Kirman və Xuzistan vilayətindən minlərlə nəfər insan bu gün 23.12.2023-cü il tarixdə səhər saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə bənzərsiz olan Qəzza hadisəsindən danışan Ayətullah Xamenei qeyd etdi:
“Qəzza hadisəsinin iki cəhətdən analoqu yoxdur. Sionist rejim tərəfindən bu hadisənin analoqu yoxdur, çünki heç zaman belə bir uşaq qətliamı, xəstəxanada olan xəstələrin başlarına səngər dələn bomba yağdırmaq və bu cür rəhimsizlik bu tarixi dönəmdə görünməmişdi”.
Son Qəzza hadisəsinin fələstinlilər üçün də bənzərsiz olduğundan söz açan o Həzrət belə buyurdu:
“Qəzza hadisəsi Fələstin xalqı və fələstinli mübarizlər tərəfindən də bənzərsizdir, çünki bu cür duruş gətirmək, səbr, müqavimət və bu cür düşməni dəli etmək müşahidə olunmamışdı”.
İsrail, ABŞ və İngiltərə arasında fərqin olmadığını deyən İnqilab Rəhbəri buyurdu:
“Son Qəzza hadisəsində sionist rejimin məğlubiyyəti eyni zamanda Amerikanın da məğlubiyyətidir. Bu gün dünyada heç kəs sionist rejimlə Amerika və İngiltərə arasında fərq qoymur və hamı bilir ki, bunlar eynidirlər”.
Fələstinlilərin qalibiyyət amilinə toxunan Ayətullah Xamenei belə qeyd etdi:
Qəzza əhalisi və mübarizləri dağ kimi dayandılar. Su, yemək, dərman və yanacaq çatmır, lakin duruş gətiriblər və təslim olmurlar. Həmin bu təslim olmamaq onları qalib edəcəkdir.
“Qəzzada müqavimət cəbhəsinin qələbəsinin əlamətləri görünməkdədir”, - deyə buyurdu.
ABŞ-ın utanmazcasına atəşkəsə veto qoymasından danışan o Həzrət belə qeyd etdi:
“Amerika utanmazcasına bombardmanların dayandırılması və atəşkəsin olması üçün Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyur. Yəni bununla uşaq, qadın, xəstə, qoca və müdafiəsiz xalqın üzərinə bomba yağdırmaqda şəriklik edir”.
“Fələstin müqavimətinə kömək vəzifə, sionist rejimə kömək isə cinayətdir”, - deyə vurğuladı.
Müsəlman dövlətlərin qəsbkar rejimə kömək etməklə cinayətə mürtəkib olduğunu bildirən İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
“Bəzi müsəlman dövlətləri sionist rejimə kömək etməklə cinayətə mürtəkib olurlar. Bu gün müsəlman dövlətlərin vəzifəsidir ki, mal, neft, yanacaq və sair kimi şeylərin sionist rejimə çatmasına imkan verməsinlər, necə ki o (qəsbkar rejim), Qəzza əhalisinə suyun çatmasına imkan vermir”.
Müsəlman millətlərin vəzifəsindən danışan Ayətullah Xamenei öz sözlərinə belə davam etdi:
Müsəlman millətlərin vəzifəsidir ki, öz dövlətlərindən sionist rejimə hər növ köməkliyin və hətta öz əlaqərini də kəsməyi tələb etsinlər. Əgər öz əlaqələrini (qəsbkar rejimlə) bir dəfəlik kəsməyə qadir deyillərsə, heç olmasa müvəqqəti olaraq kəssinlər.
O Həzrət sözlərinin sonunda qəsbkar rejimin yer üzündən silinəcəyini qeyd edərək buyurdu:
Şübhəniz olmasın ki, sionist, qəsbkar və düşmən olan rejimin bir gün yer üzərindən kökü kəsiləcəkdir və inşallah, bu, gələcəkdə yüz faiz baş verən hadisələr sırasındadır. Ümidvarıq ki, siz gənclər onu öz gözlərinizlə görəsiniz.