Ayətullah Xamenei bu söhbətində Qəzzada baş verən hadisələrin Qərbə hakim olan zülmətini dünyaya çatdırdığını qeyd etdi:
"Qəzza hadisələri dünyanı necə bir zülm və zülmətin bürüdüyünü, həmçinin insan haqları iddiası edən Qərbin bu dırnaqarası sivilizasiyanın yaşam, fikir və əməllərinə necə bir zülmətin hakim olduğunu göstərdi. Uşaqdan tutmuş qocaya qədər 30 mindən artıq insan qısa bir müddət ərzində məhv edilir, sivilizasiyalı sayılan dünya nəinki bunun qarşısını almır, əksinə, kömək də edir".

İnqilab Rəhbəri müqavimət cəbhəsinin haqlı yerə təşkil olduğunun səbəbini bəyan edərək buyurdu:
"Qəzza hadisələri müqavimət cəbhəsinin haqlı yerə təşkil olunmasını göstərdi. Bu hadisələr Qərbi Asiya regionunda müqavimət cəbhəsinin olmasının ən həyati məsələlərdən biri olduğunu göstərdi. Bu müqavimət cəbhəsi günü-gündən gücləndirilməlidir".

Ayətullah Xamenei müqavimət cəbhəsinin yaranma səbəbinə toxunaraq bildirdi:
"Vicdanları oyaq olan insanların sionistlərin yetmiş illik zülmünü görərək sakit oturmayıb müqavimət fikrinə düşmələri təbiidir. Müqavimət cəbhəsi Fələstin milləti və Fələstini dəstəkləyənlərə qarşı cinayətkar sionistlərin davamlı zülmü ilə mübarizə aparmaq üçün təşkil olunmuşdur".

İnqilab Rəhbəri sözlərinin davamında Amerikanın məntəqəni tərk etməyə məcbur olduğunu qeyd etdi:
"Son bir neçə ayda müqavimət öz bacarıqlarından (bəzilərini) nümayiş etdirdi və Amerikanın hesablamalarını bir-birinə vurdu. Amerika bu məntəqələrdə, yəni İraqda, Suriyada, Livanda və s. hökmranlıq etmək ardınca idi. Müqavimət göstərdi ki, belə bir şey mümkünsüzdür və Amerikalılar məntəqədən çıxmağa məcburdurlar".

İmam Xamenei cənabları sionistlərin Qəzzadan çıxsalar da, çıxmasalar da məğlub olduqlarını qətiyyətlə vurğuladı:
"Sionist rejim təkcə özünü qorumaqda böhran yaşamır, əksinə, yaranmış böhrandan çıxmaqda da böhran içərisindədir və özünü xilas edə bilmir. Sionist rejim bu gün Qəzzadan çıxsa da məğlub olub, çıxmasa da".

İnqilab Rəhbəri sionist rejim daxilində olan ixtilafın o rejimin süqutunu yaxınlaşdıracağını bildirdi:
"Sionist rejimin rəsmiləri arasında qərar qəbul etməkdə ziddiyyət, sərgərdanlıq və dərin ixtilafın olması bu rejimi bir o qədər süqut etməyə yaxınlaşdacaqdır, inşallah".

Amerika Qəzzada mümkün olan ən pis vəziyyəti özü üçün seçdiyini deyən İnqilab Rəhbəri belə buyurdu:
"Amerika Qəzza məntəqəsində mümkün olan ən pis vəziyyəti seçdi. Elə bir iş gördü ki, bütün dünyada mənfur oldu və London və Paris küçələrində, Avropanın başqa ölkələrində və Amerikanın özündə də Fələstinin xeyrinə nümayiş əks etdirənlər, əslində, Amerikadan nifrət etdiklərini elan edirlər".

Daha sonra o Həzrət ABŞ-ın səhv hesablamalarının onları diz çökdürəcəyini qətiyyətlə vurğuladı:
"Yəməndə, İraqda, Suriya və Livanda müqavimət qüvvələri tərəfindən göstərilən hər bir fəaliyyəti Amerika öz hesablamalarında onu İrana bağlayır. Bu səhv hesablama qəti şəkildə Amerikanı diz çökdürəcəkdir. Onlar (Fələstin) xalqını tanımırlar, bu xalqın özü düşüncə və iradə əhlidir. Əlbəttə, biz müqavimət dəstələrini dəstəkləyirik".