınızsa, bəli, o zaman Amerikanın Pəhləvi dövründə olduğu kimi sizinlə heç bir işi olmayacaqdır. Xalq bundan qurtulmaq üçün inqilab etdi, bu yolda nə qədər şəhid verdi. Belə bir inkişaf etməkdə olan ölkədə və bütün meydanlarda canfəşanlıqla fəaliyyət göstərən gənclərlə belə danışmaq lazımdır? Onlara belə sözlər deyilməlidir?
Deyirlər ki, millətin səsini eşidin! Bu il noyabr ayının 4-də ucalan millətin gurultulu səsini eşitdinizmi? Siz millətin səsini eşidin. Məgər Qasim Süleymaninin dəfnindən nə qədər vaxt keçib? O böyük izdiham İran millətinin səsi idi, on milyon və ya başqa təbirlə desək, milyonlarla insanın qatıldığı o dəfn mərasimi İran millətinin səsi idi. Bu gün şəhidlərin dəfn mərasimi İran millətinin səsidir. İsfahan, Şiraz, Məşhəd, Kərəc və başqa yerlərdə bir nəfər şəhid olursa, insanlar kütləvi şəkildə yürüş edir və terrorçulara, iğtişaşçılara qarşı şüarlar səsləndirirlər. Budur millətin səsi! Niyə millətin səsini eşitmirsiniz?
Bəsic haqqında demək istədiklərim bunlar idi. İndi vaxt keçir. İcazə verin, burada olan siz bəsici qardaşlara (və bacılara) və ölkənin hər bir yerində bu sözlərimi eşidən hər kəsə bir nəsihət verim. Birinci məsləhətim budur ki, bəsici olaraq qalın! Bəsici olaraq qalmaq üçün Allahdan kömək diləyin! Bəsici ruhiyyəsini, bəsici imanını qoruyub saxlayın!
İkincisi, öz qədrinizi bilin. Nəinki özünüzlə öyünün. Xeyr, Bəsic olmağın xüsusiyyəti özüylə öyünmək deyil, bilin ki, Uca Allah sizə mühüm bir məqam seçmək (bəsici olmaq) imkanı verib və siz də onu seçmisiniz. Bunun qədrini bilin!
Üçüncüsü, düşməninizi tanıyın və ilk növbədə düşmənin kim olduğunu bilin və onu səhv salmayın. Düşmənin kim olduğunu bildikdən sonra onun zəif nöqtələrini və boşluqlarını tanıyın. Düşmən həmişə özünü sizin gözünüzdə böyük və güclü göstərməyə çalışır. Düşmənin hansı vəziyyətdə olduğunu, hansı zəif nöqtələrə, hansı çatışmazlıqlara sahib olduğunu öyrənməyə çalışın. Düşməni tanıyın, onun planlarını öyrənin. Çoxları düşmənin planları qarşısında qəflətə düşürlər. (Ehtiyatlı olun) Qəflət etməyin.
Növbəti tövsiyə öz mənəvi inkişafınız barəsindədir. Mənəvi inkişafınızı ölçün. İrəli və ya geri getdiyinizə diqqət edin. Bu, çox mühümdür. Görün əvvəlki ayda hansı yaxşı əməllər etmisiniz, hansı yaxşı addımlar atmısınız, nə cür kömək etmisiniz, yaxud da Allah eləməsin, hansı pis işlər görmüsünüz. Bu ayda xeyir işləriniz artıb, yoxsa azalıbdır?Bunları ölçün və irəli getməyə çalışın!
Dedik ki, düşmənin metodlarını öyrənin. Bu gün düşmənin ən mühüm metodu saxtakarlıq və yalan məlumatlar yaymaqdır. İndi düşmənin etdiyi ən mühüm şey yalanı yaymaqdır. Yəni baxdığınız həmin televiziyalar, sosial şəbəkələr düşmənə məxsusdur. Onlar yalan xəbər yayır, yalan təhlil edir, yalançı ölü sayı təqdim edir, yalandan kimisə pisləyir, digərini isə yaxşı kimi təqdim edirlər. Bəziləri də buna inanırlar. Bilin ki, düşmən bu gün yalan və bu yalanı yaymaq üzərində işləyir. Bunu bildiyiniz zaman, təbii ki, üzərinizə vəzifə düşür. Həqiqətləri bəyan edin. Dediyimiz “Bəyan etmək cihadı”nın[13] bir yeri də buradır.
Dedik ki, düşmənin zəif nöqtələrini tanıyın. Düşmənin zəif cəhətlərindən biri də sizin bəsirətli olmağınızdır. Siz bəsirətli olsanız, o zərər görəcəkdir. Öz bəsitərinizi artırmağa çalışın. Düşmən sizin zehnlərinizə hakim olmağa çalışır. Düşmən üçün zehnlərə hakim olmaq ərazilərə hakim olmaqdan daha dəyərlidir. Düşmən, bir millətin zehnini idarə edə bilsə, o millət, torpağını ikiəlli düşmənə təqdim edəcəkdir. Zehnləri qorumaq lazımdır. Bəziləri özləri yalan danışmasalar da, təəssüf ki, düşmənin yalanını təsdiq etdilər. Ehtiyatlı olun ki, bu təhlükələr sizin və xalqınızın başına gəlməsin. Xalqınıza kömək edin.
