Bu görüşdə Ayətullah Xamenei İslam hökumətinin dövlət və millətlərlə probleminin olmadığını bildirərək qeyd etdi:
"Bizim dövlətlərlə, ölkə və millətlərlə öz-özlüyündə heç bir problem yoxumuzdur. Bizim müxalifətimiz zülmlə, təcavüz və hegemonluqladır, sizin Qəzzada müşahidə etdiyiniz o hadisə ilədir".

O Həzrət qəzzalılara öz ölkələrində zülm olunduğunu buyurdu:
"Bir millət öz ölkəsində böyük bir zülmə məruz qalır; qadınları, uşaqları və evləri tam rəhimsizcəsinə məhv edilir. Amerika ,İngiltərə və bəzi Avropa ölkələri nəinki buna mane olmurlar, hətta kömək də edirlər. Biz bunlarla müxalifik".

İnqilab Rəhbəri İslam cəbhəsinin Liberal cəbhə ilə qarşı-qarşıya olduğunu bildirdi:
"İslam Respublikasının vücuda gəlməsi dünyada iki qütblük yaradan bir zəlzələ idi. Bir cəbhə liberal demokratiya, bir cəbhə də İslama bağlı cümhuriyyət. Liberal demokratiyanın zatında zülm mövcuddur, lakin dinə əsaslanan xalqmehvər cəbhənin ən mühüm məsələsi zülmlə üz-üzə dayanmaqdır".

İnqilab Rəhbəri İslamın prinsipinin zülm etməmək və zülmə baş əyməməkdə olduğunu vurğuladı:
"İslam əsasında yaranan bir hökumətin əsas işi "Zülm etməyin" və "Zülmə baş əyməyin" məsələsidir".