İnşallah, başda bu çox tamahkar və cinayətkar Amerika olmaqla düşmən və təcavüzkarların hamısı Qərbi Asiya əhalisindən əl çəkməyə və zillətli formada bu regiondan çıxmağa məcbur olacaqlar.
Kiçik bir məhdud ərazi olan Qəzza tam silah-sursata sahib və arxasında Amerikanın kamil dəstəyi olan sionist rejimi dizə çökdürdü. Bu həmin müqavimətin bir təzahürü və qəlbi Allaha bağlamaqdır. Bu həmin "İzzət bütünlüklə Allaha məxsusdur" ayəsinə etiqad bəsləməkdir.
İran milləti ilə başqa millətlər arasında olan fərq budur ki, Amerikanın təcavüzkar, yalançı və kələkbaz olduğunu deməyə cəsarəti vardır, lakin başqaları cürət etmirlər və öz öhdələrinə düşəni yerinə yetirmirlər. Yerinə yetirmədikdə də nəticə hasil olmur.
(İslam İnqilabından öncə) Amerikanın istəyi bu idi ki, İran tam itaətkar olsun, Amerika və sionist rejimin mənafeyini təmin etsin. Bunlar İran üçün bunu arzulayırdılar, bu gün də elə bunun arzusunu edirlər. Karter bu arzunu özü ilə qəbrə apardığı kimi, bunlar da bu arzunu qəbrə aparacaqlar.
Amerikanın ölkələrə hakim kəsilmək proqramı bu ikisindən biridir: ya onlarla saziş edən, dialoqa girən və ölkə mənafelərini aralarında bölüşdürən fərdi diktatorluq hökuməti yaratmaqdır, ya da hərc-mərclik və iğtişaş icad etmək. Suriyada isə iğtişaşa gətirib çıxardılar.
Əgər Həzrət İsa Məsih (əleyhissəlam) bu gün aramızda olsaydı, zalım və dünya imperializminin başçıları ilə mübarizə aparmaqda bir an belə vaxt itirməzdi. O, böyük güclər tərəfindən istismar edilən, müharibə, fəsad və qarşıdurmalara sürüklənən milyardlarla insanın aclığına və sərgərdanlığına qatlaşmazdı.
Amerika rəsmilərinin bir ünsürü deyir ki, İranda iğtişaş edən hər kəsə biz kömək edərik. İran milləti bu zəmində Amerika muzdurluğunu qəbul edən hər kəsi öz möhkəm ayaqları altında əzəcəkdir.
Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
“Fələstin” adlı parlaq tarixi kimliyə sahib müstəqil bir ölkə, Qərbin dəhşətli bir fitnəsi əsasında 20-ci əsrin qırxıncı illərində ingilisin başçılığı ilə o millətdən qəsb edib silah, qırğın və aldatmaq gücünə, əsasən, Avropa ölkələrindən köçürülən camaatın ixtiyarına verildi. Bu böyük qəsb şəhərlərdə və kəndlərdə bir dəstə müdafiəsiz insanların kütləvi qırğını ilə yanaşı idi Dünya (bunu) unutmayıb və unutmayacaq o günü ki Ariel Şaron adlı bir cinayətkar qatil Səbra və Şətilanı qan gölünə çevirdi Amerika rəsmilərinin zehnində terrorizm məfhumu yanlış bir məfhumdur.
Onlar terrorizmi yanlış məna ediblər; elə bir tərzdə məna edirlər ki, Səbra və Şətila (yəni fələstinlilərin iki yaşayış düşərgəsi) əhalisinin bir gecədə soyqırım və qətliamı terrorizm hesab olunmur!