Praktiki hazırlığınızı qoruyub saxlayın. Qəflətə düşmək olmaz. Siyasi arenada belə qəflətlər çox baş verir. Onların insanı qəflətə salmaq üçün müxtəlif üslubları vardır. İndi o üslublardan birini qeyd edəcəyəm. Bu üslublardan biri insanların nəzərini hansısa bir məsələyə cəlb etmək üçün dünyanın müəyyən bir məntəqəsində səs-küy salmalarıdır. Düşmənlər bu yaranmış qəflətdən sui-istifadə edərək nəzərdə tutduqları əsas işləri görürlər. Hamımız, məxsusən də dövlət məmurları bu məsələyə diqqət etməliyik. Dövlət məmurları ölkənin daxili və xaricinə, həmçinin sərhəd ətrafı ölkələrə nəzər yetirməlidirlər. Ölkə xarici məntəqələr də bizim üçün əhəmiyyət kəsb edir. Bizim üçün Qərbi Asiya, Qafqaz region və şərq bölgələrimiz və bir sözlə, bunların hamısı olduqca önəmlidir. Düşmənin bu məntəqələrdə nələr etmək istədiyini nəzərdə saxlamalıyıq. Bu sahədə hamılıqla çalışmalıyıq. İndi bu da bir mətləbdir, xüsusən də (futbol üzrə) Dünya Kuboku zamanında. Onlar müxtəlif dövrlərdə Dünya Kuboklarında insanların qəflətindən istifadə edərək həyata keçirdikləri planları siyahıya alaraq mənə təqdim etdilər. Çünki Dünya Kuboku zamanı dünyanın bütün diqqəti bir neçə həftə davam edən dünya çempionatınadır. Bir çoxları dünyanı əhatə edən bu qəflətdən istifadə edərək bəzi planları həyata keçirirlər. İndi ki Dünya Kubokunun adını çəkdik, bunu da qeyd edim ki, dünən millimizin oyunçuları millətimizin gözünü aydınlatdılar. Allah da onların gözlərini aydınlatsın! Dünən camaatı sevindirdilər. Bu da başqa bir tövsiyədir.
Son məsləhətimi verməmişdən öncə qeyd edim ki, düşmənin Bəsic toplumuna nüfuz etməsinə qarşı ehtiyatlı olun! Diqqət edin ki, bəzən fasid və ləyaqətsiz biri başqa cildə girərək, özünü bir qrupun içinə salır. Bəzən də özünü ruhani cildində təqdim edir. Fasid və ləyaqətsiz bir insan bəzən ruhani, bəzən də bəsici libasında özünü təqdim edir. Buna qarşı da ehtiyatlı olun. Bu da bir tövsiyədir.
Mənim axırıncı tövsiyəm isə Quran ayəsidir:
وَ لا تَهِنوا وَ لا تَحزَنوا وَ اَنتُمُ الاَعلَونَ اِن کُنتُم مُؤمِنین
Süst olmayın, qəmgin olmayın, əgər möminsinizsə, siz üstünsünüz.[14]
Allahın rəhmət və bərəkəti üzərinizə olsun!
[1]. Səhifeye İmam, c. 11, s. 117. Tehran mühafizəçiləri toplantısındakı çıxış, (25.11.1979). Gərək bir ölkədə neçə ildən sonra 20 milyonluq silahlı və ordu olmalıdır. Bu məsələ bütün (müsəlman) ölkələrdə baş verməlidir.
[2]. Səhifeye İmam, c. 21, s. 194. İran xalqına və bəsicilərə müraciət, 11.23.1988
[3]. İmam Xomeyni Hüseyniyyəsində bəsic tərəfindən müxtəlif sahələrdə ərsəyə gəlmiş məhsullardan ibarət sərgi
[4]. Cənab doktor Səid Kazimi Aştiyani Ruyan tədqiqat mərkəzinin keçmiş rəisi.
[5]. Səhifeye İmam, c. 21, s. 194. İran xalqına və Bəsic həftəsində bəsicilərə müraciət, 11.23.1988. Bəsic pak ağacdır. Quranda bu kəlmə gəlmişdir) və səmərəli ağacdır. Onun qönçələri bahar iyi, yəqinlik ətri və eşq iyi verir.
[6]. İbrahim surəsi 24-25-ci ayələrin bir hissəsi
[7]. Səhifeye İmam,c. 18, s. 12, Xobreqan Məclisi nümayəndələri qarşısında çıxış, 07.19.1983
[8]. 1966-1974-cü illər.
[9]. Cimi Karter
[10]. Tehrandakı cümə xütbəsinin bir hissəsi, 03.28.1980
[11]. Camal Əbdülnasir
[12]. Suriyanın o zamankı prezidenti.
[13]. Həzrət Zəhranın (s.ə) doğum günü münaisbətiylə məddahlarlar görüşündən, 01.23.2022
[14]. Ali İmran surəsi 139-cu ayə.