Xuzistan vilayətinin 24 min şəhidinin ikinci konqresinin iştirakçıları bu gün 24.02.2024-cü il tarixdə Həzrət Bəqiyyətullah Əzəmin (İmam Zamanın) mövlud günü səhər saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Bu görüşdə Ayətullah Xamenei Qəzza hadisəsinin Qərb gənclərinin Qurana üz tutmasına səbəb olduğunu qeyd etdi:
"Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi".
O Həzrət Qərbin insan hüquqlarında ikili standartlarını vurğuladı:
"Daim riyakar formada bəşər hüquqdan danışan Qərb sivilizasiyası bir cinayətkarın edam olunmasına qarışıdır və buna görə səs-küyləri yüksəlir. Lakin sionist rejim tərəfindən üç-dörd ay ərzində 30 min nəfərin edam olunması müqabilində sanki heç bir hadisə baş verməmiş kimi gözlərini yumurlar".
İnqilab Rəhbəri Qərbin sözləri ilə əməllərinin düz gəlmədiyini qeyd etdi:
"Bəzi qərblilər dildə deyirlər ki, İsrail niyə qətliam törədir? Dildə bir şey deyirlər, amma əməldə dəstək olur, silah və ehtiyac duyulan mallar verirlər".
Ayətullah Xamenei Qərbin liberal-demokratiya sisteminə belə əməl etmədiyini bildirdi:
"Zahiri ütülənmiş görünən Qərb siyasətçilərinin batini quduz it və qaniçən canavardır. Bu, Qərbin liberal-demokratiya sistemidir. Nə liberaldırlar, nə də demokrat. Yalan deyirlər və nifaq əsasında öz işlərini irəli aparırlar".