Qondarma sionist rejimin başçılarında olan vəhşilik və cinayət qərizəsi Fələstin facisəinin başlandığı ilk onilliklərdəki vaxtla heç bir fərq etməyib, həmin siyasət, həmin yırtıcılıq və amansızlıq əxlaqı Səbra və Şətila faciəsini vücuda gətirdiyi Kimi bu gün də eynilə zamanə tağutlarının zülmət içində olan zehn və qəlblərinə hakimdir Əlbəttə, bu gün inkişaf etmiş texnologiyalardan yararlanmaqla cinayətin əhatə dairəsi kifayət qədər genişlənib və daha faciəvi olub Yırtıcı və qaniçən düşmən- qəsbkar terrorist rejim cinayət üçün bir hədd-hüdud bilmir. Bunlar dövlət deyillər, bunlar cinayətkar bir bandadırlar, qatil bir bandadırlar, terrorist bir bandadırlar.
Müqavimət qüdrəti günbəgün daha çox özünü göstərir. Amerika kimi o əzəmətdə hərbi, siyasi və iqtisadi bir sistem qəsbkar sionist rejimin arxasında dayanmaqla bir müqavimət qrupu ilə döyüşürlər, lakin onları diz çökdürə bilmədilər.
İmam Hüseyn (əleyhissalam) üçün ağlamağın və ağlatmağın öz yeri vardır. Məbada kimsə belə düşünə ki, ağlamağın nə yeri var, artıq bu işlər köhnəlib! Xeyr, bu, batil düşüncədir.
Mərhum şəhid Mütəhhəri inqilabdan illər öncə fəryad edirdi ki, Vallah, (bunu) bilin ki, bu günün Şimri İsrailin (sionistin) Baş naziridir. Məsələnin həqiqəti də budur. Biz Şimrə lənət deyirik, buna görə ki, dünyada Şimr kimi olmaq və Şimr xislətli əməlləri yerinə yetirməyin kökünü kəsək.
İranın Ali Dini Lideri hacılara ünvanladığı məktubda müasir tarixdə misli görülməmiş olan Qəzza faciəsinə toxunaraq belə buyurub:
Sionist rejimindən və onun himayəçilərindən, xüsusəndə ABŞ-dan bəraət, Həcc mövsümünün və məkanının sərhədlərini aşmalı, dünyanın hər yerində müsəlmanların yaşadığı digər ölkələrə və şəhərlərə qədər davam etməli və hacıları da ötərək bütün insanlara sirayət etməlidir.
KHAMENEI.IR saytı Allah evini ziyarət edən hacılarla həmrəylik nümayiş etdirərək saytın dəyərli istifadəçilərini öz sosial şəbəkə hesablarında “Ölüm olsun İsrailə” şüarını yaymaqla bu hərətaka qoşulmağa dəvət edir.
Siz Amerikanın əziz cavanları, tarixin dəyişildiyi bir dönəmdə hal-hazırda tam düzgün tərəfdə dayanmısınız. Siz indi müqavimət cəbhəsinin bir bölməsini təşkil etmisiniz və açıq-aşkar şəkildə qəsbkar və rəhmsiz sionist rejimini müdafiə edən dövlətinizin rəhmsizcəsinə təzyiqləri altında bu şərəfli mübarizəni başlamısınız.
Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur. "Biz filan gəmilərin filan boğazdan keçməsinə icazə vermirik" deməsi çox böyük qələtdir.
Mülahizə edin ki, amerikalılar dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyirlər! Amerika universitetlərinin tələbələri ilə bu şəkildə rəftar olunur və bu hadisənin özü də Amerikanın Qəzzada böyük soyqırım cinayətində sionist rejimlə əməli surətdə şərik olduğunu göstərir.
Qərb dövlətləri müqavimət cəbhəsinə terrorist deyirlər. Bir halda ki, xalq Amerika küçələrinin birində Hizbullah bayrağını göyə qaldırdı. Dünya əhalisi bunları dəstəkləyir. Çünki bunlar müqavimətçi və zülmə qarışdırlar.
Deyirlər ki, siz nə üçün Fələstini dəstəkləyirsiniz? Bu gün bütün dünya Fələstini dəstəkləyir. Avropa küçələrində, Vaşinqton və Nyu-Yorkda xalq Fələstini dəstəkləyirlər.
Qəzza əhalisi ABŞ və Avropanın gözündə terroristdir. Xəbis, qondarma, qəsbkar və rəhimsiz bir dövlət 6 aya yaxın bir zamanda bir neçə min nəfəri uşaq olmaqla qırx minə yaxın insanı qətlə yetirirlər və onlar terrorist olmur, lakin onların bombardmanları altında qalan xalq isə terroristdirlər.
Sionist rejim gəlib qarşı tərəfin əkin sahələri və yaşayış evlərini orada şəhərcik salsın deyə buldozerlə məhv edir və fələstinli də ondan zorla alınmış evini müdafiə edir. O, terroristdir? Terrorist bunları bombardman edən kəslərdir.
Sadiq vədə əməliyyatı hadisəsində Silahlı Qüvvələr öz imkan və qüdrətləri ilə yanaşı, İran millətinin təqdirəlayiq bir çöhrəsini nümayiş etdirdilər və həmçinin İran millətinin iradə qüdrətinin beynəlxalq arenada təzahür etdiyini sübuta yetirdilər.
Silahlı Qüvvələrin son nailiyyətləri dünya xalqlarının və qlobal məsələləri müşahidə edənlərin gözündə İslami İran barədə vüqar və əzəmət hissi yaradıb.
Mülahizə edin ki, ABŞ dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyir. Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur.
Sadiq vədə əməliyyatında İran milləti və Silahlı Qüvvələrin iradə gücünün beynəlxalq arenada təzahür etməsi sionistlərin qəzəblənməsinə səbəb olmuşdur.
Biz illərdir ki, Amerika və Avropanın kəskin sanksiyaları ilə üz-üzəyik. Bu sanksiyaların hədəfi nədir? Yalandan deyirlər ki, bu, nüvə silahı və bəşər hüququna görədir. Xeyr, bunlar deyil. Terrorizmi dəstəklədiyinə görə İrana sanksiya tətbiq edirlər. Onların gözündə terrorist kimdir? Qəzza əhalisi.
İkinci məğlubiyyət isə bu altı ayda olan məğlubiyyətdir. Bunlar meydana daxil olduqları ilk gündən o birinci məğlubiyyətin təlafisi üçün müəyyən hədəfləri elan etdilər və bu hədəflərin heç biri bu altı ayda həyata keçməyibdir.
Qəzza hadisələri dünyanı necə bir zülm və zülmətin bürüdüyünü, həmçinin insan haqları iddiası edən Qərbin bu dırnaqarası sivilizasiyanın yaşam, fikir və əməllərinə necə bir zülmətin hakim olduğunu göstərdi. Uşaqdan tutmuş qocaya qədər 30 mindən artıq insan qısa bir müddət ərzində məhv edilir, sivilizasiyalı sayılan dünya nəinki bunun qarşısını almır, əksinə, kömək də edir.
Qəzza hadisələri müqavimət cəbhəsinin haqlı yerə təşkil olunmasını göstərdi. Bu hadisələr Qərbi Asiya regionunda müqavimət cəbhəsinin olmasının ən həyati məsələlərdən biri olduğunu göstərdi. Bu müqavimət cəbhəsi günü-gündən gücləndirilməlidir.
Vicdanları oyaq olan insanların sionistlərin yetmiş illik zülmünü görərək sakit oturmayıb müqavimət fikrinə düşmələri təbiidir. Müqavimət cəbhəsi Fələstin milləti və Fələstini dəstəkləyənlərə qarşı cinayətkar sionistlərin davamlı zülmü ilə mübarizə aparmaq üçün təşkil olunmuşdur.
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin Novruz çıxışı 20 mart 2024-cü il çərşənbə günü İmam Xomeyni hüseyniyyəsində müxtəlif təbəqələrdən olan insanların hüzurunda keçirildi.
Ramazan ayının başlaması və yeni (şəmsi) il ərəfəsində Xübrəqan Məclisinin nümayəndələri 07.03.2024-cü il tarixdə cümə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər.