(İndi isə) Əmirəlmöminin əleyhissəlam haqqında (bunu demək olar). İstər islam dini və ya hər hansı bir dinə inanan, istərsə də heç bir dinə inanmayan bir insanın bütün dəyər və sifətlərə qoyduğu ehtiram və hörmət Əli ibni Əbu Talibdə cəm olmuşdur. Yəni Əli ibni Əbu Talib elə bir şəxsiyyətdir ki, şiə və sünni olmağından asılı olmayaraq, ümumiyyətlə, müsəlman olmasan belə, onu tanıyıb, barəsində məlumatın olsa, ona sayqı göstərərsən. Uzun illər Əmirəlmöminin (ə) fəzilətləri haqqında yazmış çoxlu sünnilər vardır. Xristian olan Corc Cordaq həmin beş cildlik kitabı yazıb. Bir xristian uzun illər əvvəl Əmirəlmöminin (ə) haqqında aşiqanə bir kitab yazmışdır. Həmin şəxs burada mənim yanıma gəlib kitabı haqqında danışdı və dedi ki, mən Nəhcül-bəlağə ilə yeniyetməlikdən tanış olmuşam və Nəhcül-bəlağə məni Əli İbn Əbu Talibin şəxsiyyətinə doğru hidayət etmişdir. "İmam Əli insan ədalətinin səsi" adlı kitabı yazdı. Heç bir dini olmayan, yəni heç bir dinə inanmayan şəxs də Əmirəlmöminin şəxsiyyətini tanıyanda onun qarşısında baş əyir və təzim edir.
Əmirəlmöminin (ə) üstün insani keyfiyyətləri müsəlman və qeyri-müsəlman, xristian və qeyri-xristian, dinsiz və dindarı və bir sözlə, hər kəsi özünə cəzb edir.
(O üstün insani keyfiyyətlərdən bəzisi) "Şücaət" və "Rəhm etmək"dir. Döyüş meydanında bu cür vuruşan insan yetimi olan ailəylə məşğul olanda yetimləri müşayiət edir, əyilir, yetimləri oynadır və boynuna mindirir. Bunlar, bizim dindar olub-olmamağımızla və ya hansı dinə etiqad bəsləməyimizlə heç bir əlaqəsi olmayan, eyni zamanda əzəmətli sayılacaq səciyyələrdir. Hər bir insan belə bir əzəmət qarşısında dayananda təzim edib, baş əymək hissinə qapılır.
(Digər bir sifət də) İsardır.
İsar başqalarını özündən üstün tutmaq, güzəşt etməkdir. Yəni haqlı olduğun halda Allah rizası və hansısa bir məsləhətə xatir istər Maddi, istər abır məsələsi olan, istərsə də öz haqqından hər hansı birindən (təbii ki, şəxsi haqq nəzərdə tutulur) keçmək deməkdir.İsarın mənası budur. Bunlar (qeyd etdiyim sifətlər), Əli əleyhissəlama aid bir sıra sifətlərdir ki, əgər insan bu xüsusiyyətləri saymaq istəsə, bir kitab və müfəssəl yazı olar.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei