Kirman və Xuzistan vilayətindən minlərlə nəfər insan bu gün 23.12.2023-cü il tarixdə səhər saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Qərbin kapitalizm sistemi patriarxal bir sistemdir. Kapitalizm sistemində kapital insaniyyətdən üstün sayılır. İnsanların insanlığı kapitalizmin xidmətində dayanır. Sərmayəni artıra bilən hər bir insanın dəyəri daha çoxdur. Bu baxışa əsasən, kişi cinsi qadın cinsindən, təbii olaraq, üstündür. Bir çox Qərb ölkələrində kişiyə aid olan işlərdə qadının aldığı gəlir kişinin gəlirindən daha azdır.
Əqsa fırtınası əməliyyatı başlanandan sonra ABŞ cinayətkarların cinayətlərinin qəti şəkildə ortağıdır. Bu cinayətdə Amerikanın əli məzlumların, uşaqların, xəstələrin, qadınların və bu minvalla xirtdəyə qədər başqalarının qanına batıb. (Bu cinayəti) İdarə edən Amerikadır. Əgər ABŞ-ın himayə və silah dəstəyi olmasaydı, fasid, saxta və yalançı sionist rejim Əqsa fırtınası əməliyyatının ilk həftəsində məhv olub aradan gedərdi.
Qərblilər bu məntəqədə qondarma ikilik tətbiq etdilər; ərəb və qeyri-ərəb, şiə və sünni ikiliyi. Bu gün məntəqədə bu qondarma və məcburi tətbiq olunan ikiliyin əvəzinə yeni bir ikilik hakim oldu və o da müqavimət və təslim olmaq ikiliyidir.
Qərbi Asiyanın siyasi coğrafi xəritəsi müqavimətin xeyrinə olaraq dəyişdi. Müqavimət qalib oldu. Tədricən hakimiyyət əldə edən bu yeni xəritənin birinci xüsusiyyəti Amerikanı (məntəqədən) təmizləməkdir. Amerika təmizləmə, yəni məntəqədə Amerika hökmranlığını rədd etmək.
Qərblilər deyirlər ki, idman siyasi deyil, lakin ehtiyac duyduqları zaman idmanı ən pis formada siyasiləşdirirlər. Döyüş bəhanəsi ilə bir ölkəni bütün idman müsabiqələrindən məhrum edirlər, amma soyqırım və Qəzzada beş min uşağın qətlini görməzlikdən gəlirlər.
Amerikanın yeni "Orta Asiya" təşkil etmə planı bütünlüklə nakam qaldı. Hizbullahın aradan getməsi onun planlarının bir hissəsi idi, lakin Hizbullah on qat artıq gücləndi. İraq və Suriyanı udmaq istəyirdilər, bacarmadılar. Fələstin məsələsini xaincəsinə "İki dövlət" (İsrail və Fələstin dövləti) yaratmaq planı ilə qəsbkar rejimin xeyrinə bitirməyi də bacarmadılar.
Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir.
Dünyada bəziləri yalandan deyilər ki, İran deyir ki, yəhudi və sionistləri gərək dənizə töksünlər. Xeyr, biz heç zaman bunu demədik. Biz deyirik ki, xalqın rəyi müəyyən etməlidir. Fələstin millətinin rəyi ilə təşkil olunacaq dövlət başqa ölkələrdən gələn insanların qalıb-qalmayacağı haqda qərar verəcəkdir.
Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir. İmam Xomeyninin bəşarət verdiyi həmin "Qlobal müqavimət özəkləri" bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır.
Tarix formalaşdıran Əl-Əqsa fırtınası hadisəsi sionist rejim əleyhinədir, lakin Amerikanı da (məntəqədən) təmizləyəcək bir hadisədir. (Bu hadisə) Amerika siyasətlərinin cədvəlini məntəqədə bir-birinə vura bildi və inşallah, əgər bu fırtına davamlı olarsa, bu cədvəli məhv edəcəkdir.
Bu gün səhər 29.11.2023-cü il tarixdə çoxlu sayda bəsici İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
İnşallah, Fələstin hərəkatı nəticəyə çatacaqdır və alicənab İmam Xomeyninin (r.ə) qəsbkar rejimi xərçəng xəstəliyi adlandırdığı kimi, inşallah, Fələstin xalqının və müqavimət qüvvələrinin əli ilə bu xərçəng xəstəliyinin kökü bütün regionda kəsiləcəkdir.
Birləşək və bu birləşməyimiz Amerikanın müharibə odunu alovlandırmasının qarşısını alsın. Onlar müharibə odunu alovlandırırlar. Region daxilindəki bu müharibələrin xarici bir amili vardır. Bu sərhəd ixtilafları və bu kimi məsələlər belə bir münaqişələri yarada bilməz və biz bunları bu bir neçə il müddətində bu məntəqədə müşahidə etdik. Təhrik edib müdaxilə etdilər, pul xərclədilər, şər insanları hərbçi olmayan məzlum xalqın müqabilində hərkətə vadar etdilər.
Şübhəsiz, heç bir ölkə xarici bir qüdrətin onun işlərinə qarışmasını istəməz, lakin məcbur qalıb təslim olurlar. Nə üçün? Çünki təkdirlər. Əgər birləşsək, Amerika zorakılıq və oğurluq etməyə, habelə bizim daxili işlərimizə qarışmağa cürət edə bilməyəcəkdir. Ölkə başçıları və xüsusi istedada malik şəxslər bu məsələ üzərində düşünsünlər və eyni zamanda da mənfəətlərini də hesablasınlar.
Quran fasid qüdrətlər üçün təhdid hesab olunur. Çünki (Quran) həm zülmü məhkum edir və həm də zülmü qəbul etdiyinə görə zülmə boyun əyən insanı məzəmmət edir. Quran xalqı oyadandır. Quranla düşmənçilik edən şəxs insanların oyanışı ilə müxalifdir, zülmlə mübarizənin əleyhinədir.
Avropanın da vəziyyəti Amerikadan yaxşı deyil və tənəzzül etmək üzrədir. Bu günlər Afrika əhalisi Fransanın əl altısı olan hökumətləri süqut etdirirlər. Qərb qüdrətləri əvvəlki o qüdrətə sahib deyil və zəifləmək üzrədir. Bu, dünya miqyasında böyük bir dəyişikliyidir.
Amerikanın digər qüdrət göstəricilərindən biri də başqa dövlətlərə dəxalət etmək imkanının olması idi. Bu gün bu, tənəzzül etmək üzrədir. Bu gün Amerika zərbə vurmaq istədiyi dövlətlərdə çoxlu xərclərlə hibrit müharibə yaratmağa məcburdur, lakin bunun özü də axırda bir nəticə vermir.
Dünyada böyük bir dəyişiklik başlanıb. Bu dəyişiklikdə ən əsas gözə çarpan Amerika kimi hegemon qüdrətlərin zəifləməsi, habelə dünyada və məntəqədə yeni qüdrətlərin meydana gəlməsidir.
Qərb və hegemon qüdrətlər zəifləməkdədir. Amerika qüdrətinin göstəricisi tənəzzülə doğru getməkdədir. Amerika qüdrətinin göstəricilərindən biri də onun güclü iqtisadiyyatıdır ki, özlərinin dediklərinə əsasən, çökməkdədir.
Bizim sərnişin təyyarəmizi Fars körfəzi səmasında bir amerikalı zabitin vasitəsilə hərbi gəmidən atılmış raketlə yerə saldılar. Bu təyyarədə üç yüz nəfərə yaxın sərnişin var idi və hamısı da qətlə yetirildi. Bu zabiti ciddi tənbeh etmək əvəzinə, Amerikanın o zamankı prezidenti ona mükafat və medal verdi. Millətimiz bunu yaddan çıxartsın? Yaddan çıxarda bilər məgər?
Bunu bilin ki, sizin bu "Amerikaya ölüm olsun" şüarı və İran xalqının etdiyi bu fəryad əsaslı və güclü məntiqə söykənir. Bəziləri isə bunun əksini, yəni bu hərəkətin reallığı əks etdirmədiyini, emosional bir hərəkət olduğunu, habelə məntiq və ağıla söykənmədiyini göstərmək istəyirlər. Xeyr, belə deyil. Məlumdur ki, "Amerikaya ölüm olsun" şüarı Amerika millətinə ölüm olsun məqsədini daşımır. Amerika milləti də başqa millətlər kimidir, yəni (bu şüar) Amerikanın siyasətlərinə və hegemonlara ölüm olsun mənasındadır.
Əlbəttə, bu axırıncı mövzu (mənəviyyatı diriltmək) həmin qüdrət mərkəzlərinin şiddətli qarşılıq verməsinə tuş gəldi və bu gün dünya səviyyəsində və harada bacarsalar, mənəviyyata hücumu daha böyük maraqla və öz məxsus metodları ilə qabağa aparırlar. Onların bəzi metodları o qədər biabırçı formadadır ki, insan adını dilə gətirməkdən xəcalət çəkir.
Xarici siyasətdə izzət dediyimiz zaman yalvarış diplomatiyasının inkarı nəzərdə tutulur. Bizim diplomatiyamızda bu bir neçə illər ərzində bir sıra nümunələr var idi ki, bu nümunələri öz dəqiq adı ilə adlandırsaq, yalvarış, yəni yalvarış diplomatiyası olub. Mümkündür ki, danışıq tərzimiz yalvarış olmayıb, lakin məsələnin batini yalvarış olub. İzzət, yəni bu cür diplomatiyanın inkarı və gözünü onun-bunun rəftarına dikməmək. Filan ölkənin bu səriştəli keçmiş siyasi şəxsiyyəti belə dedi, bu cür qəzavət etdi, o biri başqa cür dedi, (filankəslər) bu şəkildə əməl edirlər və s. İzzət deyərkən, yəni gözümüz və baxışımız bu şeylərə yönəlməməli və öz prinsiplərimizə söykənməlidir.
Düşmənin bugünkü taktikası hiylə, təhrif, yalan, vəsvəsə, həqiqətin ziddini göstərmək, xalqları təhqir etmək, millətləri özlərinə qarşı bədbinləşdirmək, millətlərin qabiliyyət, üstünlük və parlaq tərəflərini gizlətməkdən ibarətdir. Düşmənin taktikasını bilməkdə yenilik ələ gətirmək və onu puç etməyin yollarını tapmalıyıq.
Bu gün Allaha şükürlər olsun ki, qəsbkar rejimin tədricən tənəzzülə uğramasının şahidi oluruq. Bunu dünyada hamı görür. Qəsbkar rejim tədricən tənəzzülə uğrayır. Tənəzzül sürəti günü-gündən artır.
Bu tənəzzül bir neçə ildir ki, başlayıb, lakin son vaxtlar onun sürəti daha da artıb. Bu, çox böyük bir fürsətdir.
Allahın mütləq qanunu budur ki, peyğəmbərlərin yolu qalib olacaqdır və Allah möminləri müdafiə edəcəkdir. Biz İslam İnqilabının qələbəsini gördük. Bu, haqqın batilə qələbə çalması idi. Səddam rejimi ilə müharibədə Amerika, Sovet İttifaqı, NATO və hətta bəzi müsəlman ölkələri, o cümlədən qonşumuz olan Türkiyə bizim əleyhimizə idilər, lakin biz qalib gəldik.
Düşmənin zahiri baxımdan möhkəm və hərtərəfli hesablamalarının tamamilə məğlub edilə bilən olduğunu unutmamalıyıq.
Gəlin indi bu deyəcəklərimi apardığımız bütün hesablamaların bir hissəsi qərar verək. Düzdür ki, düşmənin güclü informasiya sistemi, güclü hesablama sistemi, yaxşı silahlı qüvvələri və həmçinin çoxlu pulu var, lakin bunların hamısına baxmayaraq, insanın öz hesablamaları ilə düşməni məğlubiyyətə düçar etməsi tamamilə mümkündür.
Əgər ağıl ilə məsələyə baxsaq və işin başını buraxmadan onun arxasınca getsək, düşmənin bütün cəhdləri məğlubiyyətlə sonlana bilər.
Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan daha zəif idi, Trampın Amerikası Obamanın Amerikasından daha zəif idi, bunun (Baydenin) Amerikası da Trampın Amerikasından daha zəifdir.
Niyə deyirik zəifdir?
Əvvəla, iki-üç il əvvəl Amerikada seçkilər zamanı ikiqütblülük yarandı.
Bu ikiqütblülük hələ də şiddətli şəkildə öz gücündə qalır.Təbii ki, bu da zəiflikdir.
Bu mətləb çox mühümdür.
Bir neçə ay öncəki konqresdəki son seçkilərdə də məlum oldu ki, bu ikiqütblülük hələ də güclü şəkildə mövcuddur.
Qurani-Kərimə görə, daimi müdafiə hazırlığı Allahın əmri, həmçinin Allah və millətin düşmənləri üçün qorxu mənbəyidir. Ölkəyə qarşı təhlükə heç vaxt tam aradan qalxmayacaq, ona görə də Silahlı Qüvvələr bacardıqları qədər hazırlıqlarını artırmalıdırlar.
İsrail nəinki bir ölkə, əksinə, Fələstin xalqına və digər müsəlman xalqlarına qarşı olan terror bazasıdır.
Mən qətiyyətlə deyirəm bu səylər heç bir nəticə verməyəcək.
Bu düşmən sionist rejiminin uçuruma doğru və pisləşən hərəkəti başlayıb və dayanmayacaq.
Allahın adı ilə irəli gedin və bilin: “Allah ona kömək edənlərə kömək edər”. (Həcc/40)
Bugünkü monqolların, yəni qərblilərin zahiri və çapıb-talamaqları müstəmləkəçilik dövründəki monqollardan fərqlidir. Bununla yanaşı, bizim dövrümüzdə də yeni bir metodla - Səddam kimi quduz itləri hər cür silahlarla, məxsusən kimyəvi silahlarla təchiz edərək İrana qarşı hücuma keçmək və ondan sonra da sanksiyalar vasitəsi ilə qarət etmək və çapıb-talamaq ilə məşğuldurlar